İran Ermənistanın təhlükəsizliyini öz təhlükəsizliyi hesab edir' - Deputat

İran Ermənistanın təhlükəsizliyini öz təhlükəsizliyi hesab edir' - Deputat"Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra İran hər zaman Azərbaycana qarşı qərəzli mövqedən çıxış edib. Amma 44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi qələbədən sonra, yəni Ermənistanın 30 illik işğalçılıq siyasətinə son qoyduqdan sonra İran açıq şəkildə ermənipərəst siyasətini gizlətmir. İran Ermənistanın təhlükəsizliyini öz təhlükəsizliyi hesab edir. Azərbaycana qarşı da qərəzini daha da artırıb".
Bu sözləri azxeber.com-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov İranın Azərbaycana qarşı qərəzli siyasəti haqqında danışarkən deyib.
Deputat qeyd edib ki, Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini 30 il müddətində işğala məruz qoyduğu zaman İran həmin ərazilərdə qeyri-leqal işlərlə məşğul idi:
"Əvvəla, xüsusi qeyd etmək lazımdır ki, məhz Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini 30 il müddətində işğala məruz qoyduğu zaman İran həmin ərazilərdən narkotranzit, silah qaçaqmalçılığı və digər qeyri-leqal işlərlə məşğul idi. 44 günlük Vətən müharibəsində də biz gördük ki, İran ərazisindən Ermənistana durmadan bir neçə dəfə silah-sursat daşınırdı. Azərbaycan Vətən müharibəsində əldə etdiyi tarixi qələbədən sonra 132 kilometrlik İran - Azərbaycan sərhədini də bərpa etdi, o cümlədən ölkə başçısı həmin sərhədi İrana mesaj olaraq qeyd etdi ki, bura dostluq sərhədidir. Amma tam əksinə olaraq biz görürük ki, İran nədənsə Ermənistanın 30 illik işğalçılıq dövründə heç bir hərbi təlimlər keçirmirdi, amma Azərbaycan torpaqlarını işğaldan azad etdikdən sonra burada artıq bir neçə dəfə hərbi təlimlər keçirib və sonuncu hərbi təlimdə isə məhz Araz çayını keçərək hərbi texnikalarını çayın o biri tərəfinə keçirməklə təlim keçirdi.
İran Ermənistanın təhlükəsizliyini öz təhlükəsizliyi hesab edir' - DeputatDeputat İranın Qafandakı konsulluğu haqda da danışıb:  
"Bu günərdə isə Qafanda tələsik İranın bir konsulluğu açıldı. Əslində, Qafanda açılan İranın konsulluğu Ermənistanın və İranın hansı vəziyyətdə olduğunun bariz nümunəsi idi. Çünki o inzibati bina tam təmir edilməmiş, onun tələsik formada açılması və orada da İran XİN-in növbəti dəfə qərəzli bəyanatı bir daha İranın ermənispərəst siyasətinin təzahürüdür".
C.Osmanov həmçinin qeyd edib ki, İran Azərbaycanın güclü olmasından ciddi narahatdır:
"İranın ciddi narahat olduğu məsələ ondan ibarətdir ki, Azərbaycan güclüdür, müstəqil siyasət yürüdür Çox güclü dostları, müttəfiqləri var. Azərbaycan bu gün dünyada ən vacib aktorlardan birinə çevrilib. Əlbəttə ki, bu, İranın özünü narahat edir. Bu gün İranın daxilində baş verən hadisələr, iğtişaşlar, əhalinin etirazları birbaşa molla rejiminə qarşıdır. Hansı ki, orta əsr təfəkkürü ilə ölkəni idarə etməyə çalışırlar. İnsanlar artıq bu siyasətdən boğaza yığılıb və ona görə də normal, sivil bir ölkəyə çevrilməyi istəyirlər. İranla Ermənistanın oxşar cəhətləri ondan ibarətdir ki, Ermənistan da hər zaman terror təşkilatlarının yaradılması ilə məşğul olan ölkədir. O cümlədən İranın da bir neçə terror təşkilatları mövcuddur. Digər bir tərəfdən İranın bu gün daxildə olan vəziyyəti, insanların etirazı, insanlara qarşı İran hakimiyyətinin qeyri-insani rəftarı insan haqlarının pozulmasının göstəricisidir. Bu, artıq İranının indiki hakimiyyətinin siyasətinin tamamilə sonunu gətirəcək bir istiqamətdir. İran hərbi təlimlər keçirməklə, region ölkələrinə qarşı, xüsusən, Azərbaycana qarşı, qardaş Türkiyəyə qarşı aqressiya nümayiş etdirməklə çalışır ki, daxildəki problemləri arxa plana keçirsin. Diqqətləri bu təlimlərə yönəltsin".
"Bu gün Azərbaycan o Azərbaycan deyil ki, ölkəmizə əzələ nümayiş etdirsinlər, bizimlə diqtə dili ilə danışsınlar. İran yəqin ki, hələ çox keçmişdə qalıb. Azərbaycanı 90-cı illərin əvvəllərində ki zəif bir ölkə kimi bilir. Amma Azərbaycan artıq bütün gücünü, qüdrətini 44 günlük Vətən müharibəsində göstərdi. Ondan sonrakı mərhələdə ölkəmizin nüfuzunun, hörmətinin günbəgün artdığını artıq görmək lazımdır. Bölgədə yaradılmış yeni reallığı qəbul etmək lazımdır" – deyə deputat əlavə edib.
Aydın Nuri

Siyasi       Tarix: 25 oktyabr 2022
f Paylaş

Oxşar xəbərlər

Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq

Nazirlər Kabineti "2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri" və "2027-ci il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyas

1 saat danışdılar - Lavrov və Rubio nəyi müzakirə etdi?

Nyu-Yorkda Rusiya xarici işlər naziri Sergey Lavrov ilə ABŞ Dövlət katibi Marko Rubio arasında təkbətək danışıqlar başa çatıb. "RİA Novosti"yə istinadən xəbər verir ki, diplomatik görüş təxminən bir saat davam edib

Tixanovskaya: ABŞ Lukaşenkonun hökuməti ilə ticarət etməməlidir

ABŞ Belarus Prezidenti Aleksandr Lukaşenkonun hökuməti ilə ticarət etməməlidir. xəbər verir ki, bunu Belarusun demokratik qüvvələrinin lideri Svetlana Tixanovskaya BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən iclası çərçivəsind

Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman

Azərbaycan Prezidenti İlham Əliyev dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında Fərman imzalayıb. xəbər verir ki, sözügedən Fərmana əsasən, dövlət ümumi təhsil müəssisələrind

Ərdoğanla Paşinyan Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edib 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanla ikitərəfli ticarət və nəqliyyat sahələrindəki normallaşma prosesini dəstəkləyir, münasibətlərdə əldə edilən müsbət dinamikanın davam etdirilməsini vacib sayır. KONKRET.azxəbə

"Qısqanclıq kişi ilə qadın arasında olur" - Putin həmin görüşdən danışdı

Rusiya Prezidenti Vladimir Putin ÇXR Sədri Si Cinpinlə ABŞ Prezidenti Donald Trampın Vaşinqtondakı görüşünə qısqanclıqla yanaşmadığını bildirib. TASS-a istinadən xəbər verir ki, Rusiya dövlət başçısı bu cür hisslərin beynəlxal

Sentyabr ayında mediada ən aktiv deputatlar kimlər olub? - SİYAHI

Sentyabr ayı üzrə təhlillərə əsasən mediada ən aktiv olan deputatlar açıqlanıb. xəbər verir ki, "Mediatrends.ai" platformasının "Media indeksi" göstəricilərinə əsasən, siyahıya 26,06 faizlə deputat Naqi

Azərbaycan Prezidenti Estoniyanın yeni səfirini qəbul etdi - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 23-də Estoniya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Tiina Nirki qəbul edib. xəbər verir ki, səfir etimadnaməsini dövlə

Tramp İlham Əliyevdən sitat gətirdi

Ağ Evin rəhbəri Donald Tramp bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev İrəvan ilə Bakı arasındakı münaqişənin nizamlanmasında amerikalı həmkarının rolunu qeyd edib. xəbər verir ki, bu barədə Tramp Nyu-Yorkda BMT Ba


yeni xeberler azerbaycan xeberleri son xeberler bu gunun xeberleri haqqinda melumat cəbhədən xəbər ən son xəbərlər bugün dunyada son xeberler