İran-İraq sərhədi BAĞLANDI
İran İraqla olan bütün quru sərhədlərini bağlayıb.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə İranın daxili işlər nazirinin müavini Məcid Mirəhmədi bildirib.
O qeyd edib ki, bu qərar Bağdadda başlayan iğtişaşlar fonunda verilib.
Qərar milyonlarla iranlının Ərbəin mərasimləri üçün İraqın Kərbəla və Nəcəf şəhərlərini ziyarət etməyə hazırlaşdığı bir vaxtda verilib.
İRNA xəbər agentliyinin məlumatına görə, İran səfirliyi öz vətəndaşlarından Bağdada, eləcə də Kazımiyyə və Samarra şəhərlərinə səfərdən çəkinməyi xahiş edib.
İranın İmam Xomeyni Beynəlxalq Hava Limanı bəzi aviaşirkətlərin İraq paytaxtına uçuşları ləğv etdiyini açıqlayıb.
Xatırladaq ki, avqustun 29-da şiə imamı Müqtəda əs-Sədrin tərəfdarları İraq hökumətinin Bağdaddakı qərargahına basqın ediblər. Qarşıdurmalarda 30-dan çox adam ölüb.
BMT Baş katibi Antonio Quterreş İraqdakı münaqişə tərəflərini gərginliyi azaltmağa çağırıb.
İqbal Rzayev,
KONKRET.az
Turlar.az [newsid: 0-123300]

Səudiyyədən TƏCİLİ HƏRBİ ADDIM: Türkiyə və Pakistan
Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
Gəncədə "Kia" ilə "Qazel" toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
11 yaşımda ana oldum, mən böyümədim' - Xalq artisti
Ülviyyə Əliyevaya ağır itki
2 aktrisa saxlanıldı
Biran Damla Yılmaza Almaniyada 6 ay həbs cəzası verildi
27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı
Yeni idman dünyası Kinon TV-də: "Setanta Sports & TV" paketi istifadəyə verildi
2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək
Bank kartlarında yeni qayda: Hansı kartlara məhdudiyyət qoyulacaq? - AÇIQLAMA
Mahnı sifarişi üstündə dava: Müştəri bıçaqlandı
Türkiyə - Fransa oyununa hansı kanalda baxaq?