İran İslam yox, xristian dəyərlərini seçmiş ölkədir' - Deputat

İran İslam yox, xristian dəyərlərini seçmiş ölkədir' - Deputat"İran İslam Respublikasının deputatlarının qəbul etdiyi bəyanatla yaxından tanış olduqda, orada səsləndirilən faktlara nəzər yetirdikdə onu deyə bilərəm ki, İranın bizə tutmaq istədiyi iradların heç bir hüquqi, siyasi əsası yoxdur. Faktiki olaraq İran bu bəyanatı qəbul etməklə özünün həyata keçirdiyi daxili və xarici siyasətə bir növ bəraət qazandırmaq istəyir".
azxeber.com xəbər verir ki, bu sözləri İran parlament üzvlərinin Azərbaycana qarşı imzaladığı bəyənatı şərh edərkən Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.
O, həmçinin qeyd edib ki, Azərbaycan müstəqil dövlətdir və istədiyi ölkədə səfirlik aça bilər:
"İran uzun illərdir ki, Azərbaycan əleyhinə apardığı siyasətin yeni mərhələsini icra etməkdədir. Azərbaycan müstəqil dövlətdir və tam suveren haqqıdır ki, istənilən ölkədə səfirlik açsın, istənilən ölkədə öz konsulluğunun fəaliyyətini təşkil etsin. İstənilən ölkə ilə ikitərəfli münasibətləri inkişaf etdirə bilər. Bu baxımdan da İran unudur ki, İsraillə yalnız Azərbaycan deyil, digər müsəlman ölkələrin də diplomatik əlaqələri var və İsraildə bir çox müsəlman ölkələrin səfirlikləri fəaliyyət göstərməkdədir. İsrailin Azərbaycanla münasibətlərini inkişaf etdirməsi hansısa dövlətə hədəflənməyib. Bu yalnız İsraillə Azərbaycanın inkişafına töhfə verməkdir. Uzun illərdir ki, Azərbaycanda İsrail səfirliyi fəaliyyət göstərir və Azərbaycan İsrailin iqtisadi proseslərində yaxından iştirak edir. Bu gün də İsrailin neftə olan ehtiyacının 30%-dən çoxunu Azərbaycan təmin etməkdədir. Bununla yanaşı Azərbaycanın hərbi sənayesinin inkişaf etdirilməsi, İsrail şirkətləri ilə birlikdə modern silahlar istehsal etməsi buna bir misaldır".
44 günlük Vətən Müharibəsi zamanı İranın Azərbaycana deyil, düşmən ölkə Ermənistana verdiyi dəstəkdən danışan millət vəkili bunları qeyd edib:
"44 günlük Vətən Müharibəsində biz kimin dost, kimin düşmən olduğunu daha yaxşı bildik. 44 günlük Vətən Müharibəsində İran Azərbaycana qarşı oldu, Ermənistana dəstək verdi. Azərbaycan sərhəddinə hərbi texnika yığdı, hərbi təlimlər təşkil etdi. İndi də Azərbaycanın Zəngəzur dəhlizinin açılması ilə istəyinin əleyhinə çıxış edir. Bütün bunlar azmış kim, Qafan şəhərində İran konsulluğunu açmaqla Azərbaycana qarşı nə qədər qərəzli və fərqli siyasət yeritdiyini ortaya qoydu. Vətən Müharibəsində İsrail açıq formada Azərbaycana hərtərəfli öz dəstəyini nümayiş etdirdi. Bu dəstək bizə İsraildə səfirlik açmağa imkan verdi. Faktiki olaraq İran İslam yox, xristian dəyərlərini seçmiş oldu. Buna görə də İran parlamentarilərinin imzaladığı bəyanatın heç bir hüquqi əsası yoxdur.
"Düşünürəm ki, İran Tehranda Azərbaycan səfirliyində baş verən terror aktı ilə bağı üzr istəməlidir. İstintaqının düzgün və səmimi aparılmasını təmin etməlidir. Həmçinin Azərbaycanda baş vermiş bir sıra ixtişaş və terror hadisələrinə görə cinayətkaların tapılmasında və cəzalandırılmasında Azərbayacana dəstək verməlidir. Bunları etmədiyi təqdirdə biz açıq şəkildə baş verən proseslərdə İran tərəfinin əli olduğunu söyləyə bilərik. Çünki həbs olunmuş şəxslərin keçmişinə baxsaq açıq şəkildə görərik ki, İran radikal dini qruplaşmalarının izi və xətti görünür. İran sərt və qərəzli mövqe ortaya qoyur və faktiki olaraq Azərbaycanın suveren haqqlarına xələl gətirir. İran Azərbaycanın güc qazanmasını qəbul edə bilmir. Regionda söz sahibi olmasını qəbul edə bilmir" deyə deputat əlavə edib". 
 
Günel Hüseynli

Siyasi       Tarix: 07 aprel 2023
f Paylaş

Oxşar xəbərlər

Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Prezidenti İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. -a istinadən xəbər verir ki, təbrikdə deyilir:. "Pakistan xalqı və Hökuməti adından

Trampın planları alt-üst ola bilər – Seçkilərdən sonra nə dəyişəcək?

"Donald Trampın partiyasının aralıq seçkilərdə məğlub olması ABŞ-nin İrana qarşı siyasətində siyasi parçalanmanı dərinləşdirə və qərar qəbuletmə imkanlarını zəiflədə bilər. Bununla belə, bu, Vaşinqtonun İran siyasətind

Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır

"Azərbaycan–Çin ticarətində rekord göstəricilər ölkəmizin artan geoiqtisadi əhəmiyyətini nümayiş etdirir". Bu fikirləri -a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov Azərbaycanla Çin arasında ticarət dövriyyəsini

Euronews' Azərbaycanda Zəfər Gününün qeyd olunmasını nümayiş etdirib

Avropanın "Euronews" televiziya kanalı 44 günlük Vətən Müharibəsində Azərbaycanın qələbəsinin altıncı ildönümünə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bayram tədbirlərində iştirakına həsr olunmuş materia

Vardanyanın arvadı Bakıya gəlmək istəyir

Bakıda həbsdə olan erməni separatçı Ruben Vardanyanın həyat yoldaşı Veronika Zonabend beynəlxalq qadınlardan ibarət humanitar nümayəndə heyətinin Azərbaycana səfəri ilə bağlı açıqlama yayıb. -a istinadən xəbərinə görə,

Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər. /

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. xatırladır ki, Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyin

Hikmət Hacıyev: Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır

Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır. xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir

Şimali Kiprin tanınması üçün... - Ərdoğan

Türkiyə olaraq Şimali Kipr türk xalqını heç vaxt tək və ya köməksiz qoymayacağıq. Bütün dünya bunu bilməli və nəzərə almalıdır. KONKRET.azxəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasınd


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən son dəqiqə azerbaycanda son xeberler ən son xəbər son xeberler bu gun