İran nüvə sazişi üzrə danışıqlarda irəliləyişin olduğunu qeyd etdi
"Vyanada nüvə sazişinin bərpasına dair danışıqlarda ayrı-ayrı müsbət irəliləyişlər müşahidə olunur, lakin hələlik nəticələr Tehranın gözləntilərini doğrultmur".
KONKRET.az xəbər verir ki, bunu İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali komissarı Josep Borrellə telefon danışığı zamanı deyib.
Diplomatın sözlərinə görə, dialoq indi mühüm mərhələyə çatıb:
"Danışıqların əvvəlki raundundan sonra müəyyən müsbət irəliləyişlər oldu, lakin indiyə qədər gözləntilərimiz özünü doğrultmadı. Bütün tərəflər razılığa gəlmək, siyasi qərarlar qəbul etmək istəyi ilə Vyanaya gəlməlidirlər. Biz yalnız o zaman iqtisadi maraqlarımızı davamlı və təhlükəsiz şəkildə təmin etməklə bağlı yaxşı razılığa gələ bilərik".
Öz növbəsində İran Məclisinin üzvü Məlek Şəriəti bildirib ki, Vyanada nüvə sazişi üzrə razılaşma əldə olunarsa, ABŞ-ın İrana qarşı sanksiyalarının ləğvinin yoxlanılması prosesi altı aya qədər çəkə bilər.

İmişlidə zavodda GÜCLÜ YANĞIN - FOTO
Gəncədə yol qəzası - xəsarət alanlar var - Foto
Rusiyanın hücumu: Azərbaycanlı həlak oldu
Kiyev bazarına dron hücumu-Kürdəmir sakini həlak oldu
Mahir Məmmədov yenidən vitse-prezident seçildi
Prezident və birinci xanım Bakıdakı Zəfər parkında olub - FOTOLAR
Ərdoğan İlham Əliyevə zəng etdi
Xaçmazda avtomobillər toqquşdu - Yaralılar var
Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq
Dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında - FOTOLAR
Kredit kartlarından istifadədə diqqətçəkən dəyişiklik: Vətəndaşların yeni maliyyə seçimi
Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım
Avtoxuliqanlıq edən sürücü həbs olundu
34 yaşlı kişi qətlə yetirildi: saxlanılan var