İran Qarabağı Suriyaya çevirmək istəyir - '4 min silahlı göndərir
Tehran may ayına qədər İran İnqilab Keşikçiləri və şiə silahlı birləşmələrindən ibarət 4000 nəfərlik qüvvəni Qarabağa köçürməyi planlaşdırır.
azxeber.com xəbər verir ki, bu sensasional iddia "Türkiyə" qəzetində nəşr edilən Yılmaz Bilgənin "İran Qarabağı ikinci Suriyaya çevirmək istəyir" adlı məqaləsində qeyd edilib.
O yazısında qeyd edib ki, Ermənistanın təhlükəsizliyini əsas prioritet, İrəvanı isə qardaş elan edən İran administrasiyası Qarabağı Suriyaya çevirmək planları qurur.
İddialara görə, Tehranın gündəliyinə İran İnqilabı Keşikçiləri və şiə milislərindən ibarət 4 min nəfərlik qüvvənin 2023-cü ilin mayına qədər Qarabağa köçürülməsi daxildir.Bu məqsədlə Qüds Qüvvələrinin komandanı İsmail Kani ötən fevral ayında İraq və Suriyaya səfər edib.
İran generalı qaynar cəbhələrdə olan Asaeb Əhlil Haq, Hərəkat ən-Nüceba və Hizbullah kimi şiə qruplaşma komandirlərinə 4000 nəfərlik təlim keçmiş və səhra təcrübəsi olan qüvvə hazırlamağı tapşırıb.
Qarabağı Suriyalaşdırmaq planına PKK-nı da daxil edən İran yezidilərlə birlikdə Suriya və İraqdan minlərlə PKK silahlısını Azərbaycan ərazisinə qatmaq üçün Qarabağa gətirməyi düşünür.
Ayşən

Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
Batumidə Azərbaycan vətəndaşı itkin düşdü - Avqustun 28-dən xəbər yoxdur
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
General-leytenant Norat Ter-Qriqoryants Ermənistan pasportundan imtina etdi
"Zəngəzurda ABŞ hərbçilərini görsək, vuracağıq, bir tək Rusiya olsun" – İrəvana birbaşa ultimatum
Ukrayna Krımda dəmir yolu körpüsünü vurdu