İran rialı sürətlə dəyər itirir, bəs Azərbaycan manatı? - VACİB AÇIQLAMA

İran rialı sürətlə dəyər itirir, bəs Azərbaycan manatı? - VACİB AÇIQLAMAİranla ABŞ arasında artan gərginlik fonunda qonşu ölkənin milli valyutası rial dollar və avro qarşısında sürətlə dəyər itirir. İran iqtisadiyyatında yaranmış çətinliklər və mümkün hərbi toqquşma ehtimalları fonunda rialın kəskin ucuzlaşması region ölkələrinin valyutalarına necə təsir edə bilər? Xüsusilə, Azərbaycan manatı bu prosesdən zərər görə bilərmi?
Məsələ ilə bağlı iqtisadçı ekspert Xalid Kərimli KONKRET.az-a açıqlamasında bildirib ki, İran rialının dəyər itirməsi Azərbaycan manatına ciddi təzyiq göstərmir:
İran rialı sürətlə dəyər itirir, bəs Azərbaycan manatı? - VACİB AÇIQLAMA"İran valyutasının devalvasiyası artıq illərdir davam edən bir prosesdir və bazar iştirakçıları üçün bu yeni və gözlənilməz hadisə deyil. İran uzun müddətdir sanksiyalar altındadır və iqtisadi izolyasiya şəraitində rial davamlı olaraq dəyər itirib. Buna görə də Azərbaycan bazarında rial etibarlı valyuta kimi qəbul edilmir və geniş istifadə olunmur."
Ekspert qeyd edir ki, iki ölkə arasında ticarət əlaqələri də o qədər geniş deyil ki, bu, manatın məzənnəsinə ciddi təsir göstərsin:
"Azərbaycanın ümumi ticarət dövriyyəsində İranın payı cəmi 1,2 faiz təşkil edir. İdxalda bu rəqəm bir qədər yüksək 2,4 faizdir. Lakin bu göstəricilər ümumi iqtisadi mənzərədə əhəmiyyətli təsirə malik deyil. Üstəlik, İranla münasibətlərdə mövcud siyasi və iqtisadi məhdudiyyətlər əməkdaşlığın daha da genişlənməsinə maneə yaradır."
Nəticə olaraq, ekspert hesab edir ki, İran rialının ucuzlaşması hazırkı mərhələdə nə psixoloji, nə də real olaraq Azərbaycan manatına təzyiq göstərmir:
"Valyuta bazarında iştirakçılar İran rialını etibarlı hesab etmədiyindən, bu valyutadakı dalğalanmalar manat üçün heç bir risk yaratmır."
Aynurə İsmayıl
KONKRET.az

Sosial       Tarix: 02 iyul 2025
f Paylaş

Oxşar xəbərlər

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli

Magistraturada 949 plan yeri niyə boş qaldı? - Ekspert səbəbləri açıqladı

Xəbər verdiyimiz kimi, magistratura səviyyəsi üzrə boş qalan plan yerlərinə keçirilən müsabiqənin nəticələri açıqlanıb. Müsabiqədə iştirak edən 1457 bakalavrdan 508 nəfəri ali təhsil müəssisələrinin magistratura səviyyəsin

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

Daha çox maaş almaq istəyirsinizsə... – Bu bacarıq gəlirinizi artıra bilər

Xarici dil bilmək artıq yalnız əlavə bacarıq deyil, bir çoxsahədə işə qəbul zamanı namizəddən tələb olunan əsas meyarlardan birinəçevrilib. Xüsusilə ingilis və rus dillərini bilmək müxtəlifvakansiyalarda üstünlük kimi göstərilir


yeni xeberler son xeberler azerbaycan xeberleri cəbhədən son durum son xeberler bugun 2026 muharibe kriminal bugun qurban bayrami 2026