İran səfiri: 'Ölkəmizdən Qarabağa tikinti materialı gətirmək ucuz olacaq
"İran şirkətləri Qarabağda bərpa işlərinə 100 milyonlarla ABŞ dolları investisiya qoymağa hazırdır".
BAKU.WS xəbər verir ki, bunu "Report"a açıqlamasında İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi deyib.
"Qarabağı vacib hesab edirik və müasir bir regiona çevrilməsini arzulayırıq. Əvvəllər bildirdiyimiz kimi, Qarabağ islam torpağıdır, buna görə də İran həm I, həm də II Qarabağ müharibəsində Azərbaycanın yanında olub. Çox istəyirik ki, bu torpaqlar abad olsun. İranın böyük şirkətləri işğaldan azad edilmiş ərazilərdə iqtisadi fəaliyyətlərini genişləndirmək istəyirlər. İranın infrastruktur layihələrində fəaliyyət göstərən şirkətləri bərpa prosesində iştirak etməyə hazırdılar və maraqlıdırlar", - deyə o qeyd edib.
"İran Qarabağ regionuna çox yaxın məsafədə yerləşir. Bizim ölkədən azad edilmiş ərazilərə tikinti materiallarının gətirilməsi çox ucuz başa gələcək. İran Qarabağın bərpası üçün müxtəlif növ tikinti daşlarının, boruların, keramika piltələrinin və s. bu kimi tikinti materiallarının ixracını həyata keçirməyə hazırdır", - deyə səfir əlavə edib.
Bundan başqa, onun sözlərinə görə, ölkəsi Qarabağın minalardan təmizlənməsinə də dəstək verməyə hazırdır: "İranın minalardan təmizləmə üzrə şirkətləri azad edilmiş ərazilərdə işlərə kömək etməyə hazırdır. Onlar sözügedən ərazilərdə minalardan təmizlənmə prosesində iştirakla bağlı razılıqlarını ifadə ediblər. Yaxın günlərdə bu şirkətlərin azad edilmiş ərazilərin minalardan təmizlənmə prosesində iştirakı müzakirə ediləcək".
Xatırladaq ki, bir müddət əvvəl İqtisadiyyat Nazirliyinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Qarabağda xarici investorların iştirak edəcəyi layihələr üzərində iş aparıldığını bildirib.

Seymur Cəfərov vəfat etdi
Prezident Canni İnfantinonu qəbul etdi
13 yaşlı oğlan faciəvi şəkildə öldü
Azərbaycanda qədim yaşayış məskəni aşkarlandı - FOTO
Lənkəranda kişi atasını qaynar su ilə yandırdı
Bakıda zibil maşını yaşlı kişini vurub öldürdü
Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş
Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır
Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı
Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR
Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova
Prezident sərəncam imzaladı
Logistika və nəqliyyat Azərbaycanın iqtisadi inkişafında yeni imkanlar yaradır
Azərbaycan iqtisadiyyatına 10,8 milyard dollarlıq sərmayə: Ekspertlər nə deyir?