İran Səudiyyədə üç diplomatik nümayəndəlik AÇIR
İranın üç diplomatik missiyası Səudiyyə Ərəbistanında fəaliyyətini bərpa edib.
KONKRET.az "Fars" agentliyinə istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kanani Çafi bildirib.
"İranın Ər-Riyad və Ciddədəki üç diplomatik missiyası ilkin mərhələdə işə başlayıb", – o deyib.
Diplomat nümayəndəliklərin formatını açıqlamayıb.
Qeyd edək ki, cümə günü İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian bu barədə bildirib:
"İran və Səudiyyə Ərəbistanının səfirlik və konsulluqları yaxın günlərdə fəaliyyətini bərpa edəcək".
Xatırladaq ki, martın 10-da Tehran və Ər-Riyad iki ay ərzində diplomatik münasibətləri və səfirliklərin işini bərpa etmək barədə razılığa gəliblər. İki ölkənin nümayəndələri Pekində bir neçə gün danışıqlar aparıb, nəticədə üçtərəfli bəyanat hazırlanıb.
İqbal Rzayev,
KONKRET.az

"Sabah" doğma meydanda xal itirdi
"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
Məşhur aktrisa vəfat etdi
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Benzin qiyməti kəskin ucuzlaşdı
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ərdoğan sabah Qarabağa gəlir
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi