"İran sırf ideoloji tezislər əsasında xarici düşmən axtarışı ilə məşğuldur" – İLGİNC DETALLAR

İran İnqilab keşikçiləri Korpusuna məxsus "Gizli bülleten" Telegram kanalında İslam Respublikasında əxlaq polisi tərəfindən öldürülən Məhsa Əmini ilə Zəngəzur dəhlizi məsələsinin bir planın tərkib hissəsi olduğu iddia edilib. Yazıda Azərbaycan, Türkiyə və İsrailin İranın şimal-qərbində sərhədlərin dəyişdirilməsi ilə məşğul olduqları da öz əksini tapıb. Bununla da kifayətlənməyən müəlliflər Zəngəzur dəhlizini İran və Ermənistanın nəzarətindən çıxararaq İranın Avropa ilə əlaqəsini kəsməyə çalışdıqları yazılıb.Bəs bu cür iddiaların əsası varmı? İranın belə sərsəm açıqlamalarına birdəfəlik son qoymaq üçün hansı addımları atmalıyıq?
Mövzunu KONKRET.az-a şərh edən politoloq Tural İsmayılovun sözlərinə görə, İrandakı bəzi adamların Azərbaycan və Türkiyə əleyhinə isterikası o qədər güclüdür ki, onlar ölkədə baş verən problemləri həll etmək əvəzinə, Bakı və Ankara əleyhinə çirkin kampaniya aparırılar: "Bütövlükdə İranda ciddi sosial problemlər var. Rəsmi Tehran isə dövləti normal qaydalarla idarə etmək yerinə sırf ideoloji tezislər əsasında xarici düşmən axtarışı ilə məşğuldur. Bu xarici düşmən axtarışı nəticəsində hazırda İranın regionda və dünyada heç kimlə səmimi siyasi əlaqələri və münasibətləri mövcud deyil. Hesab edirəm ki, İranda baş verən problemlərin real səbəblərini aradan qaldırmaq və bu tip hadisələrin kökünü kəsmək əvəzinə növbəti dəfə Türkiyə və Azərbaycan əleyhinə hücum təşkil etmək cəhdləri çox uğursuz addımlardan biridir. Düşünürəm ki, bu iddiaların heç bir əsasının olmadığını İran xalqı da yaxşı başa düşür".
Politoloq əlavə edib ki, İran hazırda ölkə daxilindəki problemlərdən başını itirib: "Rəsmi Tehran normal siyasi islahatlar həyata keçirərək ölkədəki demokratik prinsiplərə zidd, insan haqqlarını tapdalayan qərarlardan vaz keçmək yerinə, yenidən ideoloji təbliğatlar apararaq düşmən ölkə axtarmaq çabaları göstərir. İranın bu tip sərsəm açıqlamalarına son qoymaq üçün Azərbaycan ziyalıları, ictimaiyyət nümayəndələri, media fəalları kəskin mövqe sərgiləməlidir. Tehran tərəfindən ölkəmizə qarşı həyata keçirilən informasiya hücumlarına qarşı birmənalı şəkildə mübarizə aparmalıyıq. Ümid edirəm ki, bizim bundan sonrakı fəaliyyət nümunələrimiz İslam Respublikasında ideoloji təbliğatın təsiri altına düşən İran vətəndaşları üçün də bir vasitə olacaq. Ona görə də, sosial media seqmentində İranın yalan və reallığa uyğun olmayan siyasi xəttini və informasiya hücumlarını hamılıqla ifşa etməyi bacarmalıyıq".
Müşviq Tofiqoğlu,
KONKRET.az

Siyasi       Tarix: 23 sentyabr 2022
f Paylaş

Oxşar xəbərlər

Bakıdan Gürcüstan Patriarxlığına: Erməni yolu getmə

Gürcüstan Patriarxlığının Azərbaycanın ərazisində yerləşən Kürmük məbədi ilə bağlı verdiyi son açıqlama Azərbaycan ilə Gürcüstan arasında mövcud olan dostluq, tərəfdaşlıq və mehriban qonşuluq münasibətlərinin ruhuna ziddir

Siyasi şərhçi: "10 noyabr" Bəyanatının icrasında ciddi problemlər qalırdı

"İkinci Qarabağ müharibəsi nəticəsində  imzalanan 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatdan sonra Ermənistanın atdığı addımlar göstərirdi ki, razılaşmaların icrası ilə bağlı ciddi problemlər qalır. Bəyanatı

Prezidentdən "AzerGold"la bağlı - Sərəncam

"AzerGold" QSC-nin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 fevral tarixli 2515 nömrəli Sərəncamında dəyişiklik edilib. Bununla bağlı Preziden

Zelenski BMT tribunasından Rusiyanı HƏDƏLƏDİ

Ukrayna Prezidenti Volodimir Zelenski Nyu-Yorkda BMT Baş Assambleyasındakı çıxışı zamanı xəbərdarlıq edib ki, Rusiyanın Ukraynanın enerji infrastrukturuna zərbələrini davam etdirməsi Rusiyanın enerji obyektlərinə cavab hücumlar

Sentyabr ayında mediada ən aktiv deputatlar kimlər olub? - SİYAHI

Sentyabr ayı üzrə təhlillərə əsasən mediada ən aktiv olan deputatlar açıqlanıb. xəbər verir ki, "Mediatrends.ai" platformasının "Media indeksi" göstəricilərinə əsasən, siyahıya 26,06 faizlə deputat Naqi

İmzalanmış sənədlər Prezidentin iştirakı ilə mübadilə edildi - FOTOLAR

İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlərin sentyabrın 26-da Prezident İlham Əliyevin iştirakı ilə mübadiləsi mərasimi olub. xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məluma

Ermənistan-Azərbaycan sərhədi ilə bağlı MÜHÜM AÇIQLAMA

Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası üzrə işlər tezliklə bərpa olunacaq. KONKRET.azxəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan bildirib. O, işlərin nə vaxt başlayacağını dəqiqləşdirməyib

Abbas Əraqçi Ceyhun Bayramovla görüşdü

İranın xarici işlər naziri Abbas Əraqçi azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşüb. xəbər verir ki, A. Əraqçi bu barədə özünün "Telegram" kanalında məlumat yayıb. Görüş Birləşmiş Millətlər Təşkilatı (BMT) Ba

Zelenski: Qış sizin üçün də ağır olacaq

Ukrayna Prezidenti Volodimir Zelenski qarşıdakı qışın həm Ukrayna, həm də Rusiya üçün çətin keçəcəyini bildirib. xəbər verir ki, Zelenski ABŞ-ın Nyu-York şəhərində BMT Baş Assambleyasının 81-ci sessiyasının ikinci iclasınd


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən görüntülər ən son xəbərlər bugün son xəbər cəbhədən son durum