"İran və Azərbaycan müharibənin astanasındadır" - ƏTRAFLI

"İran və Azərbaycan xarici işlər nazirləri Hüseyn Əmir Abdullahian və Ceyhun Bayramov iki gün dalbadal – 7 və 8 aprel tarixlərində telefonla danışıblar. Bu, təbiidir. İki ölkə arasındakı münasibətlər dibin də aşağısındadır, faktiki müharibənin astanasındayıq".
KONKRET.az-ın xəbərinə görə, bunu politoloq Elxan Şahinoğlu bildirib.
O, qeyd edib ki, bu, nə Azərbaycanın, nə də İranın maraqlarına cavab verir:
"Ancaq münasibətlərin gərginlik mərhələsindən çıxması üçün ilk addımları Tehran atmalıdır:
1) Azərbaycan səfirliyinə edilən hücumun araşdırılması barədə Bakıya müfəssəl məlumat verilməlidir;
2) Deputat Fazil Mustafaya hücum edən terrorçulara əmrin İrandan verildiyi təsdiq olunarsa, Tehran buna aydınlıq gətirmək məcburiyyətindədir.
İranın sərhəddə qoşun birlikləri toplamasından və hərbi təlimlərindən tutmuş, internetdə təxribatçı görüntülərin yayılmasına qədər məsələlər danışıqların sonrakı mərhələsində müzakirə olunmalıdır", – deyə politoloq bildirib.
Elxan Şahinoğlunun sözlərinə görə, iki ölkənin xarici işlər nazirlərinin mütəmadi telefon danışıqlarının mövcud gərginliyi azalacağına inam azdır:
"Çünki belə telefon danışıqları keçmiş aylarda da olub, ancaq münasibətlərin normallaşmasına müsbət təsir etməyib. Çünki İranda qərarları bu ölkənin Xarici İşlər Nazirliyi vermir. İranda Azərbaycanla bağlı qərarları güc strukturları – İran İslam Keşikçiləri Korpusu və ona aid strukturlar verirlər. Deməli, münasibətlərin normallaşması üçün bu stukturların qərar verməsi lazımdır. Onlar qərar vermədən İran Xarici İşlər Nazirliyi istəsə belə münasibətləri normallaşdıra bilməyəcək, nazirlərin hər telefon danışığından sonra növbəti təxribatla üzləşəcəyik və gərginlik azalmayacaq", – politoloq əlavə edib.
Digər tərəfdən İran parlamentinin Azərbaycan əleyhinə sənədlər qəbul etdiyini deyən Elxan Şahinoğlu bildirib ki, İran Xarici İşlər Nazirliyi parlamentlərini inandırmalıdır ki, Azərbaycanın daxili işlərinə qarışmaq olmaz.
"İran XİN bunu edə biləcəkmi və ya bunu etmək istəyəcəkmi? Misal üçün İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian telefon danışığı zamanı illərdir təkrarladıqları fikri deyib: "Düşmənlər İran və Azərbaycan arasındakı problem və gərginlikdən faydalanırlar". Aydındır ki, iranlı diplomat düşmənlər dedikdə İsraili və ABŞ-ı nəzərdə tutub. Yenə də eyni hava. ABŞ və İsrail Tehranın düşməni ola bilər, ancaq Azərbaycanın bu iki dövlətlə tərəfdaşlıq münasibətləri var. Tehran bunu qəbul etməyincə münasibətlərin normallaşmasından danışmaq yersizdir. Elə Ceyhun Bayramov da telefon danışığında iranlı həmkarının diqqətinə çatdırıb ki, Azərbaycan milli maraqlarına uyğun müstəqil xarici siyasət həyata keçirir".
Politoloq qeyd edib ki, iki ölkə arasında gərginliyin azalması və münasibətlərin normallaşması üçün daimi əsasda fəaliyyət göstərən ikitərəfli komissiyanın fəaliyyətinə ehtiyac var.
"Bu komissiyada yalnız iki ölkənin diplomatları deyil, güc strukturlarının nümayəndələri və deputatları da iştirak etməlidir. Çünki Azərbaycana qarşı təxribatçı qərarları məhz İranın güc strukturları və deputatları qəbul edirlər. Güc stukturlarının saytlarında və televiziyalarında Azərbaycan əleyhinə təbliğat heç zaman dayanmayıb, bu məsələlərə də aydınlıq gətirilməlidir, bu məsələlərin həlli İran Xarici İşlər Nazirliyinin səlahiyyəti xaricindədir. Eyni zamanda İranın ali dini liderinin mollalarına Azərbaycan haqqında danışarkən diqqətli olmalarını tövsiyyə etməlidir. Nazirlər telefon danışığı zamanı Azərbaycanla İran arasında mövcud olan layihələrin icrası istiqamətində iş aparılmasına dair razılıq ifadə ediblər. İki ölkə arasında ortaq layihələrin icrası vacibdir. Ancaq münasibətlərdə gərginlik azalmadan, İrandakı bütün strukturlar Azərbaycanın daxili işlərinə qarışmaqdan vaz keçməyincə, təxribatlarını durdurmadıqca, ortaq iqtisadi layihələrin reallaşması çətin olacaq",- deyə Elxan Şahinoğlu bildirib.

Siyasi     Baxılıb: 182   Tarix: 10 aprel 2023
f Paylaş

Oxşar xəbərlər

Rusiya ilə bağlı ƏZİCİ SANKSİYA - Rubio deyir ki

Rusiya üzərinə sanksiyaların gücləndirilməsi məsələsinə Prezident Donald Trampın vergi və büdcə təşəbbüsü ilə bağlı işlərini yekunlaşdırdıqdan sonra baxacaq. xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio bildiri

Zaxarova Azərbaycana təşəkkür etdi

İyunun 14-dən indiyədək İrandan Azərbaycan, Ermənistan və Türkmənistan vasitəsilə 900-ə yaxın Rusiya vətəndaşı təxliyə edilib. apa-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəs

Kremldə gərginlik artır: Putin Peskovu göndərir, onun yerinə isə

Rusiya Prezidenti Vladimir Putinin çıxışı zamanı Kremlin sözçüsü Dmitri Peskovun yuxulaması sosial şəbəkələrdə və ictimaiyyət arasında geniş müzakirələrə səbəb olub. Maraqlıdır, bu hal Rusiya hakimiyyətində daxili gərginlikləri

Trampdan İranla bağlı ŞOK QƏRAR: ABŞ neft embarqosunu LƏĞV EDİR

ABŞ prezidenti Donald Tramp İranın neft satışına qoyulan qadağaları faktiki olaraq yumşaldıb. O, "Truth Social" platformasında yaydığı açıqlamasında bildirib ki, Çin artıq İrandan neft ala bilər. "Ümid edirə

Prezidentdən Mürsəl İbrahimovla bağlı SƏRƏNCAM

Azərbaycan Prezidenti İlham Əliyev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisinin rütbəsini artırıb. . xəbər verir ki, dövlət başçısının Sərəncamı ilə Mürsəl Qorxmaz oğlu İbrahimova "general-mayor"

Məktəbəqədər kurslar ailə büdcəsini dağıdır' - Deputat etiraz etdi

Milli Məclisin bu gün keçirilən iclasında "Təhsil haqqında" və "Məktəbəqədər təhsil haqqında" qanunlara dəyişiklik layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb. Layihə barədə deputatlara məlumat verə

Leyla və Arzu Əliyevalar bu gənc ailənin qonağı oldular - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Xızı rayonuna səfəri çərçivəsində "Gənc arıçı" layihəsinin iştirakçılarında

Netanyahu özü ilə fəxr edə bilər - Tramp

İran ballistik raketlərlə İsrailə ciddi ziyan vurub. xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib. "İsrail xüsusilə son bir neçə gündə İranın ballistik raketlərindən çox pis zərər çəkdi. Çoxlu binalar dağıdılıb"

Səfir: İsraillə qarşıdurma ilə əlaqədar Azərbaycanın mövqeyi İranda yüksək qiymətləndirilib

İranla İsrail arasında baş vermiş qarşıdurma ilə əlaqədar Azərbaycanın prinsipial və qəti mövqeyi İranda yüksək qiymətləndirilib. -un xəbərinə görə, bunu bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə etimadnaməsin


yeni xeberler son xeberler azerbaycan xeberleri en yeni xeberler beynelxalq bank mezenne xeberler bu gun xeberler bugun