İran və Səudiyyə Ərəbistanı bir-birinə hücum etməyəcək: Tərəflər RAZILIĞA GƏLDİ
Səudiyyə Ərəbistanı və İran bir-biri ilə hərbi qarşıdurmaya getməmək, həmçinin iki ölkənin maraqlarına qarşı yönəlmiş kəşfiyyat fəaliyyəti həyata keçirməmək barədə razılığa gəliblər.
KONKRET.az xəbər verir ki, bu barədə "Al Arabiya" telekanalı krallığın yüksək rütbəli nümayəndəsinə istinadən məlumat yayıb:
"Hər iki ölkə müdafiə və təhlükəsizlik sahəsində bir-birinə qarşı hərbi təcavüzün qarşısını almaq və kəşfiyyat fəaliyyətini həyata keçirmək üçün öhdəlik götürüb".
Bildirib ki, Səudiyyə Ərəbistanı və İran Yəməndəki münaqişənin həlli ilə bağlı ortaq anlaşmaya gəliblər.
Telekanalın həmsöhbəti razılaşmaların təfərrüatlarını açıqlamayıb.
Onun sözlərinə görə, Ər-Riyad və Tehran İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının bərpası problemini müzakirə etməyib.
Qeyd olunub ki, Səudiyyə Ərəbistanı həmçinin İrana hücum üçün öz ərazisini üçüncü ölkələrə verməyəcəyinə söz verib.
İqbal Rzayev,
KONKRET.az
Xidmetler [newsid: 0-123300]

"Sabah" doğma meydanda xal itirdi
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Benzin qiyməti kəskin ucuzlaşdı
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
Bank əməkdaşı futbol oynayarkən qəfil öldü
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir