İranda orta məktəb şagirdləri naməlum qazdan zəhərlənir - Xamanei edam tələb etdi
İranın ali rəhbəri ayətullah Seyid Əli Xamenei məktəblərdəki zəhərlənmələrdə iştirak edənlərin edam cəzasını tələb edib.
KONKRET.az xəbər verir ki, bu barədə "Fars" agentliyi məlumat yayıb.
Onun sözlərinə görə, bu, ağır cinayətdir və heç bir güzəşt ola bilməz.
"Zəhərlənmə faktı təsdiqlənərsə, o zaman günahkarlar ölüm cəzasına məhkum edilməlidir", – o deyib.
Qeyd edək ki, İranın müxtəlif bölgələrində orta məktəb şagirdlərinin naməlum qazdan çoxsaylı zəhərlənmələri baş verib. Belə ki, fevralın 22-də Lorestan əyalətində 20 məktəbli qız intoksikasiya əlamətləri ilə xəstəxanaya yerləşdirilib. Fevralın 28-də isə Tehranın Pərdis qəsəbəsindəki orta məktəbin 35 şagirdi xəstəxanaya aparılıb. Martın 1-də ölkənin şimal-qərbində yerləşən Ərdəbil əyalətində 105 uşaq oxşar simptomlarla xəstəxanaya yerləşdirilib.
Məlumata görə, Prezident İbrahim Rəisi hadisələri araşdırmaq üçün işçi qrupunun yaradılmasına göstəriş verib.
İqbal Rzayev,
KONKRET.az

Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - FOTOLAR
Millimiz dünya çempionatına qələbə ilə başladı
İki güləşçimiz dünya çempionatının finalında
Nev vəfat etdi
Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti
Azərbaycan bizim dəyərli tərəfdaşımızdır – Yaponiya XİN
Dövlət inhisarları rəqabətə açılacaq: Hansı sahələr özəl sektora verilə bilər?
"Qızım babası kimi siyasətçi olacaq
Bakıda kütləvi insidentlə bağlı saxlanılanlar hakim qarşısına çıxarılıb
Azərbaycanın Qazaxıstandakı səfirliyi finala yüksələn güləşçilərimizə uğurlar arzulayıb
Zəfər Partiyası sədrinin müşaviri YAP-ın qonağı oldu