İranda prezident seçkiləri bu tarixdə keçiriləcək
"Konstitusiya Mühafizəsi Şurası prezident seçkilərinin 18 iyun 2021-ci il tarixində keçirilməsini qərara alıb".
Publika.az xəbər verir ki, bunu İran Daxili İşlər nazirinin müavini və İran Ali Seçki Şurasının sədri Camal Orf deyib.
"Seçkilərin təxirə salınması barədə hansısa fikir yoxdur. Pandemiya davam edir, ona görə də seçki zəruri sağlamlıq protokollarını tətbiq etməklə aparılacaq. Çünki hökumət seçkilərin vaxtında keçirilməsini təmin etməlidir. Seçiləcək hökumət işi tam əlinə almalıdır, mövcud hökumət bu tarixdən sonra işini davam etdirə bilməz. Ümid edirik ki, COVID-19 seçki tarixinə qədər nəzarət altına alınacaq", - C.Orf bildirib.
Qeyd edək ki, fevralın 21-də keçirilən İran parlament seçkiləri ölkə tarixində ən aşağı səviyyədə olub. Bu seçkilərdə iştirak nisbəti 42,5 faiz olaraq qeyd edilib, bu da inqilabdan sonrakı 40 il ərzində ən aşağı nəticədir.
Akqabay

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək