İranda SEPAH-ın Kəşfiyyat İdarəsinin rəisinə sui-qəsd edildi

İranda SEPAH-ın Kəşfiyyat İdarəsinin rəisinə sui-qəsd edildiİran İnqilab Keşikçiləri Qvardiyasının (SEPAH) Təhlükəsizlik İdarəsinin (kəşfiyyat) rəisi Hüseyn Tayebəyə sui-qəsd edilib.
KONKRET.az xəbər verir ki, məlumatı "Alarabiya.net" yayıb.
"Terror Alarm" tviter səhifəsində hadisədən sonra kəşfiyyat rəisinin hospitala yerləşdirildiyinə dair xəbər yayıb.
Bildirilib ki, İsrailin təhlükəsizlik orqanları onun Türkiyə və başqa ölkələrdə israilli turistlərə qarşı sui-qəsddə iştirakını təsdiqləyərək fəaliyyətini izlədiklərini açıqlayıblar.
Məlumata görə, İranda baş verən nüvə alimləri və qvardiya zabitlərinin müəmmalı ölümlərindən sonra Hüseyn Tayebə bu yaxınlarda işdən çıxarılıbmış.
H.Tayebə 1963-cü ildə Tehranda anadan olub. O, qvardiyanın əsas kadr bazası sayılan yarımhərbi "Bəsic" təşkilatının başçısı işləyib. 2009-2019-cu illərdə isə İnqilab Keşikçiləri Qvardiyası kəşfiyyatı başçısının koməkçisi olub. Onun adı ölkədə bəzi din xadimlərinin qalmaqallı qətllərində də hallanır.
Hüseyn Salaminin qvardiyaya rəhbərlik etdiyi dövrdə (2019-cu ildən) SEPAH-ın Kəşfiyyat İdarəsi ilə Strateji Kəşfiyyat birləşdirilərək İnqilab Keşikçiləri Qvardiyası Kəşfiyyat Təşkilatı adlanıb. Yeri gəlmişkən, 2006-cı ildə BMT Təhlükəsizlik Şurasının 1737 saylı qətnaməsinə əsasən, ballistik raketlər üzrə proqramda iştirakına görə Hüseyn Salamiyə sanksiya tətbiq edilib.//Report

Hadisə       Tarix: 23 iyun 2022
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

İdeal dövləti necə qurmaq olar?

Səhər tezdən oyanıb bir stəkan çay içdim, Fransada və ona qonşu ölkələrdə baş verən iğtişaşlar barədə xəbərləri oxudum. Sonra ideal dövlət modelini hazırlamağa cəhd etmək qərarına gəldim. İndi yəqin ki, barmağınızı gicgahınızd

Xalidə Gözəl vəfat etdi

Əməkdar artist Xalidə Gözəl (Əhmədova) vəfat edib. xəbər verir ki, bu haqda məlumatı aparıcı Elgiz Əkbər yayıb. O bildirib ki, diktor bu gün dünyasını dəyişib. Allah rəhmət eləsin!

Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi

Albaniya parlamentində hakim Sosialist Partiyasının və müxalif Demokratik Partiyanın deputatları arasında əlbəyaxa dava düşüb.   "Politics" nəşrinə istinadən xəbər verir ki, hadisə parlamentin cümə axşamı keçirilə

Qəzada ölən Elşən bu qurumun əməkdaşı imiş – FOTO

Cəbrayılda baş verən qəza zamanı həlak olan Elşən Rüstəmov "AzərEnerji"nin əməkdaşı olub. KONKRET.azbildirir ki, "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə işə gedən zaman baş verib. Həyatını itirə

Cavid Ağaməliyev həbs edildi

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tərkibindəki "Naxçıvan Aqroservis" ASC-nin mənimsəmə ittihamı ilə saxlanılan sədri Cavid Ağaməliyev məhkəməyə çıxarılıb. -ın məlumatına görə, prokuror cinayəti

İşçiləri İdris Quliyevin 104 minlik malını oğurladı

Sumqayıtda yerləşən "Qold Qayalı" marketin anbarından külli miqdarda oğurluq olub. -ın əldə etdiyi məlumata görə, hadisəni törədənlər "Qold Qayalı"nın təsərrüfat müdiri və mağazada fəhlə kimi çalışan ik

Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var

Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. -ın əldə etdiyi məlumata görə, hadisə rayonun Ərəzin kəndi ərazisində üç avtomobilin iştirakı ilə qeydə alınıb. Baş vermi

Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu

Sumqayıt şəhərində beş avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. Report-a istinadla xəbər verir ki, hadisə şəhərin Sərvər Bədəlbəyli küçəsində qeydə alınıb. Belə ki, BMV, iki "Toyota"

Xankəndidə dövlət qurumunun əməkdaşı narkotiklə saxlanıldı

Xankəndidə 24 yaşlı gəncin üzərindən narkotik vasitə aşkarlanıb. -a istinadən xəbər verir ki, 24 yaşlı Sahib Rzayev (şərti) Xankəndi şəhərində polis əməkdaşları tərəfindən saxlanılıb. Onun üzərində aparılan yoxlama zaman


yeni xeberler azerbaycan xeberleri son xeberler xeberler bugun 2026 cəbhədən ən son xəbər xeber son xeberler bugun 2026 muharibe