İrandan Azərbaycana 10 milyon manatlıq narkotik gətirən şəxslər tutuldu

İrandan Azərbaycana 10 milyon manatlıq narkotik gətirən şəxslər tutulduDaxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti uğurlu əməliyyat tədbiri nəticəsində qaçaqmalçılıq yolu ilə külli miqdarda yüksək təsiredici xassəyə malik narkotik vasitələrin və psixotrop maddələrin ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.
Bu barədə Open.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat verib.
Belə ki, Baş İdarə əməkdaşları əldə etdikləri məlumat əsasında İmişli rayonu Bəhrəmtəpə-Biləsuvar magistral yolunda həyata keçirdikləri əməliyyat zamanı Şəmkir rayon sakini, əvvəllər məhkum olunmuş Enibar İsmayılov və İran İslan Respublikasının vətəndaşı Əli Şəhriyari saxlanılıblar.
Baxış zamanı onların üzərlərində olan bağlamalardan 94 kiloqram 673 qram narkotik vasitə heroin, 646,401 qram tiryək. 950 qram həşiş qətranı, 10 kiloqram 100 qram qurudulmuş marixuana, 7 kiloqram 153 qram psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülüb. Tədbir zamanı İran vətəndaşından həmçinin 1 ədəd üzərində "Sur-2608" sözləri yazılmış tapança, həmin silaha aid sandıqça, 10 ədəd patron, eləcə də 1 ədəd uzaqgörmə cihazı aşkar olunaraq götürülüb. Əməliyyat zamanı ümumilikdə 113 kiloqram 523 qram çəkidə narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb.
Qeyd edək ki, aşkar edilən həmin narkotik vasitə və psixotrop maddələrin qara bazarda qiyməti təxminən 10 milyon manatdır.
Araşdırma zamanı müəyyən olunub ki, bu şəxslər şəxsiyyəti istintaqa məlum olmayan İran vətəndaşının tapşırığı ilə külli miqdarda narkotik vasitəni Araz çayı üzərindən qaçaqmalçılıq yolu ilə Azərbaycana keçiriblər. Əli Şəhriyarı və Enibar İsmayılov İran vətəndaşının İmişli rayonunda qeyd etdiyi yerdə narkotik vasitələri gizlədəndən sonra isə geri qayıtmalı imişlər.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Əli Şəhriyarı və Enibar İsmayılov tutlaraq istintaqa cəlb olunublar. Cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Hadisə       Tarix: 17 aprel 2020
f Paylaş

Oxşar xəbərlər

Məktəbli motosiklet qəzasında öldü

Siyəzən rayonunda 11-ci sinif şagirdi motosiklet qəzası nəticəsində həyatını itirib. KONKRET.azAPA-ya istinadla xəbər verir ki, hadisə bu gün saat 15:00 radələrində rayonun Böyük Həmyə kəndində baş verib. Kənd məktəbini

Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu

Sumqayıt şəhərində beş avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. Report-a istinadla xəbər verir ki, hadisə şəhərin Sərvər Bədəlbəyli küçəsində qeydə alınıb. Belə ki, BMV, iki "Toyota"

Xalidə Gözəl vəfat etdi

Əməkdar artist Xalidə Gözəl (Əhmədova) vəfat edib. xəbər verir ki, bu haqda məlumatı aparıcı Elgiz Əkbər yayıb. O bildirib ki, diktor bu gün dünyasını dəyişib. Allah rəhmət eləsin!

Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı

Dağıstanın Sulak qəsəbəsi yaxınlığında, Xəzər dənizində batan ikinci balıqçının cəsədi dörd günlük axtarışlardan sonra tapılıb. xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin regional idarəsi məlumat yayıb

Tovuzda ağır qəza - 3 nəfərin vəziyyəti ağırdır

Tovuzda yol qəzası baş verib. xəbər verir ki, hadisə rayonun Xatınlı kəndində qeydə alınıb. "VAZ 21011" markalı avtomobillə "Opel" markalı maşın toqquşub. İlkin məlumata görə, hadisədə üç nəfər xəsarə

Xocalıda icazəsiz at sürənlər cərimələndi

Xocalıda kəndlinin atlarını icazəsiz sürənlər saxlanılıb. -a istinadla xəbər verir ki, hadisə Daşbulaq kəndində qeydə alınıb. Kəlbəcər sakini olan 41, 46 və 51 yaşlı şəxslər sərxoş halda örüş yerində atların otladığını görüblər

Gəncədə beşaylıq körpə ölüb

Gəncədə beşaylıq körpə ölümü qeydə alınıb. xəbər verir ki, Gədəbəy rayon sakini 2026-cı il təvəllüdlü X. Məmmədova ağır vəziyyətdə Gəncə Birləşmiş Uşaq Xəstəxanasına yerləşdirilib. Təxminən 20 dəqiqə sonra körpə vəfat edib

Bu yollar təmirə bağlanır - Sürücülərin nəzərinə

Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən Emin Quliyev küçəsində, eləcə də Məhərrəm Seyidov küçəsinin Salyan şossesi ilə kəsişməsindən Şahlar Əsgərov küçəsi ilə kəsişməsinədək olan hissəsində təmir işlərinə başlanılır. xəbə

Buzovnada 2 yaşlı qız su kanalında boğularaq öldü

Buzovnada 2 yaşlı qız su kanalında boğularaq ölüb. xəbər verir ki, Buzovna qəsəbəsində 2024-cü il təvəllüdlü F.C evinin qarşısındakı su kanalına düşərək boğulub. F.C meyiti sudan çıxarılıb. Araşdırmalar rayon prokurorluğ


azerbaycan xeberleri yeni xeberler son xeberler xankendi hava durumu cebheden xeber valyuta