İrandan Azərbaycana düyü torbasında heroin keçirmək istədilər
Dövlət Gömrük Komitəsi (DGK) Əməliyyat-İstintaq Baş İdarəsinin Əməliyyat İdarəsinə İrandan qaçaqmalçılıq yolu ilə gətirilən külli miqdarda narkotik vasitənin Biləsuvar rayonu ərazisində realizə ediləcəyi barədə məlumat daxil olub.
DGK-dən Open.az-a verilən məlumata əsasən, narkotik vasitənin "Biləsuvar-Biləsuvar gömrük postu" avtomobil yolundakı Balharı çayının üzərində olan körpünün altında gizlədildiyi və "Ataxan" adlı şəxs tərəfindən götürülərək realizə olunacağı müəyyən edilib.
Bu məqsədlə Əməliyyat-İstintaq Baş İdarəsinin Əməliyyat İdarəsinin və Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinin əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılıb və həmin ərazi nəzarətə götürülüb.
Martın 4-də saat 17:00 radələrində, şəxsiyyəti sonradan məlum olan Azərbaycan vətəndaşı Abbasov Ataxan Habil oğlunun velosipedlə sözügedən əraziyə gəldiyi müşahidə edilib. O, velosipeddən düşərək Balharı çayının üzərindəki körpünün altına enib. Burada gizlədilən 1 ədəd düyü torbasını götürüb körpünün üstünə qalxarkən əməliyyat qrupu tərəfindən saxlanılıb.
Cənub Ərazi Baş Gömrük İdarəsində həmin torbaya baxış zamanı torbadakı düyünün arasında3 ədəd bağlama aşkar edilib. Həmin bağlamaların içərisində isə qablaşdırılmaları ilə birlikdə ümumi çəkisi 3 543 qram olan narkotik vasitə - heroin aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.

Heydər Əliyev Mərkəzində 'Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi' mövzusunda panel müzakirəsi keçirilib
Azərbaycan ilə FAO arasında əməkdaşlıq müzakirə olunub
İpoteka krediti qaydaları dəyişdi
Azərbaycanda bəzi kəndlərin adları dəyişdirilə bilər - Diqqətçəkən açıqlama
AFFA 10 komandaya texniki məğlubiyyət verdi
"Real" Mbappeyə görə Çin xalqından üzr istədi
Azərbaycanın beynəlxalq sanksiya siyahısı yenilənib
Böyük Britaniyadan tarixi DƏSTƏK: Ukraynaya 12 milyard avroluq rekord yardım paketi AYRILDI
Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə edilib
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verib
Niderland Ukraynaya 1.2 milyardlıq yardım ayırır
Bank kartında pul saxlamaq təhlükəlidirmi? - Ekspert riskləri açıqladı
Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş
Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib
Bakıda qadına qarşı cinsi zorakılıq edən şəxsin FOTOSU