İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısını alıb - FOTO

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısını alıb - FOTODövlət Sərhəd Xidməti (DSX) tərəfindən dəniz sərhədlərinin etibarlı mühafizəsi, Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub bölməsində rejim qaydaları­na nəzarətin gücləndirilməsi və qaçaqmalçılığa qarşı mübarizə üzrə zəruri tədbirlər davam etdirilməkdədir.
DSX-nin Mətbuat Mərkəzindən Open.az-a verilən məlumata görə, 29 dekabr tarixində Xəzər dənizinin cənub istiqamətində dövlət sərhədinin mühafizəsi üzrə xidməti təşkil edən sərhəd gözətçi gəmisi tərəfindən Neftçala ra­yo­­nunun Həsənabad kəndi istiqamətində 2 üzmə vasitəsi müşahidə olunub, tanınma üçün zəruri tədbirlər həyata keçirilərək hər birində 2 nəfər heyət üzvü olan "Bayda" tipli üzmə vasitələri olmaları müəyyən edilib. Sərhəd gözətçi gəmisinin "Dayan" komandasına tabe olmayan şəxslər üzmə vasi­təsinin sürətini artıraraq ərazidən şərqə doğru uzaqlaşmağa cəhd edib, əlavə iki sərhəd gözətçi gəmisinin cəlb olunduğu axtarış-təqibetmə əməliyyatı nəticəsində baydalar sahil nəzarəti böl­mələri ilə qarşılıqlı əlaqədə saxlanılıb.
Qeyri-qanuni olaraq baydalarda rejim sularına çıxmış şəxslərin Neftçala şəhər sakinləri 1982-ci il təvəllüdlü İsayev Taleh Tahir oğlu, 1977-ci il təvəllüdlü İsayev Rahim Tahir oğlu, Neftçala rayonunun Bankə qəsəbəsinin sakinləri 1977-ci il təvəl­lüdlü Nağıyev Sulduz Ayaz oğlu və 1977-ci il təvəllüdlü Əliyev Xəyyam Bəxtiyar oğlu olmaları müəyyənləşdirilib.
Həmin gün sərhəd gö­zətçi gəmisi tərəfindən Neftçala rayonunun Şirvanlı kən­di istiqamətində sutkanın qaranlıq vaxtı 3 ədəd kiçik həcmli üzmə vasitəsi aşkar olunub. Sərhəd gözətçi gəmisinin "Dayan" komandasına tabe olmayaraq sü­rəti artırmaqla cənub-şərqə doğru ərazidən uzaqlaşan üzmə vasitələri təqib edil­ib, hərəkət zamanı həmin üzmə vasitələrindən dənizə qutuya bənzər əşyaların atılması müşahidə olunub.
Qaranlıq hava şəraitində dənizə atılmış əşyaların axtarışı üçün digər sərhəd gözətçi gəmisi cəlb olunub, təqibi davam etdirilən kiçik həcmli üzmə vasitələri cənub-şərq istiqamətində Azərbaycan Respublikasının ərazi sularını tərk edərək müşahidədən itiblər. Naməlum əşyaların atıldığı dəniz sahəsinə baxış nəticəsin­də 60 qutu aşkarlanmış, qutuların içərisində 5916 blok, hər blokda 10 ədəd olmaqla 59160 ədəd müxtəlif növ siqaret olduğu müəyyən edilib.
Bununla yanaşı Xəzər dənizinin cənub istiqamətində İran İslam Respubli­kasından qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına narkotik vasitələrin keçirilməsinin qarşısı alınıb, dəniz istiqamətləndirici nişanına bağlanmış 1 ədəd selofan torbanın içərisində ümumi çəkisi 745 qram narkotik vasitəyə (515 qram marixuanaya, 230 qram heroinə) oxşar maddə aşkar edilərək götürülüb.
Qeyd edilən bütün faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Hadisə       Tarix: 31 dekabr 2020
f Paylaş

Oxşar xəbərlər

Mingəçevirdə maşınlar toqquşdu - Xəsarət alanlar var

Mingəçevirdə yol-nəqliyyat hadisəsi baş verib. KONKRET.azxəbər verir ki, qəza şəhərin M.Maqomayev prospektində olub. Belə ki, "Hyundai" və "Chevrolet" markalı avtomobillər toqquşub. Qəza zamanı 2010-c

Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ

Naxçıvan Dövlət Universitetinin müəllimi vəfat edib. xəbər verir ki, Naxçıvan Dövlət Universitetinin (NDU) "Ədəbiyyat və kitabxanaçılıq" kafedrasının baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Nadir İsmayılo

Bakı məktəbində faciə: 7-ci sinif şagirdi…

Bakının Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbdə bədbəxt hadisə baş verib.  bildirir ki, -ın əldə etdiyi məlumata görə, məktəbin 7-ci sinif şagirdi olan qız pəncərədən yıxılıb. Hadisə nəticəsində şagird həyatın

Gəncədə beşaylıq körpə ölüb

Gəncədə beşaylıq körpə ölümü qeydə alınıb. xəbər verir ki, Gədəbəy rayon sakini 2026-cı il təvəllüdlü X. Məmmədova ağır vəziyyətdə Gəncə Birləşmiş Uşaq Xəstəxanasına yerləşdirilib. Təxminən 20 dəqiqə sonra körpə vəfat edib

Kəlbəcərdə ağır qəza: sürücü öldü, arvadı yaralandı

Kəlbəcərdə ölümlə nəticələn ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə Kəlbəcər-İstisu avtomobil yolunda qeydə alınıb. Hərəkətdə olan "KİA" markalı minik avtomobili idarəetmədə

Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu

Sumqayıt şəhərində beş avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. Report-a istinadla xəbər verir ki, hadisə şəhərin Sərvər Bədəlbəyli küçəsində qeydə alınıb. Belə ki, BMV, iki "Toyota"

Azərbaycanda idarə əməkdaşları oğurluğa görə həbs edildilər

Abşeron Rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat-İstismarı Təmiri Birliyinin Abadlıq və Kommunal Xidmətləri idarəsinin üç əməkdaşı cinayət məsuliyyətinə cəlb olunub. KONKRET.azxəbər verir ki, 1983, 198

Cavid Ağaməliyev həbs edildi

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tərkibindəki "Naxçıvan Aqroservis" ASC-nin mənimsəmə ittihamı ilə saxlanılan sədri Cavid Ağaməliyev məhkəməyə çıxarılıb. -ın məlumatına görə, prokuror cinayəti

Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı

Dağıstanın Sulak qəsəbəsi yaxınlığında, Xəzər dənizində batan ikinci balıqçının cəsədi dörd günlük axtarışlardan sonra tapılıb. xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin regional idarəsi məlumat yayıb


azerbaycan xeberleri son xeberler yeni xeberler meherremlik 2026 cəbhədən xəbərlər son xeber cəbhədən şad xəbər