İrandan Ermənistana XƏBƏRDARLIQ

İrandan Ermənistana XƏBƏRDARLIQErmənistanın regiondan kənar qüvvələri bölgəyə gətirmək cəhdləri iflasa uğradı.
KONKRET.az xəbər verir ki, erməni mənbələri tərəfindən İranla Azərbaycan arasında münasibətlərə xələl gətirəcək məlumatlar həm yerli mətbuat, həm də cənub qonşumuzun rəsmiləri tərəfindən uğurla təkzib edilib.
Bakıda səfərdə olan İran Silahlı Qüvvələri Baş Qərargahının İdarə rəisi Məhəmməd Əhədi İranın Azərbaycanla sərhədə guya hərbi qüvvələr yığması haqda yayılan məlumatların yalan olduğunu bəyan edib.
"Bunlar sadəcə əsassız və yalan xəbərlərdir ki, bir sıra bəlli qüvvələr tərəfindən İran-Azərbaycan münasibətlərini korlamağa hədəflənib və məhz onlar tərəfindən yayımlanıb. Bundan başqa, SEPAH-la bağlı yayılan xəbərlərə aydınlıq gətirmək istəyirəm. SEPAH-ın da sərhəddə dəstələri yoxdur və birgə təlim keçirmək üçün heç bir səbəb yoxdur. Tək hədəfimiz və istəyimiz odur ki, Ermənistanla Azərbaycan arasında sülh sazişi imzalansın. Cənubi Qafqaza sülh və əmin-amanlıq gəlsin. Ölkələr arasında barışıq olsun. Ümid edirik ki, iki ölkənin siyasi rəhbərliyi bu xətti davam etdirərək sülhə daha tez nail olacaqlar", – M.Əhədi deyib.
Bunun ardınca İranın vitse-prezidenti Məhəmməd Cəmşidi İran prezidenti İbrahim Rəisi ilə Ermənistan baş naziri arasındakı telefon danışığının detallarını açıqlayıb. O qeyd edib ki, Cənubi Qafqazda "3+3" (Azərbaycan, Ermənistan, Gürcüstan, Türkiyə, Rusiya və İran) formatından kənar ünsiyyət qurmaq vəziyyəti daha da çətinləşdirir.
M.Cəmşidinin sözlərinə görə, əcnəbilərlə əməkdaşlıq etmək, onlarla hərbi təlimlər keçirmək və şübhəli səfərlər etmək vəziyyəti daha da çətinləşdirir.
Qeyd edək ki, İran Ermənistan tərəfinin son vaxtlar bölgədə müxtəlif narahatedici addımlarının fərqində olduğunu göstərir. İran region məsələlərinin məhz region ölkələri tərəfindən həll edilməsini istəyir. 3+3 formatı Azərbaycan tərəfindən irəli sürülən və Türkiyənin də dəstək verdiyi təşəbbüsdür. Tezliklə bu təşəbbüs şərçivəsində XİN başçıları səviyyəsində görüşün keçiriləcəyi gözlənilir, bundan sonra daha yüksək səviyyədə də görüşlər ola bilər. İran prezidentinin bu formatı xatırlatması Ermənistanın regiondan kənar qüvvələri bölgəyə gətirmək cəhdinə reaksiyadır.
Ermənistan "mürəkkəb gedişlər" edərək hamını aldada biləcəyini düşünür. Regionda açıq şəkildə Qərbin kəşfiyyat mərkəzinə çevrilir, Rusiya qoşunlarının Ermənistandan çıxarılmasına çalışır, NATO və Aİ-ni bölgəyə gətirmək istəyir, ABŞ ilə hərbi təlimlər keçirir, Rusiya rəsmilərinin ünvanına açıq təhqirlər səsləndirir və s. Amma paralel olaraq İran və Rusiyadan dəstək istəyir.
Rusiya ilə İran Paşinyanın oyunlarının mahiyyətini anlamayacaq qədər sadəlövh deyillər. Ermənistan səfirinin ilk dəfə olaraq Rusiya Xarici İşlər Nazirliyinə çağırılaraq nota verilməsi, İran Prezidentinin Paşinyanla telefon danışığında "əcnəbilərlə təlimlər", "şübhəli səfərlər" haqda dedikləri də bunu bir daha sübut edir.//Report

Siyasi       Tarix: 11 sentyabr 2023
f Paylaş

Oxşar xəbərlər

İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO 

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 7-də Şuşa Peşə Təhsili Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib. xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev dövlət başçısına yaradılmış şərait barədə məluma

Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Prezidenti İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. -a istinadən xəbər verir ki, təbrikdə deyilir:. "Pakistan xalqı və Hökuməti adından

Mirziyoyev İlham Əliyevi təbrik etdi

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Prezident İlham Əliyevə məktub ünvanlayıb. xəbər verir ki, məktubda deyilir:. "Hörmətli İlham Heydər oğlu. Dəyərli qardaşım. Ölkənizin şanlı bayramı – Zəfər Günü münasibətilə Siz

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. xatırladır ki, Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyin

Səfir: Qazaxıstan və Azərbaycan transxəzər infrastrukturunun inkişafını davam etdirəcək

Azərbaycan və Qazaxıstan arasında əməkdaşlığın inkişafı məsələləri Qazaxıstanın Bakıdakı səfirliyində keçirilən dəyirmi masada müzakirə edilib. səfirliyin məlumatına istinadən xəbər verir ki, tədbirdə diplomatlar, Azərbayca

Euronews' Azərbaycanda Zəfər Gününün qeyd olunmasını nümayiş etdirib

Avropanın "Euronews" televiziya kanalı 44 günlük Vətən Müharibəsində Azərbaycanın qələbəsinin altıncı ildönümünə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bayram tədbirlərində iştirakına həsr olunmuş materia

Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri noyabrın 8-də başa çatıb. xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında Türkiyə dövlətinin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Preziden

Bolşeviklərin vədləri və reallıq: İnqilab xalqı necə məhv etdi

1917-ci ilin Fevral inqilabı zamanı bolşeviklər partiyasının sıralarında cəmi 24 min nəfər var idi. Lakin cəmi altı ay sonra, həmin ilin oktyabrında onların sayı təxminən 350 min nəfərə çatmışdı. Bu, Rusiya imperiyasını

Prezident qanuna dəyişiklikləri təsdiqlədi

Azərbaycan Prezidenti İlham Əliyev "Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələri"nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanununu imzalayıb. xəbər verir ki, Milli Məclis tərəfində


yeni xeberler son xeberler azerbaycan xeberleri son xeberler bugun 2026 azerbaycan ən son xəbərlər kriminal bugun maliyye xeberler bugun