İranı da Osmanlı İmperiyasının aqibəti gözləyir, ermənilər 100 il əvvəl... - ŞOK TARİXİ FAKTLAR

İranı da Osmanlı İmperiyasının aqibəti gözləyir, ermənilər 100 il əvvəl... - ŞOK TARİXİ FAKTLARDünyanın hər yerində neft var. Lakin istehsal qiyməti Yaxın Şərqə nisbətən 5-6 dəfə bahadır. Neftin qiyməti aşağı düşdükcə Yaxın Şərq başda olmaqla, qara qızılla zəngin ölkələrdə gərginlik artır. Ya neftin istehsalını məhdudlaşdırıb qiymətləri yüksəldirlər, ya da Qərb aşağı qiymətə neft istehsal edən ölkələrə şərik çıxır.
bildirir ki, Dünya Müharibəsində həm Yaxın Şərq, həm də neft Osmanlı İmperiyasından qoparıldı.
II Dünya Müharibəsinin sona çatmasında neft əhəmiyyətli rol oynadı. Yaponlar Şərqi Hind adalarındakı neft qaynaqlarını əllərində saxlamaq üçün Perl Harbora hücum etdi. Hitler Qafqazın neft yataqlarını ələ keçirmək üçün SSRİ-ni işğal etdi. Səddam Hüseynin Küveyti işğalı və Körfəz müharibəsinin bəhanəsi də neft idi. ABŞ-ın avropalı müttəfiqlərilə Körfəz müharibəsinə başlamasının səbəbi Küveyti işğaldan xilas etmək deyil, nefti Səddamın əlindən almaq idi. 11 sentyabr hadisələrini bəhanə edərək Yaxın Şərqə demokratiya yaymaq təşəbbüsləri bütün bölgəni və onların zənginliklərini nəzarətə götürmək həvəsi idi. Suriyada heç cür bitməyən müharibə bəhanəsi, Yəməndəki qarşıdurmaların səbəbi, hətta İrandakı son olayların da əsl səbəbi də neft oldu.
Koreya böhranı, Kuba böhranı, Fələstin məsələsi, Vyetnam müharibəsi, Ərəb-İsrail savaşı, SSRİ-Əfqanıstan savaşı, ABŞ-Əfqanıstan müharibəsi, İranda rejim dəyişikliyi, Qafqaz hadisələri, İran-İraq savaşı, Şərqi Timur məsələsi, Süveyş böhranı, Liviya, Misirdə rejim dəyişiklikləri, Suriya Vətəndaş Müharibəsi, Yəmən müharibəsi, Arakan hadisələri, Cənubi Amerikadakı çevrilişlər, İranda küçə iğtişaşları və ən əhəmiyyətlisi, Osmanlı İmperiyasının süquta uğramasının əsas səbəbi neft və onun keçid məntəqələri olub. Dünyanın ən böyük ikinci neft ehtiyatlarına sahib Səudiyyə Ərəbistanının sakit göründüyünə baxmayın. Onlar neft çıxar-çıxmaz məsələni anlamış və lazım olanı etmişlər. Neft gəlirləri ABŞ banklarında, neft müəssisələri isə amerikalı idarəçilərdədir. Əmanətə sahib çıxdıqları müddətdə isə problem yoxdur.
Supergüclər eyni layihələri fərqli adlarla təkrar-təkrar masaya qoyurlar- "Sykes-Picot" razılaşması, "Qırmızı Xətt", İŞİD bölgəsi, Böyük Kürdüstan, Böyük Ermənistan...
150 ildən çoxdur ki, Azərbaycan, İran və Körfəzdəki neftin istehsal və nəql olunma yolları üçün saysız müharibələr başladı. Niyə məhz eyni bölgə? Dünyanın başqa yerində neft yoxdurmu? Təbii ki, var. Amma istehsal büdcəsi dünyanın heç bir yerində bu qədər ucuz deyil. Alyaskada buzların altından, Meksika körfəzində isə minlərlə metr dərinlikdən, okeanın dibindən neft çıxır. Kanadadakı neft maye deyil, torpağın isinməsi və çıxan neftin rafinə edilməsi lazımdır. Rusiyadakı qaynaqların da bir qismi Sibirdədir və onun borularla Avropa, yaxud Çin, Hindistan və Yaponiya kimi istehlak nöqtələrinə daşınması üçün sərmayə lazımdır. O zaman geri tək bir variant qalır: Yaxın Şərq.
İRAN: Əvvəllər ən əhəmiyyətli müttəfiq, indi isə ən əhəmiyyətli düşmən
1901-ci ildə britaniyalı iş adamı Uilyam Knok dArçi İran şahı ilə 60 illik neft axtarış-çıxarma razılaşması imzaladı. Neft kraliçanın himayəsində idi artıq. 1921-1925-ci illərdə isə Pəhləvi xanədanını hakimiyyətə gətirən bir sıra çevrilişlər oldu və neft Amerika şirkətlərinin əlinə keçdi. 1941-ci ildə İran şahı Rza Pəhləvi minlərlə almanı vəzifələrə təyin etdi. Britaniya təzyiqinə rəğmən, şah almanları ölkədən qovmadı. Bundan sonra ruslar və ingilislər İranı işğal etdi. 1951-ci ildə İranın Baş naziri vəzifəsinə gələn Məhəmməd Musəddiq İrandakı ABŞ-İngiltərə neft təsislərini milliləşdirdiyinə görə 1953-cü ildə çevriliş ilə devrildi. Neft yenidən ABŞ-Britaniya şirkətlərinin idarəçiliyinə keçdi. ABŞ-ın əhəmiyyətli müttəfiqi artıq İran idi. 1979-cu ildə Xamenei liderliyindəki İran İslam İnqilabı ilə Pəhləvilər devrildi, neft fransızların hakimiyyətinə keçdi.
ABŞ Yaxın Şərqdə İranı beləliklə ən böyük düşməni elan etdi və ölkədə xaos yaratmaq üçün hər üsulu sınadı. Və bu gün İran neftin qiymətinin artmasına görə küçələrə axışan xalqın iqtidarı devirməsindən təşvişə düşüb.
1899-cu ildə britaniyalı mütəxəssislər hazırladıqları hesabatda Mosulda qayalardan aşağı neft sızdığını, hətta Dəclə sularının çirkləndiyini yazdı. Osmanlı Mosul neftini Avropaya qatarla çatdırmaq üçün dəmir yolu layihəsini reallaşdırdı. 1901-ci ildə almanlar Mosulda "tükənməz neft qolu" tapıldığını "Deutsche Bank"a xəbər verdilər. Berlin-Bağdad-Bəsrə Dəmir Yolu Sultan II Əbdülhəmidin dövründə almanlar tərəfindən inşa edilib. Burada çıxarılan neftin dəmir yolu xətti ilə nəqli mümkün olacaqdı. Britaniya bu layihəni özünə qarşı ciddi təhdid kimi dəyərləndirdi. O dövrdə Osmanlı İmperiyasının tərkibində olan Küveytə qədər uzadılması planlaşdırılan layihənin ərəb tayfalarını qıcıqlandırmasından sonra qarşısı alındı. Mərkəzi mövqeyi və limanlara görə layihənin logistik mərkəzi olan Adana şəhəri erməni dəstələrinin hədəfi oldu. Osmanlı İmperiyasının parçalanmasına doğru atılan addımlar sürətləndi. 1915-ci ildə ingilislər Bəsrəni, 1917-ci ildə Bağdadı və 1918-ci ildə Kərkükü işğal etdi. 1919-cu il Paris Sülh Konfransında bu torpaqları Osmanlı İmperiyasından qopararaq İraq adlı yeni ölkə qurdular. Sevr müqaviləsi ilə neft bölgələri İmperiyanın əlindən alındı, Mosul və Kərkük Britaniyaya verildi. /publika.az

Dünya     Baxılıb: 600   Tarix: 21 noyabr 2019
f Paylaş

Oxşar xəbərlər

Qara dənizdən Rusiyaya BÖYÜK HÜCUM SSENARİSİ ortaya çıxdı: F-35-lər

Çinin "Sohu" portalının köşə yazarı Qara dənizdən ən son ABŞ-ın F-35 qırıcılarının kütləvi hava hücumuna Moskvanın mümkün cavabını proqnozlaşdırıb. xəbər verir ki, müəllif ABŞ və NATO-nun qoşunlarını Rusiyanın cənu

Bayden rekord dərəcədə reytinqi itirdi

ABŞ prezidenti Cozef Baydenin reytinqi rekord dərəcədə aşağı düşüb. xəbər verir ki, bu barədə "NBC" telekanalının dərc etdiyi sorğunun nəticələrində deyilir. Sorğunun nəticələrinə əsasən, Cozef Baydeni ABŞ vətəndaşlarını

Səudiyyə Ərəbistanı yeni ili qarla qarşıladı

Səudiyyə Ərəbistanının Tabuk regionunun sakinləri Yeni ilin ilk gününü xoş sürprizlə qarşılayıblar. rəsmi SPA agentliyinə istinadla xəbər verir ki, Cəbəl Əl-Ləvz bölgəsinə yağan qar krallığın vətəndaşlarını bu bölgəyə cəl

İranda dəhşət yaşanır - 6 nəfər öldü, çox sayda şəxs

Ötən 6 gün ərzində İranda sel və daşqınlar nəticəsində 6 nəfər həlak olub. xəbər verir ki, bunu İranın Qırmızı Aypara Cəmiyyətinin sədri Pirhüseyn Kulivənd deyib. P.Kulivəndin sözlərinə görə, İranın 17 vilayətinin 87 rayonund

Pentaqon rəhbəri koronavirusa yoluxdu

ABŞ Müdafiə naziri Lloyd Ostin koronavirusa yoluxub. xəbər verir ki, bu barədə Pentaqonun rəsmi saytında yerləşdirilmiş bəyanatda deyilir. Qeyd olunur ki, nazir məzuniyyətdə olarkən özündə koronavirusun əlamətlərini his

Qazaxıstanda etirazçılardan 11 ŞƏRT

Qazaxıstanın digər şəhərlərində sakitlik hökm sürsə də, Almatı və Aktauda etirazçılar yenidən küçələrə çıxıb. Qazaxıstan mediasına istinadla xəbər verir ki, onların şərtləri aşağıdakılardır:. "Birinci tələb ərzaq qiymətlərini

İrkutskda DƏHŞƏT: 5 nəfər diri-diri yanaraq öldü

Rusiyanın İrkutsk vilayətində baş verən yanğında 5 nəfər ölüb. Ölənlərdən üçü qadın, biri kişi, bir də 11 yaşlı uşaqdır. xəbər verir ki, İrkutsk vilayətinin Xomutovo kəndində taxta ikimərtəbəli yaşayış evində yanğın haqqınd

2021-ci ilin ən varlı 10 insanı - SİYAHI

"Bloomberg" 2021-ci ildə dünyanın ən varlı iş adamlarının siyahısını hazırlayıb. Pandemiyaya baxmayaraq onlar ötən il də maddi güclərini artırmağı bacarıblar. xəbər verir ki, siyahıda birinci "Tesla" v

ABŞ 20-dən çox rus PUA-sını vurdu

Suriya və Ukrayna üzərində uçan rus istehsalı "Lancet" pilotsuz aparatları naməlum silahlarla vurulub. -a istinadla xəbər verir ki, bu barədə Çin mediası məlumat yayıb. Rusiyanın PUA texnologiyasını öyrənmək istəyə


son xeberler yeni xeberler azerbaycan xeberleri xeberler bu gun metbuat axsam az xeberler xeber saytlari