İranın agentura şəbəkəsinin dövlət quruluşunu çevirməyə cəhd etməsi açıq düşmən mövqeyidir

İranın agentura şəbəkəsinin dövlət quruluşunu çevirməyə cəhd etməsi açıq düşmən mövqeyidirAzərbaycanda İran xüsusi xidmət orqanlarının istəyi ilə "Kərimə dövləti" qurmaq istəyən daha bir qrup şəxs həbs edilib.
Bununla bağlı Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun Mətbuat Xidmətləri birgə məlumat yayıb.
Birgə məlumatda deyilir:
"İran xüsusi xidmət orqanları tərəfindən maddi maraq və dini təbliğat yolu ilə ələ alınmış bir qrup Azərbaycan vətəndaşının ərazisində sabitliyin pozulması məqsədilə törədəcəkləri cinayət əməllərinin qarşısının alınması istiqamətində növbəti əməliyyat tədbirləri həyata keçirilib.
Milli Məclisin deputatı Vüqar İskəndərov məsələ ilə bağlı azxeber.com-a açıqlama verib. 
"İranın tapşırğı ilə "Kərimə dövləti" yaratmaq istəyən növbəti cinayətkar qrup xüsusi xidmət orqanlarımız tərəfindən ifşa olunub. Proseslərə nəzər yetirdikdə bu dırnaqarası təşkilatın məqsədinin ölkədə xof yaratmaq, İslam dövləti formatını qurmaq, vəzifəli insanların həyatına sui-qəsd etmək, cəmiyyətdə qarışıqlıq yaratmaq olduğu aydın olur. Mənfi tendensiyaları qarşılarına məqsəd qoyan bu şəxslər açıq İranın xüsusi xidmət orranlarının agentləri kimi Azərbaycanda fəaliyyət göstərməyə çalışırlar. 44 günlük Vətən müharibəsindən sonra İran açıq formada anti-Azərbaycan mövqeyini ortaya qoydu. Hətta Ermənistanının  özünün qırmızı xətti olduğunu elan etmişdir. Bu çox məyusedicidir. Londonda Azərbaycan səfirliyinə hücum, Tehranda səfirliyimizə qarşı edilən terror hadisəsi bütün bunlarla bərabər Ermənistanla münasibətləri qardaşlıq müttəfiqlik səviyyəsində tutması İranın iç üzünü açıb göstərdi. Artıq Azərbaycan da neçə-neçə belə qrupların ifşa edilməsi İranın Azərbaycana qarşı yeritdiyi siyasəti ortaya qoyur".
Millət vəkili bildirib ki, İrandan fərqli olaraq Azərbaycanın İrana qarşı mövqeyi heç bir zaman ona qarşı təxribat yaratmağa yönəlməyib:
"Ancaq Azərbaycanın hər zaman olduğu kimi İrana qarşı mövqeyi regionda sabitliyə, mehriban qonşuluq münasibətlərinə dayanıbdır. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyev Xudafərin körpüsünü Azərbaycan-İran dostluq  körpüsü  adlandırmışdı. Dünya güclərinin bəzi tələblərinə baxmayaraq, Azərbaycanın  dinc qonşuluq siyasəti formatında yaşadığını bəyan etmişdir.
İrannın terrorçuluq fəaliyyətləri, agentura şəbəkəsini Azərbaycanda işə salınması, dövlət quruluşunu çevirməyə cəhd etməsi açıq düşmən mövqeyidir. Ancaq biz dəfələrlə söyləmişik, İran unutmasın ki, Azərbaycan 90-cı illərin əvvəlindəki zəif dövlət deyil. Azərbaycan güclü dövlətdir. Azərbaycanın qətiyyətli, dünya siyasi arenasında xüsusi çəkisi olan Ali Baş Komandanı, qorxmaz xalqı, güclü siyasi iradəsi var. Bütün bunlarla bərabər dünyada qazandığı uğurlu dostları var",- deyə V.İskəndərov vurğulayıb.
Şəbnəm Zahir

Siyasi       Tarix: 16 may 2023
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Ərdoğanın Azərbaycana səfər proqramı bəlli olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycana səfər edəcək. xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran "X" sosial şəbək

Fransada 1,6 milyonluq etiraz: Makron hakimiyyətini nə gözləyir?

Fransada bahalaşmaya qarşı keçirilən kütləvi etiraz aksiyalarında 600 mindən çox insan iştirak edib. "Associated Press"in məlumatına görə, Fransa Daxili İşlər Nazirliyi nümayişçilərin sayını 600 min nəfər, həmkarla

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 9 noyabr - Bayraq Günü münasibətilə paylaşım olunub. paylaşımı təqdim edir:

Bolşeviklərin vədləri və reallıq: İnqilab xalqı necə məhv etdi

1917-ci ilin Fevral inqilabı zamanı bolşeviklər partiyasının sıralarında cəmi 24 min nəfər var idi. Lakin cəmi altı ay sonra, həmin ilin oktyabrında onların sayı təxminən 350 min nəfərə çatmışdı. Bu, Rusiya imperiyasını

Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir

Gürcüstan mediası Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri bu ölkə mediasının diqqət mərkəzində olub. Bu ölkənin aparıc

Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb

Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının (QHT) Əməkdaşlıq Forumunun iştirakçıları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə müraciət ünvanlayıb. xəbər verir ki, mətndə deyilir:. "Möhtərəm cənab Prezident, Müzəffə

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Hindistan "Pinaka" raket artilleriyası proqramını genişmiqyaslı şəkildə genişləndirməyə doğru irəliləyir. Hazırda təxminən 400 raketin tədarük prosesi həyata keçirilir. -a istinadən xəbər verir ki, bu barədə "İndia

Trampın planları alt-üst ola bilər – Seçkilərdən sonra nə dəyişəcək?

"Donald Trampın partiyasının aralıq seçkilərdə məğlub olması ABŞ-nin İrana qarşı siyasətində siyasi parçalanmanı dərinləşdirə və qərar qəbuletmə imkanlarını zəiflədə bilər. Bununla belə, bu, Vaşinqtonun İran siyasətind

Ted Kruz: "Texas mavi ştata çevrilib, amma bu, belə davam etməyəcək"

ABŞ senatoru Ted Kruz Texas ştatında Demokratlar Partiyasının qazandığı tarixi qələbələri şərh edərək bildirib ki, seçicilərin bir hissəsi qəzəb və narazılıq səbəbindən Respublikaçılara səs verməyib. O, Texasın yenidən Respublikaçıları


yeni xeberler son xeberler azerbaycan xeberleri azerbaycanda son xeberler cəbhədən son xeber cəbhədən şad xəbər xəbər.az