"İranın Azərbaycana qarşı artmaqda olan aqressiyası bizi əlavə ehtiyat tədbirləri görməyə vadar edir

Xəbər verdiyimiz kimi, Türkiyə Silahlı Qüvvələri ilə Azərbaycan Silahlı Qüvvələri birgə hərbi təlimlərə başlayıb. Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin müxtəlif qoşun növlərinin şəxsi heyəti, döyüş və xüsusi təyinatlı mühəndis-istehkam texnikası, həmçinin hərbi aviasiya vasitələrinin cəlb olunması ilə keçirilən təlim Bakı şəhərini, eləcə də Astara, Cəbrayıl və İmişli rayonlarının ərazilərini əhatə edir.
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və Türkiyənin milli müdafiə naziri Hulusi Akar da Azərbaycan-Türkiyə birgə təlimini izləyib. Təlimi izləyənlər arasında Türkiyənin Baş Qərargah rəisi ordu generalı Yaşar Güler, Quru Qoşunları komandanı ordu generalı Musa Avsever, Hərbi Hava Qüvvələri komandanı ordu generalı Atilla Gülan, Hərbi Dəniz Qüvvələri komandanı donanma admiralı Ercüment Tatlıoğlu və Azərbaycanın yüksək rütbəli zabitləri də olub.
Milli Məclisin deputatı Fəzail Ağamalı azxeber.com-a açıqlamasında bildirib ki, İranın Azərbaycana qarşı artmaqda olan aqressiyası bizi əlavə ehtiyat tədbirləri görməyə vadar edir:
"Bəlli olduğu kimi qardaş Türkiyə ilə Azərbaycan Silahlı Qüvvələrinin birgə təlimlər keçirməsi artıq ənənəvi xarakter daşıyır. Bu günlərdə genişmiqyaslı hərbi təlimin keçirilməsi məhz bu ənənəyə söykənir. Nəzərə alsaq ki, İranın Azərbaycana qarşı artmaqda olan aqressiyası bizi əlavə ehtiyat tədbirləri görməyə vadar edir. İran molla rejimi İran ərazisində yaşayan xalqların ciddi təzyiqi altından çıxması üçün ən müxtəlif variantlara əl ata bilər. Başqa sözlə desək daxildəki iğtişaşları yatırtmaq və insanların diqqətini guya İrana qarşı hansısa bir ölkənin təcavüz etməsini önə çəkərək, ən gözlənilən variant onun Azərbaycan qarşı təcavüzü də istisna olunmur".
Deputat həmçinin bildirib ki, görüntülər, səfərlər, aparılan təlimlər göstərir ki, biz ciddi proseslərə hazırlıq mərhələsindəyik:
"Məhz bu baxımdan bir tərəfdən Azərbaycan Müdafiə Nazirliyinin, Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Kərim Vəliyevin ABŞ-a səfəri, orada Pentaqonun ən yüksək səviyyəli şəxsləri ilə keçirdiyi görüşlər, apardığı müzakirələr, əldə olunan razılaşmalar oldu. Digər tərəfdən də məhz qardaş Mehmetçilərin geniş xarakter daşıyan iştirakı ilə Azərbaycanın İranla sərhəd boyu, yəni Cəbrayıl, İmişli, Astara ərazilərində təlimlərə başlaması onu göstərir ki, Azərbaycan və Türkiyə Şuşa Bəyannaməsinin prinsiplərinə, razılaşmalarına uyğun olaraq bu təlimləri keçirməklə İrana ciddi şəkildə xəbərdarlıq edir. Artıq təlimləri izləmək üçün qardaş Türkiyənin Müdafiə naziri özünün yüksək səviyyəli komandası ilə Azərbaycandadır. Cənab Prezident tərəfindən onun qəbul edilməsi, Müdafiə Nazirliyində aparılan danışıqlar, təbii ki, bunun detalları bizə bəlli deyil. Lakin bu görüntülər, səfərlər, aparılan təlimlər göstərir ki, biz ciddi proseslərə hazırlıq mərhələsindəyik".
Deputat əlavə edib ki, İranın Azərbaycana qarşı aqressiyası, gözlənilən hücumunun qarşısını almaq üçün bütün tədbirlər görülür:
"Hətta bu təlimlər içərisində Bakı da yer alır. Burada Bakının bütün mənalarda hücumdan müdafiə sisteminin yaradılması da təlimin ən vacib şərtlərindən biridir. Beləliklə, "Qardaş yumruğu" adı altında keçirilən təlim hər kəsə Azərbaycana qarşı aqressiv münasibət bəsləyən hər kəsə ciddi xəbərdarlıqdır. Düşünürəm ki, bunun konkret mesaj kimi nəticələri olacaq və İran bundan nəticə çıxarmalıdır. Öz daxilində xalqın narazılıqlarını yatırtmaq üçün istifadə edə biləcəyi hər hansı bir dövlət və müharibə Azərbaycana yönələrsə, o, bundan olduqca ağır və sarsıdıcı zərbələr alar. Qardaş Türkiyə ilə bərabər Azərbaycan Ordusu artıq Təbrizin, Ərdəbilin, hətta Tehranın küçələrində görünə bilər".
Milli Məclisin deputatı Bəhruz Məhərrəmov da azxeber.com-a açıqlamasında məsələyə münasibət bildirib. O, qeyd edib ki, təlimlərin sərhədlərimizədək müxtəlif arealları əhatə etməsi bölgənin təhlükəsizliyi naminə ciddi hadisədir:
"Azərbaycan-Türkiyə birgə hərbi təlimlərinə star verilməsi, genişmiqyaslı təlimlərin müxtəlif qoşun növlərini və Şərqi Zəngəzurdan cənub sərhədlərimizədək müxtəlif arealları əhatə etməsi bölgənin təhlükəsizliyi naminə ciddi hadisədir. Xüsusən, cənubdan İranın qeyri-adekvat davranışları, o cümlədən Ermənistanın, habelə Paris, Tehran və İrəvanın təhriki ilə Qarabağ İqtisadi rayonundakı separatçıların son ritorikası fonunda Ankara-Bakı hərbi tandemi proseslərə ən uğurlu cavabdır. Çünki regionda qüvvələr balansı siyasi bəyanatlara yox, real hərbi gücə, o cümlədən konkret hərbi imkanlara əsaslanan siyasi nüfuza görə müəyyən olunur. Məhz bu təlimlərlə Azərbaycan və Türkiyə bir daha bölgənin real hərbi-siyasi gücünün kim olduğunu göstərməkdədir".
Deputat qeyd edib ki, bu təlimlər Xankəndinə diversant göndərən, habelə bir müddət öncə Arazboyu cənub sərhədlərimizdə təlimlər keçirməklə bizi təhdid etmək istəyən İran üçün reallığa dəvət hesab oluna bilər:
"İkincisi, bu təlimlər Xankəndinə diversant göndərən, habelə bir müddət öncə Arazboyu cənub sərhədlərimizdə təlimlər keçirməklə bizi təhdid etmək istəyən İran üçün reallığa dəvət hesab oluna bilər. Belə ki, noyabrın 25-i ADA Universitetində baş tutan beynəlxalq konfransda Prezident İlham Əliyev bəyan etmişdi ki, "Azərbaycana və ya Türkiyəyə qarşı məkrli planları olanlar bilməlidirlər ki, türk ordusu tək deyil, orada, həmçinin bizim ordu da var. Bizim ordu isə tək deyil, o cümlədən orada türk ordusu da var". Bu mənada, başlanan genişmiqyaslı birgə təlimlərimiz göstərir ki, Ankara və Bakının iradəsi yalnız bəyanatlarla məhdudlaşmır, biz əməli olaraq birik. Üstəgəl müasir döyüş üsullarından istifadə etməklə artilleriya, aviasiya və digər qoşun növlərinin hərbi əməliyyatlarda tətbiqi, onların qarşılıqlı əlaqədə fəaliyyətinin təşkili, çaylar üzərindən keçid açmaq məqsədilə panton körpülərin salınması, şərti düşmənin dərinliyinə desant endirilməsi üzrə müxtəlif tapşırıqlar da icra edilməsi ilə biz həm də təlimlər necə keçirilir, dağlar, digər çətin keçilən ərazilər, ələxsus da çaylar lazım gəlsə necə keçilə bilir hər kəsə göstərməkdəyik".
Aydın Nuri
Yazı Medianın İnkişafı Agentliyinin dəstəyi ilə "ictimai və dövlət maraqlarının müdafiəsi" mövzusunda dərc edilib.

Siyasi       Tarix: 06 dekabr 2022
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Bakıdan Gürcüstan Patriarxlığına: Erməni yolu getmə

Gürcüstan Patriarxlığının Azərbaycanın ərazisində yerləşən Kürmük məbədi ilə bağlı verdiyi son açıqlama Azərbaycan ilə Gürcüstan arasında mövcud olan dostluq, tərəfdaşlıq və mehriban qonşuluq münasibətlərinin ruhuna ziddir

FAKTI' Cənubi Qafqazda sülhə görə yalnız Paşinyanın mükafatlandırılması barədə: 'Bu, absurddur

Bolqarıstanın "Faktı" nəşri Cənubi Qafqaz regionunda sülhün bərqərar olmasına töhfə verdiyinə görə Hessen mükafatının Ermənistan hökumətinin başçısı Nikol Paşinyana verilməsinin əsaslılığının şübhə altına alındığ

Həsən Həsənov: "Ad çəkilir, amma konkret mənbə göstərilmir

"Ermənilər bizə qarşı bir söz deyəndə mənbə adı çəkmirlər". xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Media və Yayım Şurasının təşkilatçılığı ilə keçirilən "Qafqaz Albaniyasının irsinə tarixi baxış"

Ceyhun Bayramov TRIPP təşəbbüsünün regional tranzit şəbəkələrini genişləndirəcəyini bildirib

Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin (LLDC) xarici işlər nazirlərinin 25-ci illik iclasında çıxış edib. xəbər veri

Sentyabr ayında mediada ən aktiv deputatlar kimlər olub? - SİYAHI

Sentyabr ayı üzrə təhlillərə əsasən mediada ən aktiv olan deputatlar açıqlanıb. xəbər verir ki, "Mediatrends.ai" platformasının "Media indeksi" göstəricilərinə əsasən, siyahıya 26,06 faizlə deputat Naqi

Ərdoğanla Paşinyan Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edib 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanla ikitərəfli ticarət və nəqliyyat sahələrindəki normallaşma prosesini dəstəkləyir, münasibətlərdə əldə edilən müsbət dinamikanın davam etdirilməsini vacib sayır. KONKRET.azxəbə

"Bunları etməsəydik, bəzi ölkələr kimi qapı-qapı gəzib gərək kiməsə ağız açaydıq

"Bir daha demək istəyirəm, bu 20 il ərzində görülmüş işlər imkan verdi ki, biz əsas infrastruktur layihələrimizi icra etdik. O vaxt xaricdən həm təbii qaz, həm də elektrik enerjisi alırdıq". xəbər verir ki, bu sözlər

ABŞ məhkəməsi Tramp administrasiyasını jurnalistləri Ağ Evə buraxmağa məcbur etdi

ABŞ-da məhkəmə Donald Tramp administrasiyasına jurnalistlərin Ağ Evə girişinə yenidən icazə verməyi tapşırıb. Hakim Timoti Kelli administrasiyanın CNN, MS NOW və "Politico" nəşrinin jurnalistlərini Ağ Evə buraxmama

"Qısqanclıq kişi ilə qadın arasında olur" - Putin həmin görüşdən danışdı

Rusiya Prezidenti Vladimir Putin ÇXR Sədri Si Cinpinlə ABŞ Prezidenti Donald Trampın Vaşinqtondakı görüşünə qısqanclıqla yanaşmadığını bildirib. TASS-a istinadən xəbər verir ki, Rusiya dövlət başçısı bu cür hisslərin beynəlxal


azerbaycan xeberleri son xeberler yeni xeberler ən son xəbər cəbhədən yeni xəbərlər xeberler bugun valyuta mezennesi banklar