İranın dünyanı silkələyəcək dəhşətli PLANLARI ÜZƏ ÇIXDI: müharibəyə az qaldı, yaxın 10 ildə...

İranın dünyanı silkələyəcək dəhşətli PLANLARI ÜZƏ ÇIXDI: müharibəyə az qaldı, yaxın 10 ildə...İranda benzinin bahalaşmasına qarşı etiraz aksiyaları davam edərkən ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) Müdafiə Kəşfiyyatı Agentliyi (SIA) ilk dəfə İranın hərbi gücü ilə bağlı sənəd yayımlayıb.
Publika.az xəbər verir ki, sənəddə ABŞ kimi inkişaf etmiş Qərb ölkələrini məğlub edə bilməyəcəyini bilən İranın üç əsas qabiliyyətinə diqqət göstərməyə çalışdığı vurğulanıb: bölgədə hədəflərini vura biləcək ballistik raketlər, Bəsrə körfəzi və Hörmüz boğazında dəniz nəqliyyatını təhdid edəcək sahil mühafizə xidməti, ölkə xaricində konvensional olmayan əməliyyatlar aparma qabiliyyətinə sahib ortaq qüvvələr.
Sənəddə rəsmi Tehranın raket və Pilotsuz Uçuş Aparatlarına böyük miqdarda sərmayə yatırdığı, Quru Qüvvələrini isə təcili hərəkətə keçmə tuqaylarına çevirəcək şəkildə yenidən dizayn etməyə çalışdığı yer alıb. Həmçinin, hava və dəniz qüvvələri ilə yanaşı, arsenalındakı ballistik raketlər və nüvə proqramı da analiz edilib.
İnqilab Keşikçiləri Korpusunun fəaliyyətinə yer verilən sənəddə, İran milli təhlükəsizlik strategiyasının şiə-ruhani rejiminin davamlılığını təmin etməyə, rejimə qarşı daxili və xarici təhdidləri dəf etməyə və bölgədə ağır qüvvə olmaq hədəfləri üzərində dayandıqlarına diqqət çəkilib: "İran hərbi doktrinası texnoloji baxımdan təkmilləşdirilmiş Qərb ordularına qarşı mübarizə aparmaq, ehtimal edilən hücumu humanitar və maliyyə zərərlərini ağırlaşdıracaq formada dəf etmək üzərində qurulub".
Bildirilib ki, rəsmi Tehran hava hücumundan müdafiə və radar sistemlərini müasirləşdirməyə davam edir. Qitələrarası ballistik raket potensialını əldə etmək üçün çalışır. Daha həssas, daha dağıdıcı təsirə sahib ballistik raketlərini yerləşdirir, raket arsenalını genişləndirir və yeni kəşfiyyat raketlərini işə salır. BMT-nin sanksiyaları aradan qaldırılan kimi isə qırıcı təyyarələr almağa başlayacaq. Çünki İran yaxın 10 ildə bölgədə genişmiqyaslı hərbi əməliyyatlara başlamağı planlaşdırır.
Qeyd edək ki, bənzər məzmunda sənədlər Rusiya və Çin hərbi qüvvələri üçün də hazırlanıb.
Zümrüd /publika.az

Dünya       Tarix: 20 noyabr 2019
f Paylaş

Oxşar xəbərlər

Ötən sutka ərzində yoluxma sayı 829 minə yaxınlaşdı

Dünyada yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı son sutka ərzində 829 min nəfərə yaxın olub. pandemiyanın onlayn statistikasını aparan " saytına istinadla xəbər verir ki, ötən sutka ərzində 828 min 925 nəfə

Çində GÜCLÜ ZƏLZƏLƏ: xəsarət alanlar var

Çinin cənub-qərbindəki Yunnan əyalətində 5,5 bal gücündə zəlzələ qeydə alınıb. xəbər verir ki, bu barədə Çinin Seysmoloji Mərkəzi məlumat yayıb. Zəlzələnin episentri Ninlan vilayətində, ocağı isə 10 km dərinlikdə yerləşib

Qazaxıstanda etirazçılardan 11 ŞƏRT

Qazaxıstanın digər şəhərlərində sakitlik hökm sürsə də, Almatı və Aktauda etirazçılar yenidən küçələrə çıxıb. Qazaxıstan mediasına istinadla xəbər verir ki, onların şərtləri aşağıdakılardır:. "Birinci tələb ərzaq qiymətlərini

Qumbaraya oxşayan nəsnəyə görə 10 nəfər TƏXLİYƏ EDİLDİ

Moskvanın şimalında qumbaraya bənzər obyektə görə 10 nəfər evlərindən təxliyə edilib. xəbər verir ki, bu barədə "RİA Novosti"yə ölkənin Fövqəladə Hallar Xidmətinin sözçüsü məlumat verib. Onun sözlərinə görə, Şimal-Şər

Dünyada 45 jurnalist iş başında öldürülüb - 2021-Cİ İLDƏ

2021-ci ildə dünyanın 20 ölkəsində 45 jurnalist və media işçisi peşə borcunu yerinə yetirərkən baş vermiş insidentlər nəticəsində qətlə yetirilib. -ın məlumatına görə, Beynəlxalq Jurnalistlər Federasiyasının (IJF) paylaşdığ

Pentaqon rəhbəri koronavirusa yoluxdu

ABŞ Müdafiə naziri Lloyd Ostin koronavirusa yoluxub. xəbər verir ki, bu barədə Pentaqonun rəsmi saytında yerləşdirilmiş bəyanatda deyilir. Qeyd olunur ki, nazir məzuniyyətdə olarkən özündə koronavirusun əlamətlərini his

Haitinin Baş nazirinə sui-qəsd cəhdi oldu

Naməlum şəxslər Haitinin Baş naziri Ariel Anriyə qarşı sui-qəsd törətmək istəyiblər. "Telesur" kanalına istinadla xəbər verir ki, hadisə Qonaiv şəhərində ölkənin 218 illiyi münasibətilə keçirilən tədbirdə baş verib

Bu ay Yer kürəsində 6 maqnit qasırğası olacaq

Cari lilin yanvar ayının ortasında Yer kürəsinin sakinləri maqnit qasırğaları ilə üz-üzə qalmalı olacaqlar. xəbər verir ki, bu barədə P.N. Lebedeva adına Fizika İnstitutu məlumat yayıb. Belə ki, 11, 12, 15, 17, 18 yanva

80 il əvvəl yoxa çıxan sualtı qayıq TAPILDI

Yunan dalğıcları Egey dənizinin dibində 80 il əvvəl yoxa çıxan italyan sualtı qayığını tapıblar. xəbər verir ki, bu barədə "Ekspress" məlumat yaydı. Bildirilib ki, "Jantina" sualtı qayığı göyərtəsind


son xeberler yeni xeberler azerbaycan xeberleri xeber.az 2026 meherremlik 2026 xeber metbuat