"İranın hədəsinə baxmayaraq, Azərbaycan addım-addım irəliləyir"
"İran Şimal-Cənub nəqliyyat dəhlizinin Azərbaycandan keçməsini istəmir".
KONKRET.az xəbər verir ki, bunu erməni politoloq Stepan Danielyan deyib.
Ekspert Rusiyanın İranın Zəngəzur dəhlizi ilə bağlı Azərbaycan maraqlarını anlamasına tərəfdar olduğuna işarə edib:
"Rusiyanın Ermənistandakı səfiri Kopırkinin son açıqlamasında əsas vurğu budur ki, qonşuların da maraqları nəzərə alınmalıdır. Burada eyham həm Azərbaycan, həm də İranla bağlı ola bilər. Məsələn, İranın Zəngəzur dəhlizi ilə razılaşmaması məsələsindən söhbət gedirsə, bu, yol rejimindən, eləcə də Azərbaycanla əlaqəlidir. Bəlkə də Qarabağla bağlı indiki mövqeyini nəzərə alsaq, Rusiyadan çox şey gözləməyə ehtiyac yoxdur. Mənim üçün cavab vermək çətindir: Rusiyanın planı necədir, Qarabağı tamamilə təhvil vermək istəyir, yoxsa indiki durumla razılaşır? Çətindir, çünki Rusiyanın bu məsələdə mövqeləri sürətlə dəyişir. Ola bilsin ki, Cənubi Qafqazla bağlı planlarında müəyyən dəyişiklik var".
Danielyan söyləyib ki, İran Zəngəzur dəhlizini özü üçün "qırmızı xətt" elan edib:
"İran bildirir ki, Azərbaycan Zəngəzur dəhlizi ilə bağlı Ermənistana həmlə edərsə, işə qarışacaq və hərbi addım atacaq. Amma Azərbaycan addım-addım (öz məqsədinə doğru) irəliləyir".
Politoloq qeyd edib ki, beynəlxalq təcridlə üzləşən Rusiya üçün indi Cənubi Qafqaz və İran quru yolla Bəsrə körfəzinə, Hind okeanına və ərəb ölkələrinə çıxmaq üçün mühüm dəhlizə çevrilir:
"Bu, həyat yoluna çevrilir və o yol Azərbaycandan keçməlidir ki, bu da İran üçün arzuolunmazdır".
Danielyanın sözlərinə görə, İran bu yolun Azərbaycan yox, Ermənistan və Gürcüstandan keçməsini istəyir. O, İranın Azərbaycanla əlaqələrini gərginləşdirməsinin əsas səbəblərindən birinin bu olduğunu iddia edib.//Teleqraf

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Benzin qiyməti kəskin ucuzlaşdı
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
Bank əməkdaşı futbol oynayarkən qəfil öldü
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir