İranın milli valyutası dəyişdi
İran parlamenti milli valyutanın rialdan tümənə dəyişdirilməsinə qərar verib.
Bu barədə Trend İran parlamentinin informasiya portalına istinadən məlumat verib.
Qərara əsasən, 9 iyul 1972-ci ildə İranın pul və maliyyə qanunun 1-ci maddəsində dəyişikliklər aparılıb.
Qərarda bildirilir ki, İranın milli valyutasının adı tüməndir və hər 1 tümən 10 min riala bərabərdir.
Qərarda qeyd olunur ki, xarici valyutalar qarşılığında tümənin alqı-satqısı İranın Mərkəzi Bankı tərəfindən müəyyən olunur.
Qərara əsasən, maksimum 3 il ərzində tümən və rialın paralel dövriyyəsi olacaq.
İranın Mərkəzi Bankı maksimum 2 il ərzində bu qanunun icra olunması istiqamətində addımlar atmalıdır.
Qeyd edək ki, İranın Mərkəzi Bankının layihəsinə əsasən, İranın milli valyutasından 4 sıfır atılması nəzərdə tutulub. İranın milli valyutasının adı tümən olacaq, hər 1 tümən hazırkı 10 min rial və 100 qrana (qəpik adı belədir) bərabər olacaq. /publika.az

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək