İranın nüvə silahlarına dair qərarı dünyanı AYAĞA QALDIRDI
İranın verdiyi qərara görə narahatıq.
Publika.az xəbər verir ki, bu sözlər Avropa İttifaqının açıqlamasında yer alıb.
İran prezidenti Həsən Ruhaninin "Fordow" nüvə stansiyasında 1044 santifruqedən istifadə edəcəklərini açıqlamasına reaksiya verənlər arasında İttifaqla yanaşı Fransa da var. Xarici İşlər Nazirliyindən verilən açıqlamada "İranın verdiyi açıqlamalar 2015-ci il razılaşmasına ziddir. İranın fəaliyyətləri məsələsində UAEA-dan gələcək hesabatı gözləyirik. Fransa 2015-ci il razılaşmasına sadiqliyini davam etdirir və İranın qərarlarını nəzərdən keçirməsi üçün xəbərdarlıq edir" ifadələri işlənib.
Kremldən verilən açıqlamada isə İranın ona qarşı tətbiq edilən sanksiyalardan dolayı narahatlıqlarını anlayışla qarşıladıqları qeyd olunub: "İrana qanundankənar sanksiyalar tətbiq edilir. Razılaşmaya dair prosesləri isə narahatlıqla izləyirik. Rusiya razılaşmanın qüvvədə qalmasının tərəfdarıdır".
Zümrüd /publika.az

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək