"İranın səbrinin bir həddi var, lazım gələrsə, sərt cəzalandıracaq" - Tehran Bakını HƏDƏLƏDİ

İran mediası yenidən Azərbaycanı hədələyib.
KONKRET.az xəbər verir ki, İranın "Mashreg News" saytında iranlı politoloq Həsən Hanizadənin Azərbaycanı təhdid edən yazısı dərc olunub.
Həsən Hanizadə Azərbaycan Prezidenti İlham Əliyevin İranla bağlı son bəyanatlarına münasibət bildirib:
"Cənab Əliyevin bəyanatları Azərbaycanın siyasi-coğrafi dairəsindən kənara çıxır və burada Amerika, sionist rejim və Türkiyənin dəstəyi var.
İran Azərbaycanda problemlər yarada bilər, Türkiyə və Amerikanın İrana qarşı təzyiqləri İranla Azərbaycan arasında uçurum yaratmaq məqsədi daşıyır.
Amma Azərbaycan bilməlidir ki, İran təmkin nümayiş etdirib və Azərbaycanla sərhəddə gərginlik yaratmamağa çalışıb. Lakin İranın səbrinin bir həddi var, lazım gələrsə, sərt cəzalandıracaq.
Region yeni müharibəyə dözə bilməz, xüsusən də Mərkəzi Asiya regionu. İranın bu regionla siyasi və iqtisadi baxımdan geniş əlaqələri var. Lakin bu davranış qətiyyən əbədi deyil və lazım gələrsə, İran buna tez və ciddi reaksiya verəcək", – deyə Hənizadə bildirib.
O, Ermənistanın İrandan pilotsuz təyyarələr aldığı barədə rəsmilərin açıqlamalarını şərh edib.
"İran Amerika, Rusiya və Çin kimi adi silahlar və pilotsuz təyyarələr istehsalçısıdır və istədikləri ölkəyə silah satmaq İranın haqqıdır. Amma bu o demək deyil ki, Ermənistanın İrandan aldığı silahlar Azərbaycana qarşı istifadə olunacaq. İranın silahları müdafiə xarakterli və adi silahdır.
Bu arada Azərbaycan sionist rejimdən, Qərbdən və ABŞ-dan hər cür silah alır. Hətta onları hərbi bazalarla təmin edir ki, bu da İranın milli təhlükəsizliyi üçün mühüm təhlükə hesab olunur".
Xuraman Etibarlı,
KONKRET.az

Siyasi       Tarix: 03 dekabr 2022
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Bakıdan Gürcüstan Patriarxlığına: Erməni yolu getmə

Gürcüstan Patriarxlığının Azərbaycanın ərazisində yerləşən Kürmük məbədi ilə bağlı verdiyi son açıqlama Azərbaycan ilə Gürcüstan arasında mövcud olan dostluq, tərəfdaşlıq və mehriban qonşuluq münasibətlərinin ruhuna ziddir

FAKTI' Cənubi Qafqazda sülhə görə yalnız Paşinyanın mükafatlandırılması barədə: 'Bu, absurddur

Bolqarıstanın "Faktı" nəşri Cənubi Qafqaz regionunda sülhün bərqərar olmasına töhfə verdiyinə görə Hessen mükafatının Ermənistan hökumətinin başçısı Nikol Paşinyana verilməsinin əsaslılığının şübhə altına alındığ

Həsən Həsənov: "Ad çəkilir, amma konkret mənbə göstərilmir

"Ermənilər bizə qarşı bir söz deyəndə mənbə adı çəkmirlər". xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Media və Yayım Şurasının təşkilatçılığı ilə keçirilən "Qafqaz Albaniyasının irsinə tarixi baxış"

Ceyhun Bayramov TRIPP təşəbbüsünün regional tranzit şəbəkələrini genişləndirəcəyini bildirib

Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin (LLDC) xarici işlər nazirlərinin 25-ci illik iclasında çıxış edib. xəbər veri

Sentyabr ayında mediada ən aktiv deputatlar kimlər olub? - SİYAHI

Sentyabr ayı üzrə təhlillərə əsasən mediada ən aktiv olan deputatlar açıqlanıb. xəbər verir ki, "Mediatrends.ai" platformasının "Media indeksi" göstəricilərinə əsasən, siyahıya 26,06 faizlə deputat Naqi

Ərdoğanla Paşinyan Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edib 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanla ikitərəfli ticarət və nəqliyyat sahələrindəki normallaşma prosesini dəstəkləyir, münasibətlərdə əldə edilən müsbət dinamikanın davam etdirilməsini vacib sayır. KONKRET.azxəbə

"Bunları etməsəydik, bəzi ölkələr kimi qapı-qapı gəzib gərək kiməsə ağız açaydıq

"Bir daha demək istəyirəm, bu 20 il ərzində görülmüş işlər imkan verdi ki, biz əsas infrastruktur layihələrimizi icra etdik. O vaxt xaricdən həm təbii qaz, həm də elektrik enerjisi alırdıq". xəbər verir ki, bu sözlər

ABŞ məhkəməsi Tramp administrasiyasını jurnalistləri Ağ Evə buraxmağa məcbur etdi

ABŞ-da məhkəmə Donald Tramp administrasiyasına jurnalistlərin Ağ Evə girişinə yenidən icazə verməyi tapşırıb. Hakim Timoti Kelli administrasiyanın CNN, MS NOW və "Politico" nəşrinin jurnalistlərini Ağ Evə buraxmama

"Qısqanclıq kişi ilə qadın arasında olur" - Putin həmin görüşdən danışdı

Rusiya Prezidenti Vladimir Putin ÇXR Sədri Si Cinpinlə ABŞ Prezidenti Donald Trampın Vaşinqtondakı görüşünə qısqanclıqla yanaşmadığını bildirib. TASS-a istinadən xəbər verir ki, Rusiya dövlət başçısı bu cür hisslərin beynəlxal


azerbaycan xeberleri son xeberler yeni xeberler ən son xəbər cəbhədən yeni xəbərlər xeberler bugun valyuta mezennesi banklar