İranın təcili köməyə ehtiyacı var - Nazir tvitterdə yazdı
İranın koronavirusla mübarizədə tibb ləvazimatları, briqada və müəyyənedici kitlərə ehtiyacı var.
Publika.az xəbər verir ki, bunu ölkənin Xarici İşlər naziri Məhəmməd Cavad Zərif açıqlayıb.
Nazir ölkədə bu ana qədər 429 nəfərin ölümünə yol açan, 10 min nəfərə yoluxan yeni tip koronavirusla mübarizə üçün tibbi ləvazimatların təminində problem yaşayır.
Zərif Səhiyyə Nazirliyinin ehtiyac siyahısını "TƏCİLİ" başlığı ilə tvitter hesabından paylaşaraq bütün dünya ölkələrini köməyə çağırıb. O, "virus ayrı-seçkilik etmir, insanoğlu da etməməlidir" sözlərini qeyd edib.
Nazirin paylaşdığı siyahıda 30 sətirlik təcili ehtiyata 172 milyon qoruyucu maska, 100 milyon əlcək, 3 milyon 200 min Kovid-19 müəyyənedici kit, 1000 oksigen balonu daxildir.
Zümrüd

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək