"İranla Azərbaycan arasında münasibətlər dəyişməyəcək" - İran nəşrindən QALMAQALLI AÇIQLAMA
İranın rəsmi xəbər agentliyi Azərbaycana ultimatum göndərib: "Ya İranla münasibətləri normallaşdırıb İsraillə əlaqəni kəsin, ya da qarşıdurma davam edir".
KONKRET.az xəbər verir ki, İranın ali dini lideri Xameneinin şəxsi göstərişi ilə yaradılan "İran Press" xəbər agentliyi (fars versiyası) Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin İranla münasibətlərin normallaşdırılması perspektivləri ilə bağlı noyabrın 20-də verdiyi bəyanata münasibət dərc edib.
"Təəssüf hissi ilə qeyd edirik ki, son vaxtlar İran İslam Respublikasının bəzi rəsmiləri, parlament üzvləri və təhlükəsizlik qüvvələrinin nümayəndələrinin bir sıra bəyanatları iki ölkə arasında gərginliyin artmasına səbəb olub", – Hikmət Hacıyev deyib.
Buna cavab olaraq nəşr yazır: "Azərbaycan rəsmiləri ikitərəfli münasibətləri pozmaq cəhdlərindən sonra ilk dəfə deyil ki, İranla normal əlaqələrdə maraqlı olduqlarını deyirlər. Eyni zamanda, Azərbaycanda media anti-İran və din əleyhinə mövqelərini qoruyub saxlayır və İsrail rejimini müsəlmanların, şiə Azərbaycan Respublikasının dostu kimi göstərməyə çalışır.
İranla razılaşmalara baxmayaraq, Azərbaycan İsraili İran sərhədinə buraxıb. Belə davranışı mehriban qonşuluq hesab etmək olmaz.
Müxtəlif xarici ünsürlər öz təhriklərini dayandırmayınca, İranla Azərbaycan arasında münasibətlər dəyişməyəcək".
"Iran Press" nəşrinin fikrincə, barışıq nəticə verməyəcək.
Xuraman Etibarlı,
KONKRET.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Formula-1: ikinci sərbəst yürüş başladı
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
Xırdalanda QIZA GÖRƏ DAVA: Dostunu bıçaqladı, sonra ağladı
Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman
Prezident icra başçısını vəzifəsindən azad etdi
Əli Əsədov iclas keçirir
"Bir damla qan, min ümidə can": Anım Gününə həsr olunan qanvermə aksiyası başladı - FOTOLAR
Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq
Bakcell-də hədiyyə mövsümü başladı
Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim
"Formula 1" üzrə Azərbaycan Qran-prisi başladı
Bank kartları ilə bağlı - Daha bir qadağa
Formula 1: xarici turistlərin sayı rekord həddə çatdı
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
Kəngərlidə avtomobil qəzası oldu, körpə öldü