İranlı alim bu üsulla öldürülüb
İranın nüvə alimi Möhsün Fəxrizadə uzaqdan idarə olunan silahla qətlə yetirilib.
Publika.az xəbər verir ki, bu barədə "Fars" agentliyi məlumat yayıb.
Bildirilib ki, hadisə alimin həyat yoldaşı ilə birlikdə Rostamkol şəhərindən (Mazandaran əyaləti) Tehran əyalətinin Absard şəhəri istiqamətinə gedərkən yolda baş verib.
M.Fəxrizadəni 3 təhlükəsizlik maşını müşayiət edib. Alim ortadakı zirehli maşında olub. Öndə gedən avtomobilə atəş açılarkən dayanmalı olub. Fəxrizadə avtomobilin mühərrikində problemi olduğunu zənn edərək maşından düşüb. Bu zaman, təxminən 150 metr məsafədə yerləşən "Nissan" markalı avtomobildən onlara tərəf atəş açılıb. Atəşin uzaqdan idarə olunan avtomat silahlardan açıldığı müəyyən edilib. Sonra "Nissan" partladılıb. Sui-qəsdin təşkilatçıları isə hadisə yerində olmayıb.
Agentliyin məlumatına görə, alim 4 güllə yarası alıb. Bir neçə güllə isə onun mühafizəçisinə dəyib.
"Nissan" avtomobilinin sahibinin oktyabrın 29-da İranı tərk etdiyi bildirilir.

Premyer Liqa: VI tura bu gün iki oyunla yekun vurulacaq
Sumqayıtda 67 yaşlı kişi bıçaqlandı: Həyat yoldaşı saxlanıldı
Bakıda bu şirkətə 16 min dollar cərimə yazıldı
"Neftçi"nin tanınmış futbolçusu vəfat etdi - FOTO
"Trabzonspor" "Qalatasaray"ı darmadağın edib
Elçin Yusubov Qarabağ bölgəsinin Rumıniya regionları ilə əlaqələrinin qurulmasını müzakirə edib - FOTOLAR
Prezident keçmiş futbolçunu fəxri diplomla təltif etdi
İllər sonra açılan "Kurtlar Vadisi" sirri - Kozinoğlu obrazını canlandıran aktyor İLK DƏFƏ DANIŞDI
66 yaşlı kişini motosiklet vurub öldürdü
Ərdoğan sabah ABŞ-yə səfər edəcək
Məşhur aktrisa vəfat edib
Üçü Bakıda, biri İrəvanda - O biri isə qəbiristanlıqda... - FOTO
"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il keçir
Hikmət Hacıyev və Almaniya səfiri ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə ediblər
Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur