İraqda 5 türk hərbçisi şəhid oldu
Türkiyə Milli Müdafiə Nazirliyi İraqın şimalında yerləşən mağarada baş vermiş qaz zəhərlənməsi nəticəsində 5 hərbçinin şəhid olduğunu açıqlayıb. Hadisə "Pençe Kilit" əməliyyatı çərçivəsində baş verib.
KONKRET.az xəbər verir ki, nazirliyin məlumatına görə, 852 metr yüksəklikdə yerləşən təpədəki mağarada axtarış aparan 19 nəfərlik hərbi qrup piyada baş leytenantı Nuri Melih Bozkurta aid cəsədin tapılması tapşırığını yerinə yetirirmiş. Bozkurta 2022-ci ildə terrorçuların açdığı atəş nəticəsində şəhid olmuşdu, lakin meyiti indiyə qədər tapılmamışdı.
"Mağarada çalışan 19 hərbçimiz metan qazına məruz qalıb. Onların hamısı dərhal xəstəxanaya çatdırılıb. Görülən bütün tibbi müdaxilələrə baxmayaraq, 5 əsgərimiz xilas olunmayıb. Digər 14 nəfərin müalicəsi davam edir," – deyə Müdafiə Nazirliyinin açıqlamasında bildirilib.
Şəhidlərimizə Allahdan rəhmət, yaralı əsgərlərə şəfa diləyirik. Türkiyə xalqına dərin hüznlə başsağlığı veririk.
Natiq Səlim,
KONKRET.az

Azərbaycanlı futbolçu "Qalatasaray"da
Renat Dadaşov Ukrayna klubuna keçdi
17 yaşlı tələbə qız faciəvi şəkildə öldü
Bakıda qadın stəkanla döyüldü
Şahbuzda ağır qəza - 3 nəfər ölüb, 9 nəfər yaralanıb
Dünya bazarında neft bahalaşdı
"Liverpul" 18 yaşlı hücumçu aldı
Giorgia Meloni Prezident İlham Əliyevə təşəkkür edib
Zəngəzur dəhlizi üçün yeni tarix açıqlandı
Zelenskinin ofisində axtarış aparıldı
Zelenski Rusiyanın zərbələrinə cavab hazırladıqlarını açıqladı
"100 dollar götürdük, çox utanırdım" - Emindən maraqlı etiraf
Elgiz yeni verilişinin tarixini açıqladı
Tatlısesin son görüntüsü - sevənləri kədərləndi - Foto
Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO