"İRƏLİ" İctimai Birliyi "Rəqəmsal Ay" layihəsinə start verir

"İRƏLİ" İctimai Birliyi gənclərin asudə vaxtının səmərəli təşkili, onların müasir dövrün tələblərinə uyğun bilik və bacarıqlarla təchiz olunması, eləcə də rəqəmsal dünyanın təqdim etdiyi yeni imkanlardan faydalanmalarını təşviq etmək məqsədilə 1–31 may tarixlərində "Rəqəmsal Ay" (All Digital Month) layihəsinə start verir.
Birliyin mətbuat xidmətindən azxeber.com-a verilən məlumata görə, rəqəmsal savadlılıq bu gün bütün dünyada ən vacib istiqamətlərdən biridir.
Prezident İlham Əliyevin 16 yanvar 2025-ci il tarixli Fərmanı ilə təsdiqlənmiş "Azərbaycan Respublikasında rəqəmsal inkişaf konsepsiyası" ölkəmizin bu sahədə strateji baxışını və qətiyyətini əks etdirir. Bu konsepsiya təkcə texnoloji yenilikləri deyil, həm də vətəndaşların, xüsusən gənclərin rəqəmsal savadlılığının artırılmasını və onlayn resurslara bərabər çıxış imkanlarının yaradılmasını hədəfləyir.
Bu kontekstdə, "İRƏLİ" İctimai Birliyi tərəfindən həyata keçirilən "Rəqəmsal Ay" layihəsi ölkəmizin rəqəmsal inkişaf prioritetlərinə töhfə vermək və gənclərin bu sahədə savadlılığının artırılması və gücləndirilməsi məqsədi daşıyır. "Heç kəs kənarda qalmasın" prinsipinə əsaslanan layihənin əsas məqsədi Azərbaycan gəncliyinin, xüsusilə regionlarda və ucqar ərazilərdə yaşayanların resurslara əlçatanlığını təmin etmək, onların rəqəmsal alətlərdən səmərəli və təhlükəsiz istifadə vərdişlərini formalaşdırmaqdır.
Eyni zamanda, layihə çərçivəsində peşəkar mütəxəssislər tərəfindən keçirilən təlimlər, seminarlar və görüşlər vasitəsilə gənclərə müxtəlif sahələr üzrə bilik və bacarıqlar qazandırmaq, onların təhsil və karyera imkanlarını genişləndirmək, internetdə düzgün məlumat axtarışı və mənbələrin qiymətləndirilməsi, kibertəhlükəsizlik və rəqəmsal etika, innovativ yanaşmalar, qlobal rəqəmsal trendlər üzrə təlim və seminarların təşkili nəzərdə tutulmuşdur.
"Rəqəmsal Ay" layihəsi təkcə rəqəmsal savadlılığın artırılması ilə məhdudlaşmır; bu, həm də gənclərin müasir dünyanın tələblərinə uyğunlaşması, innovativ düşüncə tərzini mənimsəməsi və cəmiyyətdə aktiv rol oynaması üçün bir platformadır. Layihənin təhsil yönümlü olması onun əhəmiyyətini daha da artırır – biz gənclərə yeni rəqəmsal alətlərlə tanışlıq, onlayn təhlükəsizlik bilikləri və peşəkar inkişaf üçün praktiki bacarıqlar təklif edirik. Regionlarda yaşayan gənclərin bu prosesə cəlb edilməsi isə ölkə daxilində bərabər imkanların yaradılması və inkilüzivlik baxımından mühüm addımdır.
Eyni zamanda layihənin qalıcı təsirlərinin olması üçün süni intellekt alətlərindən effektiv istifadəni dəstəkləyən "prompt engineering" mövzusunda kitabın dilimizə tərcümə olunması, eləcə də rəqəmsal alətlərdən səmərəli istifaadəni təşfiq edən e-jurnalın hazırlanması planlaşdırılır.
Gəncləri rəqəmsal gələcəyə bir addım daha yaxınlaşdırmağı hədəfləyən bu "ay" çərçivəsində keçiriləcək bütün tədbirlər barədə ətraflı məlumat yaxın günlərdə təşkilatın sosial media hesablarından ictimaiyyətə təqdim olunacaq.

Sosial       Tarix: 05 may 2025
f Paylaş

Oxşar xəbərlər

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar

Goranboydakı partlayışla bağlı üç qurumdan birgə MƏLUMAT

Ötən gecə Goranboy rayonu, Nizami kəndi yaxınlığında yerləşən sursat anbarında yanğınla müşayiət olunan partlayış baş verib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyini

31 avqust üçün rəsmi valyuta məzənnələri açıqlandı

Azərbaycan Mərkəzi Bankı (AMB) avqustun 31-nə olan rəsmi valyuta məzənnələrini açıqlayıb. xəbər verir ki, hesabat tarixinə ABŞ dollarının manata nisbətdə məzənnəsi dəyişməyərək 1,700 manat səviyyəsində qalıb. Avronun məzənnəs

Ülvi Cəfərova ağır itki - Foto

Əməkdar incəsənət xadimi, professor Əliqismət Lalayev və "Şeron" qrupunun bədii rəhbəri, tanınmış müğənni, aktyor və prodüser Ülvi Cəfərova ağır itki üz verib. Əliqismət Lalayevin bacısı, Ülvi Cəfərovun isə anas

Bu avtomobillər 600 manatdan satışa çıxarılır

Azərbaycanda dövlət qurumlarının balansında olan müxtəlif nəqliyyat vasitələri hərraca çıxarılacaq. xəbər verir ki, hərrac Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfində

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa


yeni xeberler son xeberler azerbaycan xeberleri dunya xeberleri en son xeberler bu gun cəbhədən son durum son xeberler bugun 2026 canli