"İrəli" təşkilatı Gənclər günündə məşhurları bir yerə topladı - FOTO

"İrəli" təşkilatı Gənclər günündə məşhurları bir yerə topladı - FOTO"İrəli" təşkilatı Gənclər günündə məşhurları bir yerə topladı - FOTO
"İrəli" İctimai Birliyinin təşkilatçılığı ilə 2 fevral Gənclər Gününə həsr olunmuş "Məndən Başlanır Vətən!" adlı onlayn tədbir baş tutub.
Azərbaycan dövlət himninin səsləndirilməsi ilə başlayan görüşdə Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olan qəhrəmanlarımızın ruhu bir dəqiqəlik sükutla yad olunub.
300-ə yaxın gəncin qatıldığı onlayn tədbirdə ilk olaraq "İrəli" İctimai Birliyinin Baş katibi Fatimə Məsimli qurumun fəaliyyəti və Gənclər Gününə həsr olunmuş "Məndən Başlanır Vətən" adlı layihəyə dair məlumat verib. O qeyd edib ki, fəaliyyətində milli maraqlara söykənən təşkilat gənclərdə vətənpərvərlik ruhunun, dövlətçilik prinsipinin aşılanmasına və onların ictimai həyatda aktivliyinin artırılmasına xüsusi diqqət yetirir. 
Baş katibin çıxışından sonra "İrəli" İctimai Birliyinin sədri Şahin Rəhmanlı tədbir iştirakçılarını müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuzun Vətən müharibəsində qazandığı tarixi qalibiyyət və 2 fevral Gənclər Günü münasibətilə təbrik edib, tədbirin gedişinə uğurlar arzulayıb. 
Tədbirdə iştirak edən spikerlərdən Orxan Fikrətoğlu çıxışında bildirib ki, özünün bütün potensialı ilə təmənnasız olaraq xalqa xidmət göstərmək əsl vətənpərvərlik nümunəsidir. "CNN Türk" kanalının müxbiri, şanlı Vətən müharibəsi zamanı Azərbaycan ictimaiyyətinin rəğbətini qazanan jurnalist Fulya Öztürk çıxışında vurğulayıb ki, Azərbaycan gəncləri çox cəsur gənclərdir və onlara tək bir tövsiyəm var: hər zaman idealist olun və öz vətəninizə bağlı olub ölkənizi layiqincə təmsil edin!
Fulya Öztürkün çıxışından sonra, Azərbaycan Respublikasının Əməkdar İncəsənət xadimi Abdulla Qurbani "Vətənpərvər Azərbaycan Gəncliyi" mövzusunda çıxış edib və gəncləri 2 fevral Gənclər Günü münasibətilə təbrik edib. Spiker Şəmil Sadiq isə çıxışında vurğulayıb ki, Azərbaycanın gələcəyi indiki gəncliyin çiyinlərində qurulacaqdır.  
Tədbirin ikinci hissəsində Malik Bağırovun moderatorluğu ilə ölkəni yerli və beynəlxalq arenada müxtəlif sahələrdə uğurla təmsil etmiş gənclər Azərbaycan gerçəkliklərinin dünya ictimaiyyətinə çatdırılması, informasiya müharibəsi və müxtəlif sahələrdə ölkənin uğurla təmsil olunması haqqında müzakirələr aparıb. Ölkə hüdudlarından kənarda yaşayan Prezident mükafatçısı Günay Kazımzadə xaricdə təmsilçilik mövzusunda öz təcrübəsini bölüşərək bildirib ki, hər birimiz həyatımızı düzgün dəyərlər üzərində qurmalıyıq və ölkəmizin maraqlarının qorunması üçün istər yerli, istərsə də beynəlxalq arenada əlimizdən gələnin ən yaxşısını etməliyik. "Amerikansayağı Bakı" səhifəsinin yaradıcısı Sadiq Fərzəlibəy çıxışında vurğulayıb ki, inkişafda maraqlı olan gəncləri bir araya toplayaraq, onları vətənpərvərliyə kökləməkdə "İrəli" İctimai Birliyinin rolu böyükdür və bu proses davam etdirilməlidir.
Sonda isə "İrəli" Media Mərkəzinin rəhbəri Məleykə Tağızadə 44 günlük Vətən müharibəsində göstərdikləri şücaət və birliyə görə gənclərə təşəkkür edərək, Gənclər Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib. 
"İrəli" İctimai Birliyi eyni zamanda 3 fevral tarixində İçərişəhərdə Gənclər Gününə həsr olunmuş "Action Bound – Axtar Tap!" intellektual yarışını da təşkil edəcək.
"İrəli" təşkilatı Gənclər günündə məşhurları bir yerə topladı - FOTO"İrəli" təşkilatı Gənclər günündə məşhurları bir yerə topladı - FOTO"İrəli" təşkilatı Gənclər günündə məşhurları bir yerə topladı - FOTO"İrəli" təşkilatı Gənclər günündə məşhurları bir yerə topladı - FOTO"İrəli" təşkilatı Gənclər günündə məşhurları bir yerə topladı - FOTO"İrəli" təşkilatı Gənclər günündə məşhurları bir yerə topladı - FOTO

Sosial       Tarix: 02 fevral 2021
f Paylaş

Oxşar xəbərlər

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

Özəl bağçalara elektron qeydiyyat başlayır: TARİX AÇIQLANDI

Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi çərçivəsində müəyyən edilmiş özəl məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına başlanılır. xəbər veri

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət

Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ

Payızın gəlişi ilə bazarlarda meyvə-tərəvəz bolluğu artır. Mövsümi məhsulların satışa çıxması alıcıların seçim imkanlarını genişləndirsə də, qiymətlərin necə dəyişəcəyi sualı gündəmdə qalır. Xüsusilə gündəlik tələbatda ola

Dünya bazarında neft bahalaşdı

Dünya bazarında neftin qiymətində artım qeydə alınıb. xəbər verir ki, ICE London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 68 sent bahalaşaraq 95,33 dollara yüksəlib. NYMEX birjasında isə "Light"

Azərbaycanda ata oğlunun toyunda həbs olundu

Şirvanda toyda insident yaşanıb. " "a istinadla xəbər verir ki, hadisə "Aytac" şadlıq sarayında baş verib. Hadisəyə səbəb isə toy məclisində kriminal məzmunlu musiqinin səsləndirilməsi olub. Bu zaman xidmətd


son xeberler azerbaycan xeberleri yeni xeberler en son xeberleri xəbər cəbhədən xəbərlər ensonxeberler