İrəvan Avropa ilə Bakının arasını vura biləcəkmi? - Zaur Məmmədovdan CAVAB

İrəvan Avropa ilə Bakının arasını vura biləcəkmi? - Zaur Məmmədovdan CAVAB"Son günlərdə Avropa ilə Azərbaycan münasibətlərinə kölgə salmaq istəyən siyasətçi və aktorların sayı artmaqdadır. Əlbəttə, burda birmənalı şəkildə ermənilərin əli var. Sentyabrın 13-14 aralığındakı hadisələrdə Azərbaycanı günahlandıranlar, hazırda məlum video (əsir məsələsi) ilə bağlı ölkəmizə qarşı informasiya müharibəsi yürüdənlər Avropa İttifaqının rəsmilərinə də müraciət edir və tərəflər arasındakı münasibətləri pozmaq üçün əllərindən gələni əsirgəmirlər".
Bu sözləri KONKRET.az-a özəl açıqlamasında Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov deyib.
İrəvan Avropa ilə Bakının arasını vura biləcəkmi? - Zaur Məmmədovdan CAVABPolitoloq bildirib ki, bu kontekstdə avropalı parlamentarilərin Avropa İttifaqının (Aİ) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Cozef Borelə, həmçinin Fransa XİN rəhbəri Jan-İv Lö Driana ünvanladığı sual və məktublar da onu göstərir ki, Ermənistan və erməni diasporu Avropada Azərbaycana qarşı ciddi prosesə başlayıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müşaviri Zaur Məmmədovun fikrincə, ermənilər Azərbaycanı Rusiya ilə müqayisə edir və özlərini Ukraynanın vəziyyətində göstərməyə çalışırlar:
"Halbuki, bu müqayisə yanlışdır. Çünki bu günə qədər Ukrayna Azərbaycanla müqayisə olunurdu və hər iki tərəfin ərazi bütövlüyünün pozulmasından danışırdılar. İndi Ermənistan cinah dəyişərək özünü Qərbin yanında olan kimi göstərmək istəyir. Çalışır ki, Azərbaycana qarşı da Kremlə yönələn ağır sanksiyalar tətbiq olunsun. Eyni zamanda, enerji paketlərilə bağlı dondurulma siyasətinin aparılmasının təbliğatı ilə məşğuldurlar. Amma Azərbaycan Avropa İttifaqının enerji təhlükəsizliyində xüsusi rol oynayır. Ukrayna hadisələri fonunda bizim logistik və geosiyasi çəkimiz dayanmadan artmaqdadır. Bu səbəbdən də, ermənilərin planı baş tutmayacaq".
Politoloq əlavə edib ki, Aİ-Azərbaycan münasibətləri artan xətt üzrə inkişaf edəcək. Amma Avropa Parlamenti və Avropa Şurasının Azərbaycana yanaşmasında qərəz görünməkdədir:
"Bunlar isə ümumilikdə Avropa-Azərbaycan münasibətlərinə təsirsiz ötüşmür. Qərb birsistemli deyil. Orada müxtəlif qruplar və dairələrin baxış bucaqları üst-üstə düşmür, əksinə toqquşma var. Ona görə də əminliklə deyə bilərik ki, ermənilər necə ki digər aktorlarla münasibətlərimizi korlaya bilmədilər, Bakının Avropa İttifaqı ilə əlaqələrini də pozmağa müəssər olmayacaqlar".
Elə Zaur Məmmədovun sonda dediyi kimi, Azərbaycan güclü tərəfdir. Ermənistandan fərqli olaraq kiminsə qapısını döymür. Lazımlı tərəf olduğumuz üçün bizim qapımızı döyürlər. 44 günlük savaşda olduğu kimi Ermənistan yenə də Cənubi Qafqazdakı proseslərdə öz məqsədlərinə çata bilməyəcək:
"İndi də hər kəs yeni reallıqla barışacaqdır", – deyə politoloq fikrini tamamlayıb.
Anar Rəhimov,
KONKRET.az

Siyasi       Tarix: 05 oktyabr 2022
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Ermənistan-Azərbaycan sərhədi ilə bağlı MÜHÜM AÇIQLAMA

Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası üzrə işlər tezliklə bərpa olunacaq. KONKRET.azxəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan bildirib. O, işlərin nə vaxt başlayacağını dəqiqləşdirməyib

Səudiyyədən TƏCİLİ HƏRBİ ADDIM: Türkiyə və Pakistan

Səudiyyə Ərəbistanı Türkiyə və Pakistanın Baş Qərargah rəislərini təcili şəkildə toplayıb. xəbər verir ki, Ər-Рияд krallığın sərhədyanı bölgələrinə İran tərəfindən dəstəklənən husilər tərəfindən ballistik raketlər və PUA-larl

Prezidentdən "AzerGold"la bağlı - Sərəncam

"AzerGold" QSC-nin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 fevral tarixli 2515 nömrəli Sərəncamında dəyişiklik edilib. Bununla bağlı Preziden

2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək

Azərbaycan Respublikasının 2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, Azərbaycan Respublikasının 2027-ci il və sonrakı üç il üzrə iqtisadi və sosia

Prezidentdən xüsusi sərhəd mesajı: onlarla ölkə prosesə qoşulacaq

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təşkilatçılığı ilə "Qlobal təhlükəsizlik arxitekturasında yeni çağırışlar və terrorçuluğa qarşı effektiv əməkdaşlıq mexanizmlərinin formalaşdırılması"

Ermənistan-Türkiyə sərhədi açılacaq? – Türkiyəli generaldan açıqlama

Ermənistan Türkiyə ilə sərhədin açılmasını və iki ölkə arasında dəmir yolu əlaqəsinin bərpasını səbirsizliklə gözləyir. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində keçirilən pane

Azərbaycan 3 ölkə ilə viza rejiminin sadələşdirilməsinə dair sazişlər imzalayıb - FOTOLAR

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Sent-Kits və Nevis, Antiqua və Barbuda, həmçinin Benin xarici işlər nazirləri ilə görüşüb. xəbər verir ki, görüşlər zaman

Azərbaycan daha bir ölkə ilə vizanı ləğv etdi – Kimlər gedə biləcək?

Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Banqladeşin xarici işlər naziri Xəlilur Rəhman "Azərbaycan Respublikası Hökuməti ilə Banqladeş Xal

Prezident əfv Sərəncamı imzaladı

Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş bəzi şəxslər cəzanın çəkilməmiş hissəsindən azad ediliblər. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmi


yeni xeberler azerbaycan xeberleri son xeberler şou biznes xəbərləri siyaseti xeberler bugun en son xeber son xeberler bu gun