"İrəvan bütün hərbi cinayətkarları Bakıya verməyə məcbur olacaq" - Erməni politoloqdan SENSASİON AÇIQLAMA
"Bakının parlaq siyasi addımı İrəvanı Ermənistan ərazisində olan bütün hərbi cinayətkarları qeyd-şərtsiz Azərbaycan tərəfinə verməyə məcbur edəcək".
KONKRET.az xəbər verir ki, bu sözləri erməni erməni politoloq Benyamin Matevosyan deyib.
O bildirib ki, həmin cinayətkarlar Serj Sarkisyan, Robert Köçəryan, Seyran Ohanyan, Samvel Babayan, Vitali Balasanyan və başqalarıdır.
"Necə izah edəcəyəm… Ermənistanın siyasi təbəqəsi nə baş verdiyini yaxşı başa düşmədi: Bakı niyə Arkadi Qukasyanı, Bako Saakyanı, David Babayanı, David Manukyanı və Ruben Vardanyanı saxladı? Azərbaycanın məqsədi onlardan "Artsaxın dövlət-hüquqi quruluşu"nun formalaşmasında Ermənistanən rolu, habelə İrəvanın qərarların qəbulu mərkəzi olması barədə aydın sübutlar əldə etməkdir. Bu, Ermənistandan təzminat tələb etməyə imkan verəcək. Onlar həmçinin Ermənistanın müxtəlif illərdəki siyasi rəhbərliyinin Azərbaycana ekstradisiya edilməsini və ya hansısa formada hərbi cinayətkar kimi cəzalandırılmasını tələb edəcəklər", – deyə erməni Matevosyan bildirib.
Erməni politoloq əlavə edib ki, Bakının bunu etmək üçün qanuni hüququ var.
Günel Mikayılova,
KONKRET.az

"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
Məşhur aktrisa vəfat etdi
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Ərdoğan sabah Qarabağa gəlir
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
Azərbaycanda 'xruşşovka'ların sökülməsinə hazırlıq gedir?
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Leyla və Arzu Əliyevalar 'Tut Əlimdən' Uşaq Reabilitasiya Mərkəzini ziyarət ediblər
Bir yaş fərqinə görə bütün güzəştlərini itirə bilərlər: Tələbələrin hüquqları sual altında
Şahbuza qar yağır
İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO
Kassaya çatana qədər cibimizə girirlər: Marketlərdəki tələ