"İrəvan "olum və ölüm' arasında seçim etməyə məhkumdur" – Praqa görüşünün PƏRDƏARXASI

Xəbər verdiyimiz kimi, ötən gün Praqada Avropa Siyasi Birliyi liderlərinin sammiti keçirilib. Zirvə görüşü çərçivəsində Paşinyanın Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ikitərəfli, Azərbaycan Prezidenti İlham Əliyev, Fransanın dövlət başçısı Emmanuel Makron və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə dördtərəfli görüşü baş tutub.
Bu tarixi görüş mühüm nəticələrlə yadda qalıb.
Milli Məclisin deputatı Bəhruz Məhərrəmov azxeber.com-a açıqlamasında sözügedən görüşlə bağlı detallardan danışıb.
O, qeyd edib ki, Bakı ilə İrəvan arasında yekun sülh müqaviləsi üzrə ciddi irəliləyiş olsa, birlik üçün ən uğurlu debüt ola bilər:
"Azərbaycan Prezidenti və Ermənistanın Baş nazirinin növbəti görüşünün yeni bir institut kimi formalaşdırılan "Avropa siyasi birliyi" Zirvə Toplantısında reallaşması ciddi perspektivlər vəd edir. Çünki yeni siyasi dialoq platforması kimi yaradılmış və özünü təsdiqə ehtiyacı olan Avropa siyasi birliyinin ilk toplantısında Bakı ilə İrəvan arasında yekun sülh müqaviləsi üzrə ciddi irəliləyiş, yaxud razılıq əldə olunsa, bu birlik üçün ən uğurlu debüt ola bilər. Bu mənada cənab İlham Əliyev doğru zamanı və məkanı seçməklə nəyi nə zaman etməyi bildiyini bir daha nümayiş etdirdi". 
Deputat qeyd edib ki, İrəvan bundan sonra "olum və ölüm" arasında seçim etməyə məhkumdur:
"Amma açığı ötən dövrün təcrübəsi Ermənistanın könüllü olaraq bu imkanı anlayıb sülh üçün iradə nümayiş etdirəcəyinə ciddi şübhələr yaradır. Xüsusən də, 12-14 sentyabr sərhəd təxribatından sonra antiazərbaycan koalisiyasının fəallaşmasından eyforiyaya düşən İrəvan məhvə doğru getdiyinin fərqinə daha az varmağa başladığı şəraitdə. Amma aydındır ki, 44 günlük müharibə və sonrakı dövrdə hərbi qarşıdurmalar nəticəsində regionda əməliyyat şəraitinin tam şəkildə bizim əsgərin nəzarətində olması, Azərbaycanın artan hərbi-siyasi gücü və Avropanın enerji təhlükəsizliyi üzərində güclənən təsir imkanı, ən əsası isə cənab İlham Əliyevin şəxsi nüfuzu İravana manevr imkanları verməyəcək. Yəni cənab İlham Əliyev elə siyasi konfiqurasiya formalaşdırıb ki, istənilən halda zaman lehimizə işləyir. İrəvan bundan sonra "yaxşı və daha yaxşı" arasında yox, "olum və ölüm" arasında seçim etməyə məhkumdur.
İkincisi, 10 noyabr bəyanatı ilə götürdüyü öhdəlikləri icrasından yayınmaqla kapitulyasiya aktının qarantoruna etdiyi hörmətsizlikdən sonra, İrəvanın Avropa Birliyinə də eyni münasibəti sərgiləmək kimi şansı yoxdur. Brüssel prosesi İrəvan üçün faktiki son xilas imkanıdır və bu mənada Paşinyan ilk növbədə elə erməni xalqının maraqları naminə daxildəki revanşistlərə və diaspora tərəfindən idarə olunan siyasiləşmiş terror təsisatlarına maksimum dirəniş göstərməli, yeri gəldikcə qətiyyətlə güc tətbiq etməkdən çəkinməməlidir ki, Praqada əldə olunan ilkin razılaşmalar üzrə irəliləmək mümkün olsun". 
"Azərbaycanın mövqeyi isə gördüyünüz kimi qətidir, danışıqlarda daxili məsələlərimiz, o cümlədən Qarabağ iqtisadi rayonunda yaşayan ermənilərin məsələsi müzakirə mövzusu deyil. Proses yalnız Ermənistanla yekun sülh müqaviləsi, siyasi münasibətlərin normallaşması, sərhədlərin delimitasiya və demarkasiyası, qarşılıqlı tanınmasını istiqamətində aparılır. Açıq demək lazımdır ki, Praqada əldə olunan ilkin nəticələr bu dəfə real sülhə daha yaxın olduğumuzu göstərir", - deyə deputat əlavə edib.
Politoloq Tural İsmayılov azxeber.com-a açıqlamasında Paşinyanın diqqətçəkn məyus durumu haqqında fikirlərini bildirib.
O, qeyd edib ki, Ermənistan regionda yaratdığı gərginliyin acısını indi özü çəkməklə məşğuldur:
"Paşinyanın bütün iqtisadi və siyasi manevr imkanları tükənib. Ermənistan dövləti özü də fərqindədir ki, onun imkanları qalmayıb. Ermənistan regionda yaratdığı gərginliyin acısını indi özü çəkməklə məşğuldur. Ölkədə demək olar ki, iqtisadi xaos durumundan heç bir çıxış planı yoxdur. Ümumiyyətlə, müxalifətin özü belə hansısa alternativ proqramlarla çıxış edə bilmir. Ermənistanı hər gün tərk edən vətəmndaşların sayında kifayət qədər artımlar var. Belə olan halda Ermənistanın yeganə qurtuluş yolu, mövcudluq vasitəsi yalnız Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaqdan ibarətdir. Ona görə də Paşinyan hazırda nə edəcəyini bilməyəcək bir durumdadır. Bu görüşdən sonra Rusiyada baş tutacaq MDB dövlət başçılarının sammitində də Paşinyan çətin vəziyyətdə olduğunu bir daha nümayiş etmiş oldu. Hesab edirəm ki, bu gün Paşinyanın Praqda üzgün görünməyinin ən böyük səbəblərindən biri Ermənistanın demək olar ki, bütün diplomatik sahələrdə məğlubiyyətə uğramasının üz ifadələrində yansımağı ilə nəticələnir".
"İstənilən halda Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması ilə bağlı ciddi addımlar atılmalıdır. Artıq xarici işlər nazirləri səviyyəsində biz mütəmadi görüşlərin şahidi olacağıq", - deyə politoloq əlavə edib.
Aydın Nuri,
Yazı Medianın İnkişafı Agentliyinin yardımı ilə "İctimai və dövlət maraqlarının müdafiəsi" mövzusu üzrə dərc olunub.

Siyasi       Tarix: 08 oktyabr 2022
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Prezidentdən "AzerGold"la bağlı - Sərəncam

"AzerGold" QSC-nin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 fevral tarixli 2515 nömrəli Sərəncamında dəyişiklik edilib. Bununla bağlı Preziden

"Bunları etməsəydik, bəzi ölkələr kimi qapı-qapı gəzib gərək kiməsə ağız açaydıq

"Bir daha demək istəyirəm, bu 20 il ərzində görülmüş işlər imkan verdi ki, biz əsas infrastruktur layihələrimizi icra etdik. O vaxt xaricdən həm təbii qaz, həm də elektrik enerjisi alırdıq". xəbər verir ki, bu sözlər

Ermənistan-Azərbaycan sərhədi ilə bağlı MÜHÜM AÇIQLAMA

Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası üzrə işlər tezliklə bərpa olunacaq. KONKRET.azxəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan bildirib. O, işlərin nə vaxt başlayacağını dəqiqləşdirməyib

Siyasi şərhçi: "10 noyabr" Bəyanatının icrasında ciddi problemlər qalırdı

"İkinci Qarabağ müharibəsi nəticəsində  imzalanan 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatdan sonra Ermənistanın atdığı addımlar göstərirdi ki, razılaşmaların icrası ilə bağlı ciddi problemlər qalır. Bəyanatı

1 saat danışdılar - Lavrov və Rubio nəyi müzakirə etdi?

Nyu-Yorkda Rusiya xarici işlər naziri Sergey Lavrov ilə ABŞ Dövlət katibi Marko Rubio arasında təkbətək danışıqlar başa çatıb. "RİA Novosti"yə istinadən xəbər verir ki, diplomatik görüş təxminən bir saat davam edib

Ermənilər Kərkinin Azərbaycana qaytarılmasının əleyhinə çıxdı – 59 faiz "yox" deyir

Ermənistanda keçirilən sorğu zamanı respondentlərin əksəriyyəti Azərbaycanın Sədərək rayonunun 1990-cı ilin yanvarında işğal olunan Kərki (ermənilər "Tiqranashen" adlandırır-red.) kəndini "erməni yaşayış məntəqəsi"

Azərbaycan Prezidenti Estoniyanın yeni səfirini qəbul etdi - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 23-də Estoniya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Tiina Nirki qəbul edib. xəbər verir ki, səfir etimadnaməsini dövlə

İlham Əliyev bu şirkətlərin rəhbər şəxslərini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 24-də Çinin "01.AI" və "Sinovation Ventures" şirkətlərinin baş icraçı direktoru Kei-Fu Lini, İtaliyanın "TEHA Group" şirkətinin Beynəlxal

2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək

Azərbaycan Respublikasının 2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, Azərbaycan Respublikasının 2027-ci il və sonrakı üç il üzrə iqtisadi və sosia


azerbaycan xeberleri son xeberler yeni xeberler bu gunun xeberleri sosial yardim son xəbərlər