İrəvan özünə yeni problem yaradıb - Aldığı silahlar "susacaq" - İLGİNC FAKTLAR

İrəvan özünə yeni problem yaradıb - Aldığı silahlar 30 il Azərbaycan ərazilərini işğal altında saxlayan Ermənistanın silah arsenalındakı bütün hərbi sursatlar və döyüş texnikaları Rusiya istehsalıdır. 3 il əvvəl Vətən müharibəsi zamanı Rusiya silahlarının bir-birinin ardınca sıradan çıxarılmasından sonra müttəfiqinin hərbi arsenalına etibarını itirən Ermənistan yeni silah bazarına üz tutmağa çalışır. Düzdür, onların Hindistanla anlaşmaları baş tutub və Hindistan İran üzərindən Ermənistana müxtəlif növ döyüş texnikaları göndərir. Deməli, silah arsenalını təzələyən Ermənistanın hədəfləri var və bunun üçün silahlanmaya miyonlarla dollar vəsait xərcləyir. Üstəlik Fransayla silah sazişinin imzalanması göstərir ki, Ermənistan dinc oturmaq fikrində deyil. Ermənistanın bu addımları Rusiyanı da qıcıqlandırır. Ermənistanda isə Rusiya və Qərb silahlarının üstünlükləri və çatışmazlıqları müzakirə olunur.
KTMT-nin üzvü olan və Rusiyanın forpostu hesab edilən Ermənistan daha Rusiyaya və onun silahlarına güvənmir. Ermənistanda hesab edirlər ki, Rusiya onları döyüş meydanında tək qoyub. Biabırçı məğlubiyyətlərində Rusiyanı ittiham edən ermənilər müttəfiqlərindən küsüblər və ona görə də əzəli torpaqları Hindistana üz tutublar. Öz əcdadlarına əl açan ermənilərin yalvarışı da nəticəsiz qalmayıb. Rusiya Hindistanın Ermənistana silah satmasını normal qarşılasa da, Fransanın Cənubi Qafqaza soxulmaq cəhdini həzm edə bilmir. Çünki Fransa hərbi-siyasi sahədə Rusiyanın əsas rəqibidir və eyni zamanda NATO ölkəsidir. Rusiyanın dağılması üçün çalışan hərbi alyansın aparıcı qüvvəsidir. Rusiyanın qəzəbinə tuş gələn erməni siyasi dairələri mənasız açıqlamalar verməklə məsələni yumşaltmağa çalışırlar. Ermənistan baş naziri Nikol Paşinyan İtaliyanın "La Repubblica" qəzetinə müsahibəsində deyib ki, "Bu gün Rusiyanın özünün silaha ehtiyacı var və biz hesab edirik ki, müttəfiqimiz Ermənistanın təhlükəsizlik sahəsindəki ehtiyaclarını ödəyə bilməyəcək". Paşinyanın açıqlaması onun növbəti manipulyasiyasından xəbər verir.
Paşinyan Rusiyanın özünün silaha ehtiyacının olduğunu bəhanə gətirərək silah bazarında yeni partnyorlar axtarır. Paşinyan deyir ki, İrəvan bununla təhlükəsizliyini şaxələndirir. İndiyədək Ermənistanın Hindistandan aldığı artilleriya və raket sistemləri barədə dəfələrlə məlumat verilib. Onların bəzilərinin artıq sifarişçiyə çatdırıldığı da bəllidir. Bu yaxınlarda Fransa Ermənistana zenit müdafiə sistemlərini, o cümlədən 3 ədəd GM200 tipli radar və qısa mənzilli "Mistral" raket buraxılış qurğusunu göndərəcək.
KONKRET.az xəbər verir ki, rusiyalı ekspert Dimitri Trenin bildirib ki, silah almazdan əvvəl sistemin hansı düşmən üçün nəzərdə tutulduğunu nəzərə almaq lazımdır:
İrəvan özünə yeni problem yaradıb - Aldığı silahlar "Ermənistan Azərbaycanı özünə düşmən hesab edir. Deməli, Fransa və Hindistandan hansı silah sistemlərini alacağını, Azərbaycanla toqquşma şəraitində bu silahlardan necə istifadə edəcəyini düşünmək lazımdır. Hindistan və Fransa silahları Ermənistanın istifadəsində olan Rusiya silah sistemləri ilə necə qarşılıqlı əlaqə yaradacaq? Deməli, burada çoxlu suallar var. Cənubi Qafqazdakı hərbi əməliyyatlar digərlərindən çox fərqlənir.
Rusiyalı daha bir hərbi ekspert Dimitri Stefanoviç isə əmindir ki, NATO ölkələrinin silahları və hərbi hazırlığı Qərb təbliğatının iddia etdiyi kimi Rusiyadan heç də üstün deyil. Bundan əlavə, Qərb ölkələri silah qıtlığı sarıdan korluq çəkir. Əgər silahlardan danışırıqsa, Rusiya daha yaxşı vəziyyətdədir, çünki onun ərazisində bütün silah nomenklaturasının və onun komponentlərinin praktiki olaraq tam istehsalı var. Eyni zamanda, 2022-ci ilin fevralından bəri Ukrayna ordusu Qərbin üçüncü silah dəstini məhv edir.
Rusiya Hərbi Hava Qüvvələrinin fəaliyyətini şərh edən digər hərbi ekspert Valeri Şiryayev Ukraynadakı hərbi əməliyyatların təcrübəsinə diqqət yetirib: "Yaxın Şərqdə ABŞ aviasiyanın xeyrinə ordunun zenit müdafiəsini inkişaf etdirməkdən imtina etdi. Rusiya bundan imtina etməyib. İndi amerikalıların əlində "Şahin"dən başqa heç nə qalmayıb. Onlarda Patriot raketləri və hər şey var".
İrəvan özünə yeni problem yaradıb - Aldığı silahlar Ermənistana Qərb silahlarının tədarükü ilə bağlı sualı cavablandıran təhlükəsizlik mütəxəssisi bununla bağlı problemlərin olacağını cavablandırıb. Ekspert vurğulayıb ki, bu gün Qərb Ukraynayla yanaşı Yaxın Şərqi də silahla təhciz edir. Deməli, silaha tələb artıb və NATO ölkələri yeni növ hərbi texnikanı və silah növünü nümayiş etdirmir. Deməli, onların silah istehsalında durğunluqdur. Ermənistanda təhlükəsizlik sahəsində mütəxəssislər azdır. Qərbin Ermənistana göndərdiyi silahlarla bacaran, onları idarə edə bilən mütəxəssis demək olar ki, yoxdur. Peşəkarlıq səviyyəsinə görə Ermənistan-Fransa silah müqaviləsinin müsbət və mənfi tərəflərini ətraflı və dərindən qiymətləndirməyi bacaranlar isə susmağa və ya ad çəkmədən danışmağa üstünlük verirlər.
İrəvan özünə yeni problem yaradıb - Aldığı silahlar "Mən başa düşə bilmirəm ki, Ermənistan aşağı hündürlükdəki hədəfləri vura bilən üç Fransa radarının və daşınan zenit-raket komplekslərinin alınması ilə bağlı niyə belə hay-küy qaldırıb? Bunu isə Dimitri Stefanoviç deyib: "Onları rus analoqları "İqla" və "Verba" ilə müqayisə etmək olar. Radarlara gəlincə, etibarlı örtük yoxdur və bunlar elektron müharibə sistemləri, hava hücumundan müdafiə raketlərinin, aviasiyanın asan hədəfinə çevriləcəklər. Bunlar yalnız hədəfləri aşkar etməyə qadir olan radarlardır, onları məhv etmək iqtidarında deyil".
Vəli Həsənov
KONKRET.az

Siyasi       Tarix: 31 oktyabr 2023
f Paylaş

Oxşar xəbərlər

Bu gün Azərbaycanda Zəfər Günüdür

Bu gün Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı tarixi Qələbənin altıncı ildönümü - Zəfər Günü qeyd olunur. xəbər verir ki, Zəfər Günü Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin 2020-c

Prezident qanuna dəyişiklikləri təsdiqlədi

Azərbaycan Prezidenti İlham Əliyev "Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələri"nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanununu imzalayıb. xəbər verir ki, Milli Məclis tərəfində

DİN: 6 ildir Zəfərin Qüruru ilə yaşayırıq

Daxili İşlər Nazirliyi Zəfər Günü ilə bağlı təbrik paylaşıb. -un verdiyi xəbərə əsasən, təbrikdə deyilir:. "6 il əvvəl işğaldan azad olunmuş torpaqlarda tarixin ən şərəfli səhifəsi yazıldı. 44 günlük Zəfər yürüşünd

Azərbaycan xalqı bir yumruq kimi birləşmişdi – Prezident

Azərbaycan xalqı 44 günlük Vətən müharibəsi zamanı bir yumruq kimi birləşmişdi. xəbər verir ki, bunu Prezident İlham Əliyev noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli və Cəbrayıl rayonunun Soltanlı kəndlərinə köçən sakinlərl

Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır

ABŞ Prezidenti Donald Tramp administrasiyası Ukrayna və Yaxın Şərqdəki münaqişələrin həlli üçün diplomatik səyləri intensivləşdirib. xəbər verir ki, bu barədə "The Washington Post" qəzetinin köşə yazarı Devid İqnatiu

Sahibə Qafarova Qazaxıstana səfər edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstana işgüzar səfərə gəlib. Bu barədə Milli Məclisə istinadən xəbər verir. Məlumata görə, Astana şəhərinin Nursultan Beynəlxalq Aeroportunda Milli Məclisin sədrini Qazaxıstan Qurultayını

Prezident və xanımı Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında - FOTOLAR

 "Azərsun Holdinq"in müşahidə şurasının sədri Tahir Gözəl dövlət başçısına və birinci xanıma müəssisə barədə məlumat verdi. Bildirildi ki, Holdinq tərəfindən Şərqi Zəngəzur iqtisadi rayonunda yaradılan bu müəssisəd

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı 

ABŞ, Azərbaycan və Ermənistan hökumətləri Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) həyata keçirilməsini sürətləndirmək məqsədilə üçtərəfli texniki planlaşdırma qruplarının fəaliyyətinə başlayıblar. -a istinadə

XİN: 8 Noyabr xalqın milli birliyinin, sarsılmaz iradəsinin, əzminin və Vətənə bağlılığının rəmzidir

8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən birini təşkil edir. Bu əlamətdar gün 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin, xalqımızın mill


azerbaycan xeberleri son xeberler yeni xeberler xeber.az bu gun cəbhədən son xəbər cəbhədən son durum axsam.az xeberler