İrəvanda partiya lideri Putinə "qatil" deyən rusla dalaşdı - DETALLAR
Ermənistan Kommunist Partiyasının birinci katibi Yerjanik Kazaryan ötən həftə İrəvandakı Rusiya səfirliyi qarşısında Rusiya prezidentini təhqir edən vətəndaşla mübahisə etdiyi üçün polis tərəfindən saxlanılıb.
KONKRET.az xəbər verir ki, bu insident haqda informasiyanı Kommunist Partiyası yayıb.
Söhbət uzun müddət təkbaşına Rusiya səfirliyi qarşısında piket keçirən Ermənistan vətəndaşı ilə Yerjanik Kazaryan arasındakı davadan gedir.
Birinci katibin "səbirsizliyinə" səbəb piketçinin əlində Vladimir Putinin ünvanına təhqir və Rusiyanı Ermənistanın milli maraqlarına xəyanətdə ittiham edən şüar olub.
"Maraqlıdır ki, bu vətəndaş sanki hər gün plakatla səfirliyə işləməyə gəlir. Onun əlində rus, erməni və ingilis dillərində "Mən rusam, Putin isə qatildir" yazısı olan plakat olub. Eyni zamanda, o, heç bir arqument gətirməyib. Hərəkətlərinin qanunauyğunluğunu və ardıcıllığını Ermənistan ərazisində yerləşən Qərb mərkəzlərindən maliyyələşmə ilə izah etmək olar. Lakin həmin şəxs posterin təxribat xarakterli məzmunu ilə məhdudlaşmayaraq, Qarabağ məsələsində rusların günahkar olduğunu bildirərək, erməni ictimaiyyətini də çaşdırmağa çalışıb.
Ermənistan Kommunist Partiyasının lideri ona yalan və saxtakarlığa əsaslanan hərəkətlərinin Ermənistan əhalisinin böyük əksəriyyətinin fikri ilə üst-üstə düşmədiyini deyib. Nəticədə qarşıdurma baş verib, Kazaryan plakatı cırıb, bundan sonra təxribatçının ifadəsi əsasında saxlanılıb.
Polis bölməsində erməni kommunistlərinin lideri ətraflı izahat verib və müddət bitdikdən sonra sərbəst buraxılıb", deyə mesajda bildirilir.
Roman Göytürk,
KONKRET.az

İlham Əliyev Tom Berendseni qəbul etdi
3 ölkə rəsmisi Tehranda toplaşacaq
İlham Əliyev Avstriya prezidentini təbrik etdi
Berendsen Azərbaycandan Ermənistana gedəcək
Azərbaycan və İƏT gələn il Bakıda keçiriləcək sammitə hazırlığı müzakirə edib - Yenilənib
Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR
Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib
Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti
Millimiz İsrail yığmasını məğlub etdi – FOTOLAR
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin
Futbol əfsanəsi Samuel Eto'O Bakıya gəldi
İstanbul derbisində sevinən tərəf "Qalatasaray" oldu
"Qarabağ" - "Dinamo Zaqreb" matçının baş hakimi açıqlandı
Banklar kimlərə aşağı faizlə kredit verir? – Əsas şərt
Əkrəm Həsənovdan xəbərdarlıq: "Azərbaycanı ağır illər gözləyir"