İrəvanda VƏTƏNDAŞ SAVAŞI: Paşinyan Sarkisyanla görüşdü və... - VİDEO (YENİLƏNDİ)

İrəvanda VƏTƏNDAŞ SAVAŞI: Paşinyan Sarkisyanla görüşdü və... - VİDEO (YENİLƏNDİ)Ermənistan prezidenti Armen Sarkisyan baş nazir Nikol Paşinyanla görüşüb.
Publika.az xəbər verir ki, bu barədə Ermənistan prezidentinin administrasiyası məlumat yayıb.
Bildirilib ki, görüşdə ölkədəki mövcud vəziyyət onun həlli yolları, həmçinin siyasi böhrandan çıxmaq yolları müzakirə olunub. Bu çərçivədə həll yollarından biri olaraq erkən parlament seçkilərinin keçirilməsi məsələsi gündəmə gətirilib.
Bu arada, Vətənin Xilası Hərəkatının koordinatoru İşxan Saqatelyan baş nazirlə prezidentin görüşündən heç bir gözləntiləri olmadığını açıqlayıb. O, hərəkatın mövqeyini bir daha təsdiqləyib: baş nazirin istefası və parlamentin buraxılması, sonra erkən seçkilər: "Bunun heç bir effekti olmayacaq və heç bir şeyə təsir etməyəcək. Başqa bir uydurma və nümayişkaranə görüşdür. Bu görüş zamanı vəziyyətdən çıxış yolları axtarmırlar. Bu, baş qərargahda gördüyümüz şounun davamıdır".
Müxalifətçi hesab edir ki, bu görüş yalnız bir məqsədi güdür: vətəndaşların diqqətini daxili siyasi gündəmdən yayındırmaq.
***
İrəvanın mərkəzində vəziyyət kəskinləşib.
Publika.az xəbər verir ki, prezident iqamətgahının xidmət girişinə aparan Zurabyan küçəsində Vətənin Xilası Hərəkatının tərəfdarları ilə polis əməkdaşları arasında zaman-zaman qarşıdurmalar olur.
Hüquq mühafizəçiləri fəalları dağıtmağa çalışır. Vətəndaşlardan birinin yaralandığı bildirilir, ancaq bunun nə qədər ciddi olduğu hələ dəqiqləşməyib.
Aksiyaçılar "Nikol xain" və "Nikol, get" şüarları səsləndirir və hüquq-mühafizə orqanlarının əməkdaşlarını güc tətbiq etməməyə çağırırlar. Bölgəyə yeni asayiş keşikçiləri göndərilir.
***
12:40
Vətənin Xilası Hərəkatının Xarici İşlər Nazirliyinin binası qarşısındakı etiraz aksiyası sona çatıb.
Publika.az xəbər verir ki, etirazçılar Baqramyan prospektindəki prezident iqamətgahına doğru irəliləyir.
Onların niyyəti baş nazir Nikol Paşinyanla prezident iqamətgahında görüşmək və onun yolunu bağlamaqdır.
Qeyd edək ki, Ermənistan prezidenti Armen Sarkisyanın baş nazir Nikol Paşinyanla bu gün siyasi məsləhətləşmələr çərçivəsində görüşəcəyi açıqlanmışdı. Etirazların təşkilatçılarından biri, Daşnaksütyun partiyasının gənclər qanadının nümayəndəsi Gerasim Vardanyanın verdiyi məlumata görə, baş nazir saat 15:00-da prezidentlə görüşəcək.
***
Müxalif Vətənin Xilası Hərəkatının baş nazir Nikol Paşinyana qarşı planı baş tutmayıb.
Publika.az xəbər verir ki, saat 12:30-da Xarici İşlər Nazirliyinin binasında görüşü nəzərdə tutulan Paşinyan lazımi vaxtdan 1 saat əvvəl gəlib. Beləliklə, müxaliflər onun yolu nubağlaya bilməyib.
Hərəkatın sözçüsü Qor Sarkisyan bildirib ki, Paşinyan hətta onu qoruyan yüzlərlə polisə etibar etmir və buna görə görüşə vaxtından əvvəl gəlib.
Müxalifət Paşinyanın Xarici İşlər Nazirliyindəki görüşünün davam etdiyindən əmin olmadığına görə onun Xarici İşlər Nazirliyinin binasını tərk etməsini gözləməyə qərar verib.
Qeyd edək ki, hazırda Xarici İşlər Nazirliyinin binası qarşısında onlarla etirazçı var. onlar Ermənistan Xarici İşlər Nazirliyinin binası hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən mühasirəyə alınıb. Binanın damında snayperlər var.
İrəvanda VƏTƏNDAŞ SAVAŞI: Paşinyan Sarkisyanla görüşdü və... - VİDEO (YENİLƏNDİ)***
Ermənistan Xarici İşlər Nazirliyinin binası yüzlərlə polis tərəfindən mühasirəyə alınıb.
Publika.az erməni mediasına istinadən xəbər verir ki, baş nazir Nikol Paşinyan Xarici İşlər Nazirliyinin əməkdaşlarını Ermənistanda 2 martda qeyd olunan Diplomatik İşçi Günü münasibətilə təbrik etmək üçün gələcək.
Media nümayəndələri də daxil olmaqla, heç kimin Xarici İşlər Nazirliyinin binasına yaxınlaşmasına icazə verilmir, binaların damlarında snayperlər müşahidə aparır.

***
10:53
Ermənistanın müxalifət qüvvələrindən ibarət Vətənin Xilası Hərəkatının növbəti kütləvi mitinqi keçiriləcək.
Publika.az xəbər verir ki, baş nazir Nikol Paşinyanın istefasını tələb edən etirazçılar Xarici İşlər Nazirliyinin binası qarşısına toplaşacaq.
N.Paşinyanın bu gün saat 12:30-da Xarici İşlər Nazirliyinin inzibati binasında görüşü planlaşdırılıb. Müxaliflər baş naziri qabaqlayaraq saat 12:00-da aksiyanı başlatmaq niyyətindədir.
Aksiyanın əsas şüarı ənənəvi "Nikolsuz Ermənistan"dır.
Zümrüd
Tweet

Dünya       Tarix: 13 mart 2021
f Paylaş

Oxşar xəbərlər

İranda son sutkada koronavirusdan 41 nəfər öldü

İranda ötən sutka ərzində 1 510 nəfər koronavirusa (COVID-19) yoluxub, 41 nəfər ölüb. xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib. Bununla da İranda bu virusdan ölənlərin sayı 131 68

Çində GÜCLÜ ZƏLZƏLƏ: xəsarət alanlar var

Çinin cənub-qərbindəki Yunnan əyalətində 5,5 bal gücündə zəlzələ qeydə alınıb. xəbər verir ki, bu barədə Çinin Seysmoloji Mərkəzi məlumat yayıb. Zəlzələnin episentri Ninlan vilayətində, ocağı isə 10 km dərinlikdə yerləşib

İsrail ordusu Qəzza zolağında Həmas-ın hədəflərinə zərbələr endirdi

İsrail ordusu Qəzza zolağında "Həmas" hərəkatının hədəflərini vurmaq üçün təyyarə və tanklardan istifadə edib. xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti bildirib. Məlumata əsasən, zərbələr "Həmas"ı

NATO-Rusiya Şurasının iclası bu tarixdə keçiriləcək

Rusiya-NATO görüşü yanvarın 12-də keçiriləcək. xəbər verir ki, bu barədə "Röyters" agentliyi Şimal Alyansının rəsmi nümayəndəsinə istinadən məlumat yayıb. Görüşün yeri məlum deyil, lakin bunun münasibətlərin aydınlaşmas

Səudiyyə Ərəbistanı yeni ili qarla qarşıladı

Səudiyyə Ərəbistanının Tabuk regionunun sakinləri Yeni ilin ilk gününü xoş sürprizlə qarşılayıblar. rəsmi SPA agentliyinə istinadla xəbər verir ki, Cəbəl Əl-Ləvz bölgəsinə yağan qar krallığın vətəndaşlarını bu bölgəyə cəl

Qara dənizdən Rusiyaya BÖYÜK HÜCUM SSENARİSİ ortaya çıxdı: F-35-lər

Çinin "Sohu" portalının köşə yazarı Qara dənizdən ən son ABŞ-ın F-35 qırıcılarının kütləvi hava hücumuna Moskvanın mümkün cavabını proqnozlaşdırıb. xəbər verir ki, müəllif ABŞ və NATO-nun qoşunlarını Rusiyanın cənu

Məhkəmədən İranın vurduğu sərnişin təyyarəsi ilə bağlı qərar

Kanada məhkəməsi 2020-ci ildə Tehran yaxınlığındakı təyyarə qəzasında həlak olan 6 nəfərin ailələrinə 84 milyon dollar təzminat müəyyənləşdirib. "Milliyet"ə istinadla xəbər verir ki, Ontario əyalətinin Ali Ədalə

Bayden rekord dərəcədə reytinqi itirdi

ABŞ prezidenti Cozef Baydenin reytinqi rekord dərəcədə aşağı düşüb. xəbər verir ki, bu barədə "NBC" telekanalının dərc etdiyi sorğunun nəticələrində deyilir. Sorğunun nəticələrinə əsasən, Cozef Baydeni ABŞ vətəndaşlarını

Ermənistan Azərbaycana görə Zəngəzurun mərkəzini dəyişir

Ermənistan hökuməti Zəngəzur (erməni dilində Sünik) bölgəsinin mərkəzini Qafan şəhərindən Sisian (Qarakilsə) şəhərinə köçürmək istəyir. xəbər verir ki, Ermənistan mediası hazırda bununla bağlı müzakirələrin getdiyini yazır


son xeberler azerbaycan xeberleri yeni xeberler krimnal bugun en yeni xeberler son xabar krminal bu gun