İrəvandakı aksiyalar həm də Putinə qarşıdır - Rusiyalı jurnalist

İrəvandakı aksiyalar həm də Putinə qarşıdır - Rusiyalı jurnalistKiril Krivoşeyev: "Müxalifətçilər deyir, Paşinyan ona görə satqındır ki…"
Ermənistan müxalifəti iyunun 15-də dayandırdıqları aksiyanı yenidən bərpa etdir. Bu dəfə onlar həftədə bir dəfə Paşinyan hökumətinin əleyhinə aksiya keçirəcəklərini bəyan ediblər. "Kommersant" qəzetinin xarici siyasət şöbəsinin əməkdaşı Kiril Krivoşeyev Ermənistandakı vəziyyətə dair sualları cavablandırıb.
– Baş nazir Nikol Paşinyanın əleyhdarlarının aksiyalarının əsl motivi iddia edildiyi kimi, Qarabağın taleyidirmi?
İrəvandakı aksiyalar həm də Putinə qarşıdır - Rusiyalı jurnalist– Müxalifət ilk növbədə diqqəti özünə cəlb etməyə çalışır. Mənə elə gəlir etirazçılar başa düşürlər ki, Qarabağdakı vəziyyəti 2020-ci il müharibəsindən əvvəlki vəziyyətə qaytarmaq mümkün deyil. Bu, qeyri-realdır. Bu halda, Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması da heç bir nəticə verməyəcək, çünki Ermənistan tərəfinin 2020-ci il noyabrın 9-da imzaladığı saziş var. Bu və ya digər şəkildə bunu həyata keçirmək lazım gələcək, çünki əks halda, Vladimir Putinə qarşı çıxmalı olacaqlar. Bu, hər siyasətçinin qəbul etməyəcəyi cəsarətli qərardır. Üstəlik, Rusiya prezidentinin yaxın dostu kimi tanınan Robert Köçəryan da buna razı olmayacaq.
Ermənistanın fəal siyasət meydanında ən radikal vətənpərvər dairələri təmsil edənlər təxminən 25 faizdir. Baş verənlərlə razılaşmadıqlarını hər yerdə bildirirlər, amma bunun müqabilində təklif edəcəkləri heç nə yoxdur da. Onlarla nəyə nail olmağa çalışdıqlarından danışanda, o zaman Qarabağın itirilmiş ərazilərini geri qaytarmaq üçün qisas almaq barədə qeyri-müəyyən söhbətlərə başlayırlar. Bütün bunlar çox qeyri-real görünür və müxalifətin gözlədikləri geniş xalq dəstəyini almamasının səbəbi bundan qaynaqlanır. Əgər məğlubiyyət hissinin ən güclü olduğu 2021-ci ilin yanvarında-Qarabağda öldürülən ermənilərin dəfnləri hələ davam etdiyi bir vaxtda- emosional partlayış Paşinyanı devirmək üçün yetərli deyildisə, o zaman niyə indi etirazlar partlayışı baş verməlidir ki? İnqilabın başlaması üçün hər hansı "informasiya partlayışı"olmalıdır. İndi isə belə səbəb yoxdur. Moskva və Brüsselin dəstəyi ilə Azərbaycanla danışıqlar prosesi gedir, erməni vətənpərvərləri doğrudan da hiddətləndirəcək heç bir sarsıdıcı xəbər yoxdur.
İrəvandakı aksiyalar həm də Putinə qarşıdır - Rusiyalı jurnalistMüxalifətçilər deyir, Nikol Paşinyan ona görə satqındır ki, birincisi, Dağlıq Qarabağ ətrafındakı rayonların bir hissəsinin Azərbaycana qaytarılmasına razılıq verib, ikincisi, Qarabağın Azərbaycanın tərkibində statusunu müzakirə etməyə başlayıb. Paşinyan öz imkanları sahəsində hərəkət edir. O, Ermənistanın maraqlarını onun çərçivəsində müdafiə edir. Onun fiziki olaraq edə biləcəyi başqa bir şey yoxdur. Robert Köçəryanın rəhbərlik etdiyi müxalifət nə edə bilər? Heç nə. Bunun alternativi 9 noyabr 2020-ci il tarixli razılaşmanın tamamilə pozulmasıdır ki, bu da Rusiya ilə münaqişə, gələcəkdə isə yeni müharibə deməkdir.
– Əgər mənzərə hər kəsə aydındırsa, Paşinyanın rəqibləri niyə əbəs yerə zaman və enerji sərf edirlər?
– Mənə elə gəlir ki, bu, müxalifətin özünü unutdurmamaq cəhdidir. Növbədənkənar parlament seçkilərində onlar yerlərin bir hissəsini qazanıb.
İrəvandakı aksiyalar həm də Putinə qarşıdır - Rusiyalı jurnalistRobert Köçəryan və Serj Sərkisyanın başçılıq etdiyi köhnə elita 2018-ci ildə ağır məğlubiyyətdən sonra parlamentə qayıdıb. Onlar yerlərin təxminən dörddə birini tutdular və bir neçə siyasi blok yaratdılar. Bu, ölkədə vəziyyətə təsir göstərməyə yetərli deyil, çünki yerlərin çoxunu Paşinyanın partiyası tutur.
Postsovet məkanında adətən, devrilmiş liderlər siyasətə qayıtmırlar. Qırğızıstanı-Əsgər Akayevi xatırlaya bilərsiniz. Viktor Yanukoviçin rəhbərlik etdiyi Regionlar Partiyasının yenidən Ukrayna Radasına seçilməsini təsəvvür etmək çətindir. Bu mümkün deyil. Ermənistanda da bu reallıqdır. Serj Sərkisyanı devirdilər və o, öz tərəfdaşları ilə birlikdə parlamentə qayıdır və hansısa müzakirələrə aparır. Musavat.com
/konkret.az

Siyasi       Tarix: 19 iyun 2022
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Bakıdan Gürcüstan Patriarxlığına: Erməni yolu getmə

Gürcüstan Patriarxlığının Azərbaycanın ərazisində yerləşən Kürmük məbədi ilə bağlı verdiyi son açıqlama Azərbaycan ilə Gürcüstan arasında mövcud olan dostluq, tərəfdaşlıq və mehriban qonşuluq münasibətlərinin ruhuna ziddir

İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib

Sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində "Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qloba

İlham Əliyev Qazaxıstan dövlət başçısına başsağlığı verdi

Prezident İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı məktubu göndərib. Məktubda deyilir:. "Manqistau vilayətində keçirilən hərbi təlimlər zamanı hərbçilərin həlak olması barəd

Ermənistan-Türkiyə sərhədi açılacaq? – Türkiyəli generaldan açıqlama

Ermənistan Türkiyə ilə sərhədin açılmasını və iki ölkə arasında dəmir yolu əlaqəsinin bərpasını səbirsizliklə gözləyir. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində keçirilən pane

Milli Məclisin komissiyası: Türkiyədən Azərbaycana qarşı informasiya kampaniyası aparılır

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası son günlər qardaş Türkiyə Respublikasının ərazisindən sosial media platformaları vasitəsilə ölkəmiz əleyhinə aparılan informasiya kampaniyasın

Moskva itirir - Azərbaycan isə real güc əldə edir - Yeni xəritə

ABŞ və Ermənistan TRIPP layihəsinin praktiki reallaşdırılması üçün yeni institusional mexanizmlərin formalaşdırılmasını sürətləndirir. Layihə çərçivəsində yaradılacaq TRIPP Development Company şirkətində amerikan tərəfi

Əli Əsədov iclas keçirir

Nazirlər Kabinetində Baş nazir Əli Əsədovun sədrliyi ilə iclas keçirilir. Trend-ə istinadən xəbər verir ki, iclasda 2027-ci ilin dövlət büdcəsi və onunla əlaqəli sənədlər müzakirəyə çıxarılıb. Baş nazir bildirib ki, Preziden

Prezident icra başçısını vəzifəsindən azad etdi

Ovni Mehbalı oğlu Muradov Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb

Azərbaycan Prezidenti Estoniyanın yeni səfirini qəbul etdi - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 23-də Estoniya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Tiina Nirki qəbul edib. xəbər verir ki, səfir etimadnaməsini dövlə


azerbaycan xeberleri son xeberler yeni xeberler sou xeberler bu gunun xeberleri haqqinda melumat xeber.az son xeberler xeberler bu qun