İrəvanın ayaqaltı edilən "qırmızı xətlər"i - Xocalı canisi belə sındırıldı

İrəvanın ayaqaltı edilən Cəmiyyətdə cəmi 5 faiz dəstəyi olan Sərkisyandan gecikən etiraflar; Serjikin daldan atdığı daş yalnız özününkülərə – revanşistlərə dəyə bilər; ABŞ səfiri yenə "status" dedi, amma eşidən olmadı…
KONKRET.az xəbər verir ki, Qarabağ klanının odioz simaları başda olmaqla, revanşist qüvvələr hələ də Ermənistanda "bəlkə də qaytardılar" ümidi ilə yaşayırlar. Təkcə yaşamırlar, eyni zamanda acınacaqlı gündə olan və qonşularla barışmaqdan başqa yolu qalmayan zavallı erməni xalqını buna inandırmağa çalışırlar. Eks-prezident, Xocalı hərbi canisi Serjik Sərkisyanın yerli mediaya növbəti geniş müsahibəsi bu xüsusda istisna olmadı. Hərçənd Serjik dolayasıyla etiraf edir ki, "qatar" artıq gedib.
Müsahibədə Sərkisyan yenə köhnə və xam xəyallara dalaraq iddia edir ki, "artsax" heç vaxt Azərbaycanın tərkibində olmayacaq. Ardınca da deyir ki, bunun üçün imkanlar qalır. Yəni heç özü də öz dediyinə inanmır. Çünki "heç vaxt"la "imkanlar qalır" ifadələri bir-biri ilə uzlaşmır və əslində total ümidsizlikdən xəbər verir.
"İmkanlar" deyəndə isə təbii ki, o, ATƏT-in ermənipərəst Minsk Qrupunun təzədən dirilməsini və həmsədrlərin 44 günlük müharibədən sonra ara-sıra dilə gətirdikləri "həll prinsiplərini", o cümlədən "öz müqəddəratı təyinetmə hüququ"nu nəzərdə tutduğunu söyləyib. Bu üzdəniraq, 30 il ərzində konflikti çözmək əvəzinə, işğalı legitimləşdirməklə məşğul olmuş qurumu isə Azərbaycan Ordusu "status"la, uydurma "həll prinsipləri" və separatçıların "müstəqillik" xülyaları ilə birgə həmişəlik tarixin zibilliyinə göndərib.
*****
Diqqətçəkicidir ki, müsahibədə erməni jurnalistin "Axı xeyli vaxtdır həmsədrlər həmin prinsiplər barədə danışmırlar" iradına Sərkisyan buna görə baş nazir Nikol Paşinyanın hökumətini passiv olmaqda suçlamaqla cavab verib. İddia edib ki, Paşinyan doğru olmayan yolla gedir, "erməni lideri kimi yox, Azərbaycan Prezidenti kimi danışır".
Hərçənd, Paşinyan hökumətinin təmsilçiləri "status" və "həll prinsipləri" barədə heç də Sərkisyandan az dəm vurmurlar. Sadəcə, faydası yoxdur, ona görə ki, bölgədə yeni reallıq var, status-kvo ikinci ildir bambaşqadır. Artıq işğalçı erməni ordusu yoxdur və qondarma "dqr" bir yana, Ermənistanın öz mövcudluğu böyük sual altındadır.
"Biz kapitulyasiya imzalamağa məcbur olduq, sındırıldıq".  Serjikin son müsahibədə etdiyi etirafdır. "Mənim dövrümdə Minsk Qrupunun təklifləri heç vaxt bizim "qırmızı xətləri" keçməyib". Bu da onun sözləridir.
İrəvanın ayaqaltı edilən Nikol Paşinyan
İrəvanın "qırmızı xətləri" deyəndə isə Sərkisyan utanıb-eləmədən bunları sıralayıb: 1. "Qarabağ ermənilərinə öz müqəddəratını təyinetmə hüququnun tanınması; 2. Ermənistanla Dağlıq Qarabağ arasında quru əlaqənin mövcudluğu; 3.Dağlıq Qarabağın "müstəqilliyi"nin beynəlxalq birlik tərəfindın tanınması" (Baxmayaraq ki, heç Ermənistanın özü oyuncaq qurumu indiyədək tanımayıb! – red.)
Göründüyü kimi, Bakı arxasında Minsk Qrupunun dayandığı İrəvanın "qırmızı xətləri"ni də gorbagorluq edib. Bircə Laçın dəhlizi qalır ki, o da 10 noyabr üçtərəfli kapitulyasiya aktına əsasən müvəqqəti xarakter daşıyır. Bir də erməni radikal-revanşist qüvvələr ara-sıra Fransa və ABŞ-ın İrəvandakı səfirlərinin "status"la bağlı verdikləri növbətçi açıqlamalarla özlərinə təsəlli verməkdədirlər.
*****
Yeri gəlmişkən, Birləşmiş Ştatların Ermənistandakı səfiri Linn Treysi srağagün baş nazirin müavini ilə görüşdə uzun fasilədən sonra növbəti dəfə bəyan edib ki, "Dağlıq Qarabağın statusu həll olunmamış qalır".
Lakin xanım Treysi də gözəl bilir ki, belə bəyanatlar artıq heç nəyi dəyişmir. O, ABŞ kimi fövqəldövlətin səfiri olsa belə. Ona görə ki, regionda indi şərtləri Azərbaycan-Türkiyə tandemi diktə edir. Dünən Azərbaycan parlamentində tarixi Şuşa Bəyannaməsinin ratifikasiya edilməsi bu xüsusda Ermənistanın havadarlarına da növbəti mesajdır.
İrəvanın ayaqaltı edilən Bu səbəbə sərkisyanların Ermənistanda təzədən köhnə, radikal ab-havanı, revanşist anti-Türk ovqatını bərpa eləmək, Paşinyan iqtidarının Türkiyə və Azərbaycanla barışığa yönəlik kövrək cəhdlərini sabotaj eləmək cəhdləri çətin ki, nəticə versin. Hər necə olmasa, erməni xalqı ötən il iyunun 20-də növbədənkənar parlament seçkilərində Sərkisyanın təmsil olunduğu bloka cəmi 5.6% səs verməklə, Paşinyanın partiyasını isə qalib eləməklə öz sözünü deyib, Qarabağ və "dənizdən-dənizə Ermənistan" nağıllarından, müharibələrdən bezdiyini oraya qoyub.
Odur ki, Sərkisyanın daldan atdığı daşlar yalnız özününkülərə – revanşistlərə dəyə bilər.
Revanşistlər demiş, Sərkisyan son müsahibəsində Qarabağ, "imkanlar"la bağlı söylədiklərini revanşizm kimi qəbul edilməməsini istəyib. Yəni özü də qorxur. Məntiqlidir. Bölgədəki qüvvələr nisbətini yaxşı bilən, Azərbaycan Prezidentinin Gəncədə çıxışı zamanı vurğuladığı kimi, müharibə vaxtı Köçəryanla birgə Xankəndidən dovşan kimi qaçan Sərkisyan artıq anlayır İrəvanın heç bir "qırmızı xətti"-zadı qalmayıb. Həmin "xətlər" çoxdan ayaqaltı edilib. Özü də təkcə Azərbaycan tərəfindən yox…/musavat.com/

Siyasi       Tarix: 02 fevral 2022
f Paylaş

Oxşar xəbərlər

2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək

Azərbaycan Respublikasının 2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, Azərbaycan Respublikasının 2027-ci il və sonrakı üç il üzrə iqtisadi və sosia

İran Qərblə razılaşacaq? – Politoloqdan AÇIQLAMA

İranın uranın zənginləşdirilməsini dayandırmağa razılaşdığına dair məlumatlar Tehranla Qərb arasında diplomatik təmasların yeni mərhələyə keçə biləcəyini göstərir. Bəs bu razılaşma ilin sonunadək İranla Qərb arasında dah

Milli Məclisin komissiyası: Türkiyədən Azərbaycana qarşı informasiya kampaniyası aparılır

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası son günlər qardaş Türkiyə Respublikasının ərazisindən sosial media platformaları vasitəsilə ölkəmiz əleyhinə aparılan informasiya kampaniyasın

Qalibaf: İrana neft satmağa mane olunarsa, regionda başqa heç bir ölkə neft sata bilməyəcək

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf İranın regionda neft satışına mane olunacağı təqdirdə digər ölkələrin də həmin regionda neft sata bilməyəcəyini bildirib. KONKRET.azapa-ya istinadən xəbər verir ki, "Mehr"

Ərdoğan İlham Əliyevə zəng etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Əroğan 27 Sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb. Telefon danışığı zamanı Ərdoğa

Deputat: "Azərbaycan dövləti öz qəhrəmanlarını unutmayacaq

"27 Sentyabr - Anım Günü Azərbaycan xalqının mənəvi yaddaşında xüsusi yer tutan müqəddəs tarixdir. Bu gün Vətən müharibəsində və Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən bütün döyüşlərdə canlarını fəda etmiş şəhidlərimizi

Ceyhun Bayramov TRIPP təşəbbüsünün regional tranzit şəbəkələrini genişləndirəcəyini bildirib

Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin (LLDC) xarici işlər nazirlərinin 25-ci illik iclasında çıxış edib. xəbər veri

Prezident ona general rütbəsi verdi

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi ilə bağlı Sərəncam imzalayıb. -un məlumatına görə, Sərəncamla Nihad Ənvər oğl

İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 26-da Beynəlxalq Xizək və Snoubord Federasiyasının Prezidenti Aleksandr Oşpelt ilə görüşüb. xəbər verir ki, söhbət zamanı Azərbaycanın beynəlxalq əhəmiyyətli nüfuzlu idman tədbirlərinə


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən son xəbər valyuta mezenesi kriminal bugun