İrəvanın "xəritə oyunu" - Nikol kimi aldadır?

İrəvanın Ermənistan Azərbaycana növbəti mina xəritələrini təhvil verməyə hazırlaşır. Amma 2022-ci ilin oktyabrında Ermənistanın Baş naziri Nikol Paşinyan bütün xəritələrin verildiyini bəyan etmişdi. Bu həftə Ermənistanın Xarici işlər naziri Ararat Mirzoyan yeni mina xəritələrinin Azərbaycana təhvil verilməsinə hazır olduqlarını deyib. Onun sözlərinə görə, Ermənistanın müvafiq orqanları hazırda yeni mina sahələri haqqında məlumatlar hazırlayır.
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən hərbi ekspert Ədalət Verdiyev bildirib ki, Ermənistan uzun müddət idi onlarda minalanmış ərazilərin xəritələrinin olmadığını iddia edirdi:
"Paşinyan bunu dəfələrlə müxtəlif platformalarda bildirmişdi. İndi isə Xarici işlər naziri Ararat Mirzoyan bunun tam əksini deyir və 8 mina xəritəsini Azərbaycana qaytarmaq istədiklərini bildirir. Ümumiyyətlə, Ermənistan hakimiyyətində Azərbaycana vahid yanaşmanın olmadığını ilk dəfə deyil müşahidə edirik. Belə hallarla daha əvvəllər də rastlaşmışıq. Amma veriləcək xəritələrin dəqiqliyi bizdə həmişəki kimi müəyyən suallar yaradır. Nəzərə alsaq ki, indiyə qədər verilən xəritələr Azərbaycanın gözləntilərini heç də doğrultmayıb".
Hərbi ekspert onu da əlavə edib ki, Ermənistanın indi təqdim edəcəyi xəritələr təmizlənmiş ərazilərə də aid ola bilər:
"Belə olan halda xəritələrin qaytarılması Azərbaycan üçün heç bir əhəmiyyət kəsb etməyəcək. Ona görə də bu xəritələrin hansı əraziləri əhatə edəcəyini və həmin minaların nə zaman yerləşdirildiyini dəqiq bilmək lazımdır. Bunu bilmədən Ermənistanın növbəti "xəritə oyunu"nu humanist addım kimi dəyərləndirə bilmərik".
Ekspert hesab edir ki, Ermənistanın "xəritə oyunu"nun arxasında hansısa niyyət gizlənib:
"Ermənistan bu xəritənin qarşılığında nələrisə gözləyir. Düşünmürəm ki, 8 xəritə bizim üçün hansısa əhəmiyyət kəsb etsin. Əgər həmin ərazilər artıq təmizlənibsə və ya hazırda təmizlənirsə, o zaman bu xəritələr bizim üçün kağız parçasından başqa bir şey olmayacaq. Ermənistan həqiqətən də xəritə məsələsində səmimi idisə, o zaman bu xəritələri müharibə başa çatan kimi dərhal təqdim etməliydi. Əgər bunu etməyibsə, deməli, bu işlərin altında yenə növbəti erməni hiyləsi gizlənir".
Qeyd edək ki, Ermənistanın Azərbaycana 8 yeni mina xəritəsini qaytarmağa hazırlaşdığı bir vaxtda müxalifət düşərgəsində çaxnaşma müşahidə olunur. Onlar mina xəritələrinin Azərbaycana verilməsini satqınlıq hesab edirlər. Ədalət Verdiyev bildirir ki, Ermənistan müxalifəti iqtidarı birmənalı şəkildə daim tənqid edir: "Həmin dairələrdə təmsil olunanlar qisasçılıq hissi ilə yaşayır və ərazilərimizdə baş verən hər bir mina partlayışından xüsusi zövq alırlar. Bu cür yanaşma isə yalnız barbarlara məxsusdur".
Vəli Həsənov,
KONKRET.az

Siyasi       Tarix: 27 yanvar 2024
f Paylaş

Oxşar xəbərlər

Sahibə Qafarova Qazaxıstana səfər edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstana işgüzar səfərə gəlib. Bu barədə Milli Məclisə istinadən xəbər verir. Məlumata görə, Astana şəhərinin Nursultan Beynəlxalq Aeroportunda Milli Məclisin sədrini Qazaxıstan Qurultayını

Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Prezidenti İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. -a istinadən xəbər verir ki, təbrikdə deyilir:. "Pakistan xalqı və Hökuməti adından

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

"Blumberq" agentliyinin məlumatına görə, Rusiyanın Ukraynaya qarşı başladığı müharibə Moskvanın ənənəvi tərəfdaşlarından biri olan Hindistan üçün böyük qazanc mənbəyinə çevrilib. Yeni Dehli bir tərəfdən Rusiyada

Bu ölkə İranla sərhədə ordu yeritdi

İraq ordusu mümkün nəticələrin aradan qaldırılması üçün İran və Küveytlə sərhədləri boyunca tam təhlükəsizlik tədbirləri görüb. xəbər verir ki, bu haqda "Əl-Mayadin" məlumat yayıb. "İraq silahlı qüvvələri sərhə

Ağır məğlubiyyət: Respublikaçılar Trampdan siyasi kursunu dəyişməyi tələb edir

ABŞ-da aralıq seçkilərində Demokratlar Konqresə nəzarəti ələ keçirdikdən və seçicilər Donald Trampın şəxsən dəstəklədiyi namizədləri mühüm seçki dairələrində məğlubiyyətə uğratdıqdan sonra Respublikaçılar Partiyasında prezident

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Estoniya Azərbaycanla energetika, təhsil, rəqəmsallaşma və digər istiqamətlərdə əməkdaşlığın genişləndirilməsində maraqlıdır. xəbər verir ki, bunu Estoniyanın xarici işlər naziri Marqus Tsahkna Tallində iki ölkə arasınd

Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər. /

Ərdoğan böyük dövlət qurur, Putin isə... Türkiyədə niyə daşınmaz əmlak satışa çıxarılır?

İstanbulun ən bahalı rayonlarından biri olan Beyoğlunda daşınmaz əmlakın kütləvi şəkildə satışa çıxarılması nə ilə bağlıdır? Türkiyə regionda dəyişən geosiyasi vəziyyətdən necə yararlanır?. – Burada, İstanbulda hər şey saki

ABŞ-ın İrana qarşı düşmənçiliyi dəyişməyəcək - Xamenei

ABŞ-ın aralıq seçkilərinin nəticələri Vaşinqtonun İrana qarşı düşmənçiliyini dəyişdirməyəcək. axaraz-a istinadən xəbər verir ki, bu barədə İranın ali rəhbəri Müctəba Xameneinin adından yayılan açıqlamada bildirilib. "Partiy


azerbaycan xeberleri son xeberler yeni xeberler xeber saytlari metbuat son xeber.az