İRİA və KOICA-nın birgə keçirdiyi proqrama yekun vuruldu

İRİA və KOICA-nın birgə keçirdiyi proqrama yekun vurulduİnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşəbbüsü ilə Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) həyata keçirdiyi "Akselerasiya və mentorluq potensialının gücləndirilməsi" proqramına yekun vurulub.
azxeber.com xəbər verir ki, universitet tələbələri və müəllim heyəti üçün nəzərdə tutulan proqram çərçivəsində startaplar və startaplar üçün mentorluq fəaliyyəti göstərən şəxslərə təlimlər keçirilib.  Koreyalı təlimçilərin iştirakı ilə 11 startap komandası və 20 mentor proqramı uğurla başa vurub. Təlimlər Dövlət İdarəçilik Akademiyasında keçirilib.
Proqramın keçirilməsində məqsəd ölkənin startap ekosistemində sağlam innovasiya mühitini formalaşdırmaq, rəqabət qabiliyyətini gücləndirmək və yeni ekosistem oyunçularının bazara daxil olmasını təşviq etməkdir. 
Tədbirin sonunda Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov layihə iştirakçılarını tədbir edərək bunu Azərbaycan tələbələri və müəllimləri üçün perspektiv baxımından yaxşı imkanlar açacaqlarını diqqətə çatdırıb.  
Koreyadan gəlmiş təlimçilər layihənin mahiyyəti və gənclərlə iş zamanı keçdikləri yoldan danışıb. Onlar gənclər üçün bu tipli layihələrin davam edəcəyini bildirib. 
Agentliyin nümayəndələri proqramın mahiyyəti, gənclərə faydası və sözügedən layihə çərçivəsində Koreya ilə əməkdaşlığın perspektivlərindən söz açıb. 
Yekunda proqram iştirakçılarına koreyalı təlimçilər tərəfindən diplom və sertifikatlar təqdim olunub. 
Universitet kollektivi, proqram iştirakçıları, koreyalı təlimçilər birlikdə xatirə şəkli çəkdiriblər.  
Qeyd edək ki, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşəbbüsü ilə 26 yanvar 2023-cü il tarixində start götürmüş "Akselerasiya və mentorluq potensialının gücləndirilməsi" proqramı SAP (startup akselerasiya proqramı) və TTT (Təlimçilərin təlimi proqramı) olmaqla 2 hissədən ibarətdir.Təlimlər çərçivəsində ekosistemdə mövcud olan startapların inkişafına töhfə verəcək sürətləndirmə proqramı keçirilib. Eyni zamanda Asiya startap ekosisteminin xüsusiyyətləri və metodları öyrədilib. Proqramın digər hissəsi olan TTT (Təlimçilərin təlimi proqramı) çərçivəsində isə Azərbaycan universitetlərində çalışan müəllim və rəhbər şəxslərə startap mentorluğu təlimi keçirilib. 
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 11 oktyabr 2021-ci il tarixli Fərmanına əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində "İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi" publik hüquqi şəxs yaradılmışdır. 
Agentliyin əsas məqsədi, ölkədə rəqəmsal sahənin inkişafına töhfə vermək, rəqəmsal transformasiya və innovasiya sahəsində fəaliyyətini təşkil etmək, nüvə elmi və texnologiyalarının sınaq təcrübəsini aparmaq, fiziki və hüquqi şəxslərə innovasiya yönümlü elmi-tədqiqatlarına və innovativ layihələrinə (Startapları) maliyyə dəstəyi vermək, müasir texnologiyaların və texnoloji həllərin əldə olunmasında yardım göstərməkdir.

Sosial       Tarix: 28 fevral 2023
f Paylaş

Oxşar xəbərlər

Azərbaycanda qızıl bahalaşdı

Qızılın sentyabrın 9-na olan göstəriciləri açıqlanıb. KONKRET.azxəbər verir ki, qızılın 1 unsiyası 7541.6080 manat, 1 qramı isə 242.47 manat təşkil edib. Qiymətlər əyyarlar üzrə 99 əyyar təmiz qızılda 242.47 ₼, 750 əyya

Pul üçün böyrəyini satmaq istədi, 6000 manat cərimələndi: Qanun nə deyir?

Son günlər Azərbaycanda maddi sıxıntı səbəbindən böyrəyinisatmaq istəyən şəxsin 600 manat məbləğində cərimələnməsi ilə bağlı məsələ gündəməgəlib. . Cərimələnən şəxs qərardan məhkəməyə şikayət edərək maddi vəziyyətinin ağı

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar

Şimali Kiprdə batan gəmi ilə bağlı 3 Azərbaycan vətəndaşı saxlanılıb

Şimali Kiprin Girne sahillərində 8 nəfərin ölümü ilə nəticələnən gəmi qəzası ilə bağlı başladılan istintaq çərçivəsində saxlanılanlar arasında üç Azərbaycan vətəndaşı da var. "Report"a istinadən xəbər verir ki

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

Kimya, biologiya, fizika... - Gələcəkdə müəllim qıtlığı yarana bilər?

Son illərdə əmək bazarında ixtisaslı müəllimlərə olan tələbatlayanaşı, müəllimlik ixtisaslarına tələbə marağı da diqqət çəkən məsələlərdənbirinə çevrilib. 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbulzaman

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

Daha çox maaş almaq istəyirsinizsə... – Bu bacarıq gəlirinizi artıra bilər

Xarici dil bilmək artıq yalnız əlavə bacarıq deyil, bir çoxsahədə işə qəbul zamanı namizəddən tələb olunan əsas meyarlardan birinəçevrilib. Xüsusilə ingilis və rus dillərini bilmək müxtəlifvakansiyalarda üstünlük kimi göstərilir


yeni xeberler son xeberler azerbaycan xeberleri son xeber 2026 metbuat xeberleri ən son xəbərlər son xeberler bugun 2026 azerbaycan