"İrimiqyaslı müharibə olarsa..." – Sərkisyan HƏDDİNİ AŞDI
"Ermənistan genişmiqyaslı müharibə vəziyyətində Qarabağın müstəqilliyini tanımağa borcludur".
Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın sabiq prezidenti Serj Sərkisyan 2016-cı ilin aprelində baş vermiş döyüşlərə həsr olunmuş mətbuat konfransı zamanı deyib.
Sərkisyan jurnalistin "Niyə 2016-cı ilin aprel döyüşlərində Qarabağın müstəqilliyini tanımadınız" sualına cavab verməkdə çətinlik çəkib. O, buna yalnız "Bu, diplomatik qələbələrimizin qarşısını ala bilərdi" kimi səthi cavab verməklə sualdan yayınıb.
Bununla belə, işğalçı ölkənin keçmiş rəhbəri separatçı fikirlər səsləndirməkdən də çəkinməyib: "Bu cür tanınma əsaslandırılmış qərar olmalıdır. Genişmiqyaslı müharibə olarsa, Ermənistan Respublikası Qarabağın müstəqilliyini tanımağa borcludur".
O, Qarabağ məsələsinin yalnız beynəlxalq təzyiq nəticəsində həll edilə biləcəyini söyləyib:
"Azərbaycan rəhbərliyi Qarabağın müstəqilliyi ilə heç vaxt razılaşmayacaq". /publika.az
Kurslar.az kurslar [newsid: 0-123300]

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək