İş Adamları Cəmiyyətinin Milli Assosiasiyası "Dost" nominasiyasına layiq görülüb - FOTOLAR
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən "Vergi sistemində gələcəyə baxış: yeni idarəetmə modeli və data əsaslı qərarlar" mövzusunda forum təşkil olunub.
Tədbirdə dövlət qurumlarının rəhbər şəxsləri, şirkət və QHT nümayəndələri, həmçinin İş Adamları Cəmiyyətinin Milli Assosiasiyası (İCMA) da təmsil olunub.
Forumda çıxış edən Azərbaycan Respublikasının Baş nazirinin müavini Samir Şərifov vergi sisteminin makroiqtisadi sabitliyin qorunmasında, fiskal dayanıqlığın təmin edilməsində və iqtisadi idarəetmədə mühüm rol oynadığını vurğulayıb.
Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov ölkədə mövcud makroiqtisadi sabitlik, əlverişli biznes mühiti və özəl sektorun inkişafına göstərilən dövlət dəstəyi barədə məlumat verərək vergi sahəsində aparılan islahatların və rəqəmsallaşmanın sahibkarlığın inkişafına töhfə verdiyini qeyd edib.
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli 2025-ci ildə vergi və sosial daxilolmaların 24,2 milyard manata yaxın olduğunu və bunun ümumi fiskal yığımların 79,1 faizini təşkil etdiyini bildirib. O, həmçinin vergi sistemində data əsaslı qərarvermə modelinə keçid və rəqəmsal ekosistemin formalaşdırılmasının əsas prioritetlərdən olduğunu vurğulayıb.
Sonda forum çərçivəsində müxtəlif nominasiyalar üzrə fərqlənmiş vergi ödəyiciləri təltif olunublar.
Forumda İş Adamları Cəmiyyətinin Milli Assosiasiyası da "Dost" nominasiyasına layiq görülüb. Təltif Assosiasiyanın İdarə Heyətinin sədri Tural Mustafayevə təqdim olunub.







/ azxeber.com
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - FOTOLAR
Millimiz dünya çempionatına qələbə ilə başladı
İki güləşçimiz dünya çempionatının finalında
Nev vəfat etdi
Azərbaycan bizim dəyərli tərəfdaşımızdır – Yaponiya XİN
Dövlət inhisarları rəqabətə açılacaq: Hansı sahələr özəl sektora verilə bilər?
"Qızım babası kimi siyasətçi olacaq
Bakıda kütləvi insidentlə bağlı saxlanılanlar hakim qarşısına çıxarılıb
Azərbaycanın Qazaxıstandakı səfirliyi finala yüksələn güləşçilərimizə uğurlar arzulayıb