İsa Qəmbərin xəyanət dosyesi: Antimilli şəbəkənin cavab vermək zamanı çatıb

İsa Qəmbərin xəyanət dosyesi: Antimilli şəbəkənin cavab vermək zamanı çatıbAXCP və Milli Şuranın Rusiya ilə gizli əlaqələrinə dair ortaya çıxan faktlar 1980-ci illərin sonları, 1990-cı illərin əvvəlində mövcud olan AXC-Müsavat cütlüyünün Azərbaycanda xalq hərəkatını nəzarətdə saxlamaq üçün SSRİ DTK-sı (KQB) tərəfindən yaradıldığı məsələsini də aktuallaşdırıb. Faktlardan belə nəticə çıxır ki, 35 il öncə DTK-ya işləyənlərin sonrakı dövrdə Rusiya kəşfiyyatı ilə əlaqələri davam edib. Eyni şəxslərin 2013-cü ildə Milli Şura adı altında Rusiyanın dəstəyi ilə Azərbaycanda çevriliş planlarına xidmət etməsi də bunu təsdiq edir.
KONKRET.az Publika.az-a istinadən yazır ki, hazırda Ramiz Mehdiyev işi ilə bağlı ortaya çıxan yeni faktlar diqqətin əsasən Əli Kərimlinin xəyanətlərinə yönəlməsinə səbəb olsa da, onun bu prosesdə tək olmadığı aydın görünür. AXC-nin yaranma prosesinə nəzər salındıqda xarici xüsusi xidmət orqanlarının Azərbaycana qarşı fəaliyyətlərində əsas "piyadalar"dan birinin İsa Qəmbər olduğu məlum olur. O, 1980-ci illərin sonunda müstəqillik uğrunda meydana çıxan xalq hərəkatının DTK-nın nəzarətinə keçməsində rol oynayan şəxslərdən biri hesab olunur.
Həmin dövrdə SSRİ DTK-sı digər respublikalarda olduğu kimi, Azərbaycanda da müstəqillik hərəkatlarını nəzarətə götürmək üçün analoji addımlar atmışdı. O zaman hərəkatda liderliyi ələ almağa yaxın olan təşkilatlardan "Çənlibel" daha fəal olsa da, DTK-nın bu təşkilata nüfuz etmək imkanları məhdud idi. Bu səbəbdən DTK alternativ təşkilat yaratmaq taktikasına əl atdı. İsa Qəmbərin siyasətə gəlişində "keçid qapısı" rolunu oynayan "Gənc alimlər klubu" məhz bu məqsədlə yaradılmışdı. Klubun Viktor Polyaniçkonun təşəbbüsü ilə formalaşması və onun ən çox dəstəklədiyi fiqurlardan birinin İsa Qəmbər olması təsadüfi deyildi.
Mövcud məlumatlar göstərir ki, DTK milli hərəkatı nəzarətə almaq üçün öz adamlarını "milli fəallar" kimi meydanda yerləşdirib planlaşdırılmış fəaliyyət yürüdürdü. İlk hədəf meydandakı prosesləri yatırtmaq idi. Bunun üçün həmin "fəallar" mitinqlərə müdaxiləyə zəmin hazırlayırdılar. İddialara görə, İsa Qəmbər 1988-ci ilin noyabr mitinqlərinin dağıdılması üçün bəhanə yaradılmasında aktiv rol oynayan şəxslərdən olmuşdu. Nümayiş Komitəsi bu prosesdə xüsusi canfəşanlıq göstərmiş, komitənin əsas qərargahı Müəllimləri Təkmilləşdirmə İnstitutunda yerləşirdi. Məlumatlara görə, Viktor Polyaniçko şəxsən komitəyə gəlir və burada İsa Qəmbər, Arif Hacıyev, Pənah Hüseynov, Fəhmin Hacıyev və Tofiq Qasımov kimi şəxslər əsas fəaliyyəti icra edirdilər.
Mitinqlərin dağıdılmasından sonra meydan DTK-nın nəzarətində qaldı. Azərbaycan Xalq Cəbhəsinin yaranması və İsa Qəmbərin "ziyalıların tərəfdarı" kimi önə çıxması da həmin dövrə təsadüf edir. AXC-nin nizamnaməsinin Bakı şəhər Partiya Komitəsində hazırlanması isə təşkilatın arxasında DTK-nın dayandığını göstərən mühüm detallardan biri hesab olunur. 1989-cu ildə AXC mitinqlərində kommunist fiqurların da aparıcı çıxışlar etməsi bu əlaqələrin təsadüfi olmadığını göstərir. Məsələn, 1989-cu il iyunun 4-də "Spartak" stadionunda keçirilən mitinqdə AXC-ni İsa Qəmbər və "Kommunist" qəzetinin redaktoru Cəmil Əlibəyov təmsil edirdilər.
1990-cı il Yanvar faciəsi zamanı yaşananlar isə İsa Qəmbərin DTK ilə gizli əməkdaşlığına dair şübhələri daha da gücləndirib. Açıq mənbələrdə yayılan məlumatlara görə, Viktor Polyaniçkonun yaratdığı "Gənc alimlər klubu" 20 Yanvar faciəsinin baş verməsinə zəmin hazırlayan strukturlardan biri olub. Həmin il Yanvarın əvvəlində AXC-nin konfransında qəsdən parçalanma yaradıldığı, nəticədə radikal qanadın Müdafiə Şurası qurduğu bildirilir.
20 Yanvar zamanı, xalqı meydanlara çağıran İsa Qəmbərin qəfil yoxa çıxması onun DTK ilə əlaqələrinə dair iddiaları gücləndirən əsas məqamlardandır. Meydan hərəkatının fəallarından Zərdüşt Əlizadənin sözlərinə görə, İsa Qəmbəri qoruyanlardan biri Yanvar qırğınının təşkilatçılarından olan Yevgeni Primakov olub. Primakov qırğından əvvəl Əbülfəz Elçibəy və İsa Qəmbərlə görüşmüş, İsanı "çox qiymətli kadr" kimi xarakterizə edərək onun qorunmasını tapşırmışdı.
İddialara görə, Yanvarın 19-da AXC fəallarına qarşı "əməliyyat" müzakirə edilərkən Viktor Polyaniçko İsa Qəmbər haqqında "İsa Kambər – naš çelovek!" ("İsa Kəmbər – bizim adamımızdır!") deyərək onun təhlükəsizliyinin təmin edilməsinə göstəriş verib. Hadisələr baş verən vaxt İsa Qəmbərin Vaqif Səmədoğlunun evində olması və məhz ora yönləndirilməsinin Polyaniçkonun tapşırığı ilə baş verməsi ehtimal edilir.
Hadisələrdən sonra İsa Qəmbər DTK-nın təlimatı ilə Şimali Azərbaycan Demokrat Partiyasının yaradıldığını elan etsə də, daha sonra Müsavat Partiyasının bərpası həyata keçirildi. Bu, zahirən Azərbaycan Xalq Cümhuriyyəti ideyalarının davamı kimi təqdim olunsa da, əslində DTK-nın bu siyasi mirası da nəzarətinə götürməsi ehtimalını gücləndirir. Müsavatın yaradılması ideyasının Türkiyədə SSRİ-yə yaxın dairələrlə əlaqələri olan şəxslər tərəfindən təşviq edilməsi də şübhələri artırır.
AXC-Müsavat cütlüyünün iqtidarı dövründə hakimiyyət pillələrində irəliləyən İsa Qəmbər müxalifətə keçəndən sonra DTK-nın xələfi olan Rusiya kəşfiyyatı ilə əlaqələrini davam etdirib. Onun 1990-cı illərin sonlarında Bakı-Ceyhan layihəsinə qarşı çıxması əslində Rusiyadan gələn direktivlərdən idi. Bakı-Ceyhana qarşı Bakı-Şimali İran marşrutunu təklif edən İsa Qəmbər 1999-cu il aprelin 21-də VHP-nin qərargahında "Azərbaycan siyasətində İran faktoru" mövzusunda keçirilmiş elmi-praktiki konfransda İranın ölkəmizdəki səfirliyinin nümayəndələrinə ünvanlanmış bəyanatla çıxış etmişdi: "Ötən il Demkonqresdə razılaşmışdıq ki, Bakı-Şimali İran variantı əlverişli yoldur. Biz hakimiyyətə gəlsək, neft ixracı kəmərinin Bakı-Şimali İran variantına üstünlük verəcəyik".
Özünü Türkiyədə türkçü, Rusiyada avrasiyaçı, Avropada liberal-demorkat, İslam aləmində dindar kimi göstərən İsa Qəmbər hakimiyyət gəlmək naminə müxtəlif donlara bürünürdü. Hərçənd, onun keçmişdən günümüzə qədər əsas bağlı olduğu tərəf Rusiya olub. DTK arxivlərinin açılmasına qarşı sona qədər dirəniş göstərməsi də bu əlaqələrinin ifşa edilməməsindən qaynaqlanırdı.
Hələ Əbülfəz Elçibəyin prezidentliyi dövründə DTK arxivlərinin açılması tələbi böyük idi, lakin yekunda bu addım atılmadı. Elçibəy də bildirirdi ki, arxivlər açılacağı təqdirdə komandasında təmsil olunanların çoxunun DTK ilə əməkdaşlığı ifşa olunacaq. Bu qorxu ilə yaşayanlardan biri də İsa Qəmbər idi. Sülhəddin Əkbər 2021-ci ildə mediaya verdiyi müsahibələrinin birində açıqlamışdı ki, o, Milli Təhlükəsizlik Nazirliyində müavin olduğu vaxt DTK ilə əməkdaşlıq edən şəxslərin siyahısını tərtib etsə də, Elçibəy heç bir tədbir görməyib. O bildirirdi ki, həmin siyahıda yüksək vəzifədə olan bir neçə şəxsin də adı var idi.
Bu açıqlamadan sonra mediada Sülhəddin Əkbərin hazırladığı "DTK siyahısı"nda İsa Qəmbərin də adının olduğu haqda məlumatlar yayıldı.
Məlumatlara görə, DTK İsa Qəmbəri xalq hərakatında yer almış müxtəlif şəxslərlə bağlı kompromatlarla da təmin edib və sonuncu bundan bir sıra şəxslərin onun ətrafına toplanması üçün istifadə edib. AXC-Müsavat cütlüyünün iqtidardan getməsindən sonra 1992-1993-cü illərdə İsa Qəmbərin xeyir-duası ilə vəzifələrə təyin olunan şəxslərin Müsavat Partiyasına axın etməsində də şantaj edilmək qorxusu var idi. Çünki onlar Müsavata qoşulmasaydı, İsa Qəmbər əlindəki bütün kompromatları işə salacaqdı. Bu adamların İsa Qəmbərin, Arif Hacıyevin, Pənah Hüseynovun göstərişi ilə bir çox "qara iş"lərin iştirakçısı və icraçısı olduğu deyilir. Bu "qara işlər"in həm də xarici qüvvələrlə əməkdaşlıq olduğu istisna edilməməlidir. İsa Qəmbərin əsas adamlarından olan Arif Hacılının vaxtilə parlament tribunasından dedikləri də bu kontekstdə yada düşür. A.Hacılı bəyan edirdi ki, "hakimiyyətə gəlmək üçün 8 ölkə ilə razılaşıblar". Sonradan bunların hansı ölkə olduğu və nələrin razılaşdırıldığı məlum olmasa da, deyilənlər İsa Qəmbər və dəstəsinin xarici bağlantılarının olduğunun etirafı idi.
1980-ci illərin sonlarında DTK ilə əməkdaşlığa başlayan İsa Qəmbərin 2013-cü ildə Moskvadan gələn təlimatla yaradılan Milli Şuraya qoşulması onun və onun timsalında AXC-Müsavat şinelindən çıxan bir çoxlarının hələ də Rusiya ilə gizli əlaqələrindən xəbər verir. Hazırda əməllərinə görə qanun qarşısında təkcə Əli Kərimlinin çıxarılması Azərbaycana qarşı xəyanət şəbəkəsinin tamamilə ifşa edilməsi və siyasi səhnədən silinməsini təmin edə bilməz.
35 il ərzində baş verənlər göstərir ki, Əli Kərimli kimi İsa Qəmbər də, Arif Hacılı da, bütün oyunlarda aktiv iştirakçı olmuş Milli Şuranın rəhbəri Cəmil Həsənli də törətdikləri əməllərə görə cavab verməlidir. Bu faktlar həm də AXC və Milli Şura ilə yanaşı, Müsavat Partiyasının da fəaliyyətinin qadağan edilməsi zərurətini yaradır. Dövlət təhlükəsizliyinin təmin edilməsi və gələcək risklərin aradan qaldırılması üçün xəyanət şəbəkəsinin neytrallaşdırılması təkcə bir, yaxud bir neçə nəfərlə, eləcə də bir-iki partiya ilə məhdudlaşmamalıdır.

Siyasi       Tarix: 11 dekabr 2025
f Paylaş

Oxşar xəbərlər

20 Oktyabr – Zəngilan şəhəri günü: Tarixi Zəfərin qürur səhifəsi

Azərbaycan xalqının tarixində elə günlər var ki, onlar təkcə təqvimdə bir tarix deyil, həm də milli qürurun, birliyin və qəhrəmanlığın rəmzi kimi yadda qalır. 20 oktyabr – Zəngilan şəhəri günü də bu əlamətdar günlərdəndir

Uitkoff Sankt-Peterburqa gəldi

ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff Sankt-Peterburq şəhərindədir. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Qeyd edək ki, Uitkoffun Rusiya Prezidenti Vladimir Putinə ABŞ Prezidenti Donald Tram

Azərbaycan Estoniya ilə parlamentlərarası dialoqun inkişafında maraqlıdır

Azərbaycan Estoniya ilə parlamentlərarası dialoqun və əməkdaşlığın daha da inkişafında maraqlıdır. xəbər verir ki, bu barədə Azərbaycanın Estoniyadakı səfiri Nemət Nağdəliyev Estoniya parlamentinin deputatı, Estoniya-Azərbayca

Leyla Əliyeva Səmərqənddə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yaradılan mərkəzlərin fəaliyyəti ilə tanış olub

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Özbəkistana səfəri çərçivəsində oktyabrın 21-də Səmərqənddə Dövlət çoxprofilli ixtisaslaşdırılmış məktəbəqədər təhsil təşkilatının və "İmkon" reabilitasiya mərkəzini

MM sədri Bişkekdə süni intellekt dövründə parlamentlərarası əməkdaşlığın önəminə diqqət çəkib

Milli Məclisin sədri Sahibə Qafarova oktyabrın 20-də Qırğızıstanın Bişkek şəhərində TÜRKPA-nın 15-ci plenar iclasından sonra təşkilata üzv dövlətlərin parlament sədrlərinin birgə mətbuat konfransında süni intellektin və texnoloj

Paşinyan azərbaycanlı çobandan danışdı

"Həmin şəxs sərhədi keçib, hərbçilər onu aşkar ediblər və Milli Təhlükəsizlik Xidmətinin orqanlarına təhvil veriblər". KONKRET.azxəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistan ərzisin

Azərbaycanla Macarıstan arasında hüquq sahəsində əməkdaşlığın inkişafı müzakirə olunub

Azərbaycan ilə Macarıstan arasında qanunvericilik və hüquq sahələrində mövcud səmərəli əməkdaşlığın inkişaf etdirilməsi müzakirə edilib. xəbər verir ki, bu barədə Azərbaycanın Macarıstandakı səfirliyinin "X" sosia

Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib

Bakıda Azərbaycan və Norveç Krallığının xarici işlər nazirlikləri (XİN) arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib. Bu barədə -a Azərbaycan XİN-dən məlumat verilib. Bildirilib ki, Azərbaycan nümayəndə heyətin

Paşinyan sülh tarixini yenə dəyişdi: Azərbaycanla razılaşma niyə gecikir?

"Nikol Paşinyanın Azərbaycanla sülh sazişinin 2027–2028-ci illərdə imzalana biləcəyi barədə açıqlaması Ermənistan rəhbərliyinin sülh prosesinə münasibətində müəyyən taktiki dəyişikliklərin olduğunu göstərsə də, bun


azerbaycan xeberleri son xeberler yeni xeberler son xeberler bugun 2026 muharibe xabar az hava proqnozu cəbhədən görüntülər