"İşçilərə plastik kartlarla ödənişlərin edilməsi ölkədə nağdsız ödənişlərin artmasına səbəb olacaq"

"İşçilərə plastik kartlarla ödənişlərin edilməsi ölkədə nağdsız ödənişlərin artmasına səbəb olacaq"Azərbaycanda pandemiya dövründə dövlət tərəfindən maddi yardımın ayrılması ilə əlaqədar müraciət edənləri şərti olaraq 4 hissəyə bölmək olar.
Milli.Az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Bakı Hesabat Mərkəzinin direktoru Mehdi Babayev deyib.
O bildirib ki, həmin şəxslər aztəminatlı vətəndaşlar, yardım almaq hüququna malik hüquqi şəxslər, yardım almaq hüququna malik fərdi sahibkarlar və ümumiyyətlə, yardım almaq hüququ olmayan hüquqi şəxslər, fərdi sahibkarlar və vətəndaşlardır. Hüquqi şəxslər üçün nəzərdə tutulan yardımlar işçilərinin əmək haqlarının və sosial sığorta ayırmalarının ödənilməsi üçündür. Bu yardımlar başqa istiqamətlərdəki öhdəlikləri ödəmək üçün deyildir.
Dövlətdən yardım almayan şəxslər isə belə münasibəti anlayışla qəbul etmələri daha doğru olardı. Yəni, müraciət edən bütün şəxslərə yardım verilməyə bilər. Hətta müraciət hüququ olan, lakin müraciətinə müsbət cavab almayan sahibkarlar da vardır. Bu, hansı hallarda baş verə bilər? Məsələn, müraciət edən sahibkarlıq subyekti dövlətin hazırki çağırışlarına dəstək olmursa, yəni əməl etmirsə, öz dövriyyələrində riskli əməliyyatlar aparırsa, əvvəlki dövrlərdə fəaliyyəti olmayanlar, yalnız pandemiya dövründə fəaliyyətə başlayanlar, qeydiyyat məlumatlarında yalan və ya qeyri-dəqiq fəaliyyət kodu olanlar, pandemiya dövründə zərər çəkməyən fəaliyyət sahəsində çalışanlar, ümumiyyətlə bu istiqamətdə sui-istifadə hallarına yol verən həm fiziki, həm də hüquqi şəxslər müraciət etdikləri təqdirdə müsbət cavab almayacaqlar. Əlbəttə, müraciət edən sahibkarın məlumatları araşdırılır və sonra qərar verilir. Bu prosesdə yardım ala bilməyən həmin şəxslər çox azdır.
M.Babayev xüsusi olaraq vurğulayıb ki, müraciət edənlər həm müraciətin, həm də aldığı yardımın necə və hansı qaydada xərclənməsi yollarını bilməlidirlər:
"Əgər bu vəsait daxil olursa, həmin vəsaitlərin xərclənməsi ilə bağlı həm sahibkarlar, həm də vətəndaşlarımız qanunvericiliyin müvafiq müddəalarını bilməlidirlər. Bilirsiniz ki, bu yardım dövlət tərəfindən verilir və yalnız köçürmə şəklində ola bilər. Sözügedən vəsaitlər bank tərəfindən köçürmə ilə daxil olur. Ona görə də sahibkarın bank hesabı olmalıdır. Lakin bir çox fərdi sahibkarların, xüsusən də mikro sahibkarların əksəriyyətinin bank hesabları yoxdur və olmaya bilər. Çünki həmin şəxslər mikro sahibkarlardır və əməliyyatları nağd qaydada həyata keçirirlər. Məsələn, bərbər kimi fəaliyyət göstərən mikro sahibkarın bank hesabı olmaya bilər. Amma o yardım almaq istəyirsə, mütləq bank hesabı açmalıdır".
Direktor qeyd edib ki, digər məsələ, vəsaitlərin nağd qaydada çıxarılmasının mümkünsüzlüyüdür:
"Sahibkarlar bilməlidirlər ki, həmin vəsaitlər əmək haqqı üçün verilmişdirsə, əmək haqqı kartlarına köçürülməli, özü üçün aldığı yardımı isə köçürmə yolu ilə başqa öhdəliklərinin (borclarının) azaldılmasına yönəldilməlidir. Bu prosesdə xüsusi olaraq vurğulamaq istəyirəm ki, ayrılan vəsaiti fərdi sahibkar nağd qaydada çıxarmaq istəyirsə, bu, yolverilməzdir. Çünki bu, dövlət vəsaitidir və "Nağdsız hesablaşmalar haqqında" Qanuna müvafiq olaraq dövlət vəsaitləri yalnız köçürmə yolu ilə xərclənə bilər. Fərdi sahibkar yaxşı olar ki, dövlətdən aldığı yardımı nağd qaydada özünün digər öhdəliklərinə yönəltsin. Digər tərəfdən, kart almadan nağd qaydada öz işçilərinə əmək haqqı ödəyən sahibkarlar da var ki, həmin sahibkarlar yardımı aldıqdan sonra mütləq qaydada öz işçilərinin əmək haqqı ödənişləri üçün təcili olaraq plastik bank kartları almalıdırlar".
Ekspert bildirib ki, bu prosesdə problem kimi qəbul edilən məsələlərdən biri də əmək haqqı adı ilə daxil olan vəsaitin necə bölüşdürülməsidir, xərclənməsidir:
"Vəsaitin nə qədər hissəsini əmək haqqı kimi, nə qədər hissəsini isə sosial sığorta və işsizlikdən sığortaya ödənilməsi ilə bağlı suallar yarana bilər. Əmək haqqı ilə bağlı nəzərdə tutulan vəsait dövlət tərəfindən iki dəfə ödəniləcək. Bunun ilk 50 faizlik hissəsi artıq əksər vergi ödəyicilərinə ödənilib. Praktik olaraq bu vəsaitin təxmini hesablamalarla böyük hissəsinin sahibkarın işçilərinin əmək haqqı kartlarına, qalan hissəsini isə sosial sığorta və işsizlikdən sığorta haqqına ödəyənlər vardır. Lakin mən təklif edirım ki, sahibkarlar əmək haqqı adı ilə birinci daxil olan yardımın hamısını proporsional formada bölüşdürməklə avans şəklində işçilərin əmək haqqı kartlarına yönəltsinlər. Əmək haqqı hesablamaları başa çatdıqdan sonra isə ikinci daxil olan məbləğin necə köçürüləcəyi bəlli olacaqdır. Yəni, artıq aprelin sonunda sahibkar işçilərin əmək haqqını hesablayıb başa çatdıracaq, əmək haqqı ilə bağlı ikinci daxil olacaq yardımın məbləğindən nə qədər hissənin işçinin əmək haqqı kartına köçürülməli olduğu məbləğ aydınlaşacaqdır. Sahibkar ikinci mərhələdə daxil olan məbləğdən işçinin qalan əmək haqqına ödəyəcək, digər məbləği isə sosial sığortaya yönəldəcəkdir.
Mərkəz rəhbəri deyib ki, həyata keçirilən bu tədbirlər mühüm əhəmiyyət kəsb edir:
"Bildirmək istəyirəm ki, pandemiya dövründə işəgötürənlərlə işçi arasında bağlanmış əmək müqavilələrinin sayı artıb. Bu onunla bağlıdır ki, bəzi sahibkarlar əmək müqavilələri bağlamadan işçiləri işə cəlb ediblər. Hazırkı dövrdə həmin işçilər evlərindən işə gələrkən yolda karantin rejimlə əlaqədar qurulan yoxlama postlarında yoxlanılırlar. İşçinin iş icazəsinin alınması xatirinə sahibkar məcburdur ki, həmin işçi ilə əmək müqaviləsi bağlasın. Bu da əmək müqavilələrinin sayının artmasına səbəb olub. Mən sahibkarlara təklif edərdim ki, pandemiya dövrü başa çatandan sonra işçilərlə bağladıqları həmin əmək müqaviləsini ləğv etməsinlər. Əgər onlar əmək müqavilələrini ləğv etsələr, onlara verilən yardımlar geri tələb oluna bilər. Bu, sahibkarın prosesdən sui-istifadə halı kimi qiymətləndirilə bilər. Sahibkarlar bu məsələni diqqətdə saxlamalıdırlar.
Digər tərəfdən, işçilərə plastik kartlarla ödənişlərin edilməsi ölkədə nağdsız ödənişlərin artmasına səbəb olacaq.
Hesab edirəm ki, cənab Prezidentin tapşırığı ilə 600 min nəfərə birdəfəlik müavinətlərin verilməsi, həmin vəsaitlərin bank hesablarına köçürülməsi və həmin vətəndaşlara bank kartlarının verilməsi təqdirəlayiq fikirdir. Bu həm qanuna uyğundur, həm də ölkədə nağdsız hesablaşmaların təşviqinə yüksək təsir göstərəcək".
Milli.Az /news.milli.az

İqtisadiyyat       Tarix: 20 aprel 2020
f Paylaş

Oxşar xəbərlər

Yelo Bank Açıq Bankçılıq imkanları ilə bütün hesablarınızı eyni tətbiqdə birləşdirir

Rəqəmsal bankçılıqda innovativ addımları ilə seçilən Yelo Bank, müştərilərinə bütün bank hesablarını eyni tətbiqdən nəzarətdə saxlamaq üstünlüyü təklif edir. Açıq Bankçılıq (Open Banking) prinsipləri əsasında ərsəyə gələ

Neftdən asılılığın azalması davam edir – Yeni göstəricilər açıqlandı

"Neftdən asılılığın azaldılması istiqamətində müsbət göstəricilər qeydə alınıb" . xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasınd

Neftin qiyməti ilə bağlı dəyişiklik baş verdi - RƏQƏMLƏR

ABŞ və İran arasında əldə olunan tarixi saziş fonunda qlobal bazarlarda neftin qiyməti kəskin şəkildə ucuzlaşaraq son ayların ən aşağı səviyyəsinə geriləyib. Nüfuzlu iqtisadi nəşrlərin yaydığı məlumata görə, "Brent"

İqtisadi tariximizdə dərin bir devalvasiya şoku da yaşanıb' - Mikayıl Cabbarov

Ümumi daxili məhsulun strukturuna nəzər salsaq, görərik ki, ölkəmizin iqtisadiyyatının 71 faizindən çoxu, yəni 71,5 faizi qeyri-neft sektorudur. Deməli, neft-qaz sektoruna düşən pay 30 faizdən azdır. xəbər verir ki, bu sözlər

Nərimanovda premium təmirli mənzillər: "City Garden Narimanov" mənzil fürsətləri təqdim edir

Mənzilseçərkən alıcıların diqqət yetirdiyi əsas məqamlardan biri tikinti və təmirkeyfiyyətidir. Çünki ev yalnız yaşayış məkanı deyil, həm də uzun illər üçünkomfort və təhlükəsizlik təmin edən bir investisiyadır. Məhz bu yanaşman

Azercell-in dəstəyi ilə "RobotChallenge Azerbaijan 2026" uğurla başa çatdı - FOTOLAR

Azercell-in dəstəyi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin tərəfdaşlığı ilə keçirilən "RobotChallenge Azerbaijan 2026" uğurla yekunlaşıb. xəbər verir ki, dünyanın ən nüfuzlu robototexnika yarışlarında

LANDAU məktəbinin şagirdləri Yelo Bank-ın təcrübə proqramında iştirak ediblər - FOTOLAR

Gənclərin inkişafına və maliyyə savadlılığının artırılmasına daim dəstək verən Yelo Bank, növbəti sosial layihəsini reallaşdırıb. Bank bu dəfə qapılarını LANDAU məktəbinin şagirdləri üçün açıb. Bir həftə davam edən proqra

"Azərlotereya" və Liv Bona Dea Hospitalı qadın sağlamlığı mövzusunda görüş təşkil etdi - FOTOLAR

"Azərlotereya"nın "Media klub" layihəsi çərçivəsində növbəti tədbir keçirilib. Bu dəfə jurnalistlər üçün Liv Bona Dea Hospitalında qadın sağlamlığına həsr olunmuş maarifləndirici görüş təşkil edilib. xəbə

TəhsilPlus kartlarının ilk kütləvi təqdimatına Gəncə-Daşkəsən regionundan start verildi

Təhsilin İnkişafı Fondu, Kapital Bank və Mastercard-ın əməkdaşlığı ilə həyata keçirilən TəhsilPlus layihəsinin ilk kütləvi təqdimatı Gəncə-Daşkəsən regionunda baş tutub. Gəncə Dövlət Universitetində və Gəncə-Daşkəsən Regiona


yeni xeberler azerbaycan xeberleri son xeberler cebheden xeberler xəbərlər.com sonxəbər dunyada son xeberler