"İşdə məhəbbət macərası"nın ulduzu xəstəxanaya yerləşdirildi
Rusiyanın məşhur teatr və kino arktrisası Svetlana Nemolyaeva koronavirus infeksiyasına yoluxub.
KONKRET.az rus mediasına istinadən xəbər verir ki, aktrisa bu diaqnozla tibb müəssisəsində olduğunu təsdiqləyib.
87 yaşlı sənətçi bildirib ki, xəstəliyi asan keçirir: "Bəli, təəssüf ki, koviddir. Xəstəxanadayam. Xəstəlik o qədər də qorxulu keçmir, asan müalicə olunur".
"İşdə məhəbbət macərası" ("Slujebnı roman") filminin ulduzu qeyd edib ki, xəstəliyi səbəbindən iştirak etdiyi tamaşaların ləğv edilməsindən məyus olub.
Xatırladaq ki, mayın 19-da Svetlana Nemolyayevanın koronavirus şübhəsi ilə paytaxt xəstəxanalarından birinə yerləşdirildiyi barədə məlumat yayılıb. Aktrisanın özünü səhər saatlarında pis hiss etdiyi vurğulanıb.
Bundan əvvəl Rusiyanın xalq artisti Yelena Sanaeva da xəstəxanaya yerləşdirilib. Mənbənin sözlərinə görə, 81 yaşlı sənətçi evdə özünü pis hiss etdikdən sonra həkimləri çağırmalı olub.
Xatirə SADİQ,
KONKRET.az
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Binəqədidə müşavirə keçirildi - FOTOLAR
Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?
Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb
BMT-də Azərbaycanın minalarla çirkləndirilmiş əraziləri barədə məlumat verilib
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR
Vaqif Sadıqov etimadnaməsini İsveçrə prezidentinə təqdim edib
Banklarda əmanəti olanların nəzərinə: Hansı banklar bağlanacaq? – "Böhran başlayıb"
Bakıda yaşayış binasında uçqun
Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
Cavid Ağaməliyev həbs edildi
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi