İşə düzəltmək adı ilə 50-dən çox insanın pulunu mənimsəyən şəxs saxlanıldı
Özünü müxtəlif dövlət qurumlarının vəzifəli şəxsi kimi təqdim edərək insanları işə düzəltmək adı altında aldadan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyindən KONKRET.az-a bildirilib ki, nazirliyə naməlum şəxsin vətəndaşları işə düzəldəcəyi adı altında aldadıb onlayn ödəniş sistemlərindən istifadə etməklə onların pul vəsaitlərini ələ keçirdiyi barədə çoxsaylı şikayətlər daxil olub.
Keçirilmiş əməliyyat-texniki tədbirlər nəticəsində qeyd edilən əməli törətməkdə şübhəli bilinən Həsənov Anar Alıhəsən oğlu saxlanılaraq istintaqa təqdim edilib.
Araşdırmalarla müəyyən olunub ki, A.Həsənov tanış olduğu şəxslərə özünü müxtəlif dövlət qurumlarının vəzifəli şəxsi kimi təqdim edərək onlarda özünə qarşı inam yaradıb. Sonrakı müddətdə isə həmin şəxsləri dövlət qurumlarında işlə təmin edəcəyi adı altında aldadaraq 50-dən artıq zərərçəkənin pulunu ələ keçirib.
Aşkar edilən faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir. Bu şəxsin qanunsuz əməllərindən zərərçəkən digər vətəndaşlar varsa polisə müraciət edə bilərlər.
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Azərbaycanla Hindistan arasında fikir müxtəlifliyi var idi
Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Zaqatalaya güclü leysan və dolu yağıb
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
Qazancına görə bütün futbolçuları geridə qoydu
"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi