"İşğal olunmuş Azərbaycan ərazilərinə Livandan ermənilərin köçürülməsi beynəlxalq hüququn kobud pozulmasıdır

"İşğal olunmuş Azərbaycan ərazilərinə Livandan ermənilərin köçürülməsi beynəlxalq hüququn kobud pozulmasıdır"İşğal olunmuş Azərbaycan ərazilərinə Livandan ermənilərin köçürülməsi beynəlxalq hüququn kobud pozulmasıdır"
"Ermənistanın işğal altındakı Azərbaycan torpaqlarına əhali köçürməsi beynəlxalq hüquqa ziddir. Bunu rəsmi İrəvan da yaxşı başa düşür".
Bu sözləri APA-ya müsahibəsində Ermənistanın Yaxın Şərqdən, Suriya və Livandan işğal altındakı Dağlıq Qarabağ və ətraf rayonlara erməniləri köçürməsi faktlarını şərh edən rusiyalı hərbi ekspert, "Milli Müdafiə" jurnalının baş redaktoru İqor Korotçenko bildirib.
Onun fikrincə, Ermənistanın bu cür layihələri həyata keçirməyə heç bir resursu yoxdur:
"Bu ölkənin nə maliyyə, nə də iqtisadi resursu var ki, belə layihəni reallaşdırsın. O ki qaldı ortaya çıxan faktlara, yəni, Azərbaycanın işğal altındakı ərazilərinə Livandan ermənilərin köçürülməsinə, bu, beynəlxalq hüquq və normaların kobud sürətdə pozulmasıdır. Bunu hamı çox yaxşı başa düşür. Ermənistanda da anlayırlar ki, atdıqları bu addım beynəlxalq hüquqa ziddir".
Rusiyalı hərbi ekspertin fikrincə, Livandan işğal altındakı Dağlıq Qarabağa ermənilərin köçürülməsi halları Ermənistanın təbliğatının tərkib hissəsidir:
"Məncə, bu layihənin həyata keçirilməsi üçün böyük maliyyə vəsaiti lazımdır. Ermənistanın büdcəsində böyük pullar yoxdur. Ölkə dərin maliyyə və iqtisadi böhran yaşayır. Koronavirus da bir tərəfdən Ermənistan iqtisadiyyatını iflic edib. Təbliğat nöqteyi-nəzərindən rəsmi İrəvan tərəfindən bu cür fikirlərin səsləndirilməsi mümkündür. Lakin bu layihənin həyata keçirilməsinin mümkünlüyü hazırda sıfıra bərabərdir".
İ. Korotçenko Ermənistanın işğal altındakı Azərbaycan ərazilərində məskunlaşma siyasəti həyata keçirməsi faktlarının ortaya çıxmasının bu ölkənin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlarda qeyri-konstruktiv mövqe tutmasının göstəricisi olduğunu söyləyib:
"Ona görə də münaqişənin nizamlanması şansları azalıb. Şans o zaman yaranar ki, Ermənistan bu qeyri-konstruktiv siyasətindən əl çəksin, ilkin olaraq ən azı Dağlıq Qarabağ ətrafındakı beş rayondan geri çəkilsin. Məhz bu, Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasında əsas həlledici faktor ola bilər. Hələlik belə bir hadisənin baş verməsi şansı azdır.
Bunun bir sıra səbəbləri var. Birincisi, Paşinyan bu cür ssenarini reallaşdırmağa hazır deyil və bunu etməyəcək. İkincisi isə, İrəvana siyasi və iqtisadi təzyiqlərin olmamasıdır. İqtisadi və siyasi təzyiq olmadan Ermənistanın mövcud reallığı dərk etməsi mümkün deyil. Üçüncü məqam isə, Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi ətrafındakı vəziyyətlə bağlı həqiqi informasiyanı dünya ictimaiyyətinə çatdırmaq üçün beynəlxalq ekspert cəmiyyətinin imkanlarından lazımi səviyyədə faydalanmamasıdır.
Dağlıq Qarabağ münaqişəsinin yaranması səbəbləri, bu gün münaqişə ətrafındakı vəziyyətlə bağlı həqiqi məlumatlar dünya ictimaiyyətinə çatdırılmalıdır. Tək Azərbaycan Xarici İşlər Nazirliyinin səyləri yetərli deyil, beynəlxalq hərbi və siyasi ekspert cəmiyyətləri ilə birbaşa dialoq lazımdır". /oxu.az

Siyasi       Tarix: 12 sentyabr 2020
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Türkiyə Mosul yaxınlığındakı hərbi bazanı İraqa təhvil verəcək

Türkiyə Mosul yaxınlığındakı Başika-Zilkan hərbi bazasını İraqa təhvil verəcək. KONKRET.azxəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, İraq hökumətinin Sincarda təhlükəsizliyi

Baş prokuror: "Azərbaycan beynəlxalq platformalarda fəal iştirak edir

"Azərbaycan həmişə beynəlxalq platformalarda fəal iştirak edir". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü və Azərbayca

Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş

İranda daxili vəziyyətin gərgin olması haqda müzakirələr başlayıb. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə Prezident Administrasiyası arasında ziddiyyətin böyüdüyü deyilir. 2026-cı ilin fevralında ABŞ və İsrailin hücumunda

Böyük Britaniyanın müdafiə naziri Azərbaycanda səfərdədir

Böyük Britaniyanın müdafiə naziri Vernon Koker ilk dəfə olaraq ADEX sərgisində iştirak edir. Bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyi məlumat yayıb. Bildirilib ki, nazirlə birlikdə Britaniyanın 18 şirkəti d

İran Qərblə razılaşacaq? – Politoloqdan AÇIQLAMA

İranın uranın zənginləşdirilməsini dayandırmağa razılaşdığına dair məlumatlar Tehranla Qərb arasında diplomatik təmasların yeni mərhələyə keçə biləcəyini göstərir. Bəs bu razılaşma ilin sonunadək İranla Qərb arasında dah

Prezident "ADEX 2026"nın iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və "Securex Caspian 2026" 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisini

Vensdən İrana qarşı SƏRT XƏBƏRDARLIQ: "Onlar başa düşürlər ki..."

ABŞ rəsmiləri İranın son addımları və bölgədəki vəziyyətlə bağlı sərt bəyanatlar səsləndiriblər. KONKRET.azxəbər verir ki, ABŞ rəhbərliyindən bildirilib ki, iranlılar öz hərəkətlərində səhvə yol verdiklərini anlayırlar. "Onla

Putin Kasparovu öldürmək istəyir

Rusiya hakimiyyəti ABŞ-da Harri Kasparov və İlya Ponomaryovu öldürməyə hazırlaşıb. KONKRET.azxəbər verir ki, bu barədə İspaniyanın El Mundo qəzeti yazıb. Qəzetin məlumatına görə, Rusiya tərəfi ABŞ-da Free Russia Forum təşkilatını

Netanyahu onlardan milyonluq təzminat tələb edir

İsrailin baş naziri Benyamin Netanyahu bir neçə yerli KİV və tanınmış jurnalistlərə qarşı məhkəmə iddiası qaldırıb. xəbər verir ki, bu barədə "Likud" partiyası məlumat yayıb. İskə səbəb həmin media qurumlarını


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən son görüntülər son.xabar xəbər hava proqnozu