İşğal olunmuş ərazilərlə bağlı parlamentdən QƏRAR: Məntəqələr...
Donetsk Xalq Respublikası Parlamenti vilayətin sərhəd inzibati xəttində keçid məntəqələrinin qurulması ilə bağlı qərar qəbul edib.
Publika.az xəbər verir ki, bu barədə Xalq Şurasının sədri Vladimir Bidevka danışıb.
O bildirib ki, Donbasda Ukrayna-Rusiya arasındakkı münaqişə həll olunmayana qədər məntəqələr fəaliyyət göstərəcək: "Bu qanunda Ukraynanın müvəqqəti nəzarət etdiyi ərazidə yaşayan insanlar unudulmur. Buna görə də sərhəd Donetsk vilayətinin 2014-cü ildən əvvəlki ərazisi üzrə müəyyənləşdirilib".
Keçid məntəqələri 2014-cü ildən əvvəlki xəritə üzrə yerləşdirilib. Parlament səsverməsində 76 deputat iştirak edib. Sənəd iki oxunuşda yekdilliklə dəstəklənib.
Qeyd edək ki, 2014-cü ilin qışında prezident Viktor Yanukoviç devrildikdən sonra Donbas münaqişəsi başlayıb. Separatçılar Rusiyanın dəstəyi ilə bölgədə qondarma respublika elan ediblər.Yaşayış yerlərinin kütləvi şəkildə atəşə tutulması, o cümlədən, qırıcı təyyarələrdən istifadə bölgədə kütləvi humanitar fəlakətə səbəb olub. Silahlı münaqişə nəticəsində 10 mindən çox insan ölüb, 25 mindən çox insan yaralanıb.
Ukraynanın şərqindəki silahlı qarşıdurmaya son qoymaq üçün Rusiya, Ukrayna, Fransa və Almaniya liderləri Minsk danışıqları prosesini başlatdılar. Bu çərçivədə sülh yolu ilə həllə dair bir sıra razılaşmalar hazırlanıb. Onlar Donbasa xüsusi status verilməsini təklif edirlər.
Zümrüd /publika.az

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək